Kərbəla faciəsindən sonra

 
Kərbəla faciəsindən sonra

Həzrət Peyğəmbər (s) buyurub: «Məndən sonra gələcək imamlar on iki nəfərdir ki, onların doqquzu Hüseynin sülbündəndir. Bu ümmətin Mehdisi də bizdəndir. Kim məndən sonra onlardan yapışsa, həqiqət də Allahın ipindən yapışmışdır. Onlardan əl üzən isə Allahdan əlini üzmüşdür».

Kərbəla faciəsindən sonra

Bu ürək yandıran qəmli hadisə Kərbəla faciəsindən sonra baş verib. Rəvayət olub ki, əhli-beyt aşiqlərindən olan Xorasanlı bir kişi vardı. Çox çətin dolanarmış. Kasıb olsa da ibadət və namazından qalmazdı. Ağam İmam Hüseynə (ə) əzadarlıq edib əza saxlayarmış. Mötəbər hədislərdən eşidir ki, İmam Həsən (ə) dünyadan köçən vaxtı əhli-beyti yanına çağırıb vəsiyyət edir. Sonra Kərbəla vaqiəsini, İmam Hüseynin (ə) şəhid olmasını, şəhidlərin başlarının nizəyə vurulmasını uşaqların və qadınların əsir aparılmalarını söyləyir. Bu vaxt Həzrət Abbas ağa çox ucadan ağlayır və ərz eyləyir! Qardaş, mənə nə qədər zülm etsələr dözərəm! Amma Fatimə (ə) balası, qardaşım Hüseynin başını cidada görsəm dözə bilmərəm. Mənə bir çarə qıl ki, mən Hüseynin (ə) başını nizədə görməyim.
İmam Həsən (ə) buyurur ki, qardaş Abbas, bu işin çarəsini sənə bəyan edərəm bir şərtlə ki, Kərbəla savabına məni şərik edərsən. Çünki, o mənsəb şücaət ki, cəddin atandan sənə yetişib, o kəramət başqalarında tapılmaz. O savabdan mənə də mərhəmət eylə. Kərbəlada olan şücaət və müsibətlərinə görə sənin Allah yanında məqamın çox ucadır...

Bu söhbətlərdən sonra Xorasanlı kişi Həzrət Abbas ağaya aşiq olur. İllərlə ona əzadarlıq edib yas saxlayır. Kərbəla vaqiəsi başlanan vaxtı yeğanə oğlu xəstə olur. Əsəbləri pozulmuş uşağı aparmadığı yer qalmır. Uşağın dərdinə çarə bula bilmir. Bir gecə yuxuda görür ki, oğlunu Həzrət Abbas ağaya nəzr eyləyib...

Səhəri gün kişi namaz qılıb dua eylədi: Uşağın boynuna bir zəncir salıb ağanın ziyarətinə apardı. Neçə gün yol gəlib Mədinəyə çatırlar. Xəbər tutur ki, İmam Hüseyn (ə) öz əhli-beyti ilə Kərbəlayə səfər edib... Dayanmadan arxasınca yola rəvan olur. Ata ilə oğul çox əziyyətlərdən sonra gəlib Kərbəlayə çatırlar. Amma nə gördülər, Ağam İmam Hüseyn (ə) şəhid olub. Xeymələri odlanıb. Şəhidlərin mübarək başlarını nizəyə vurublar. Körpə balalarını və qadınları çılpaq dəvələrə mindirib başı açıq, üzləri açıq halda Şam şəhərinə əsir aparırlar... Kişi bu hala dözməyib huşunu itirdi...

Bir vaxt huşa gəlib xəbər tutdu ki, əsirlər karvanı yola düşüb. Bir neçə gün yol gəlib karvana yetişir. Xərabə, uçuq bir məscidin yolunun üstündə karvan dayanmışdı. Yol ətrafına çox adam yığılmışdı. Onların arasında bu hala ağlayanlar da var idi. Kişinin taqəti kəsilmişdi. Ayaq üstə güclə durdu. Uşaq da yanında idi. Yaxınlaşıb bir şəxsdən xəbər aldı. Bu əsirlər kimdi, hara aparırlar? Qoca cavab verdi ki: - Bu əsirlər Fatimə balası İmam Hüseyn (ə) övladlarıdır. Yəzidin hökmü ilə onları Kərbəlada şəhid edib, sağ olanları isə Şama əsir aparırlar. İndi burdan gəlib keçəcəklər. Xorasanlı kişi yalvardı ki onları mənə tanıt. Qoca kişi əsirləri göstərib ərz eylədi: - O, baş ki, var uca nizəyə vurublar, Əli Əkbərin başıdı. O, baş ki var baxışlarını yerə dikib o da uzun qollu bayraqdar, Əli oğlu Əbülfəzli Abbas ağadı...

Kərbəla faciəsindən sonra

Abbas ağanın adını eşitcək kişi ağlaya-ağlaya ərz eylədi ki, sənə fəda olum, sən kimsən ki, bu ağaları, başsız qalmış bədənləri adbaad belə tanıyırsan. Sən Allah özünü mənə nişan ver. Bu vaxt Həzrət buyurdu ki: - Mən zəmanə İmamıyam. Yəzidin əmri ilə boynumda zəncir əllərim bağlı Şama əsır aparırlar. Bimar ağa gəlib Həzrət Abbas ağanın yanında dayandı. Xorasanlı kişidə yanında idi. O, oğluna baxıb, ağanın hüzurunda torpağa çöküb:

- Sənə qurban olum ey şəhid ağa!... Sənə fəda olum ey məzlum Ağa!... Bu balaca zəvvarının hacətini qəbul eylə Ağa!.. Səni and verirəm çox istədiyin qardaşın Hüseynin o, qanlı kəsik başına...! Əli Əsğərin oxlanan boğazına Bizi məyus qaytarma Ağa!... Sənə qurban olum Ağa!... Ümidimiz bir sənə qalıb deyərək ağlayırdı.Bimar ağa buyurdu ki: Qardaş , Abbas! Başını qaldır. Sənin ziyarətçin var. Onların ziyarətini qəbul et, şəfa ver! Bu vaxt Həzrət Abbas ağa mübarək nəzərlərini dolandırıb bizə baxdı. Əli-ayaqları bağlanmış oğluma nəzər saldı. Çox qəribə, möcüzəli bir baxış idi bu baxış... Onun baxışı ilə uşağın əllərindəki bağlı zəncir parçalanıb yerə töküldü...

Bu zaman İmam Hüseynin (ə) xırdaca qızı Səkinə uca səslə ağlayaraq dedi: - Bibi Zeynəb! Bilirsən ki, Şümrü qəmçi ilə başıma zərbələr vurdu. Başımın qanı üzümə axdı. Boynumun zəncir yarası məni çox incidir. Qollarımı zəncir kəsib. Ayaqlarımdan qan axır... Nə olar əmimə de qoy mən yetimə də bir nəzər salsın. Bəlkə mənim də boynumdakı zəncir açıla..

Xanım Zeynəb –Ya Hüseyn! – deyib qəş eylədi ki əsirlər ağlaşdı. Elə ki huşa gəldi Səkinəni ağuşuna alıb saçına sığal çəkdi.

- Ruzigarın gözü kor qalsın qızım. Bu işdə bizə qurtuluş yoxdu... Bu baxış o, baxışdan deyil!...

Bizimki qaldı Qiyamətə!...


Geri dön

AliNikA

  • 4 avqust 2011 14:44
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
thanksssss

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

KaRola_16

  • 26 iyul 2011 12:47
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
Bizimki qaldı Qiyamətə!..

--------------------

OK

  • 26 iyul 2011 12:26
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}

--------------------

Sirli Melek

  • 26 iyul 2011 11:19
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}