Sevgi & Məhəbbət

 
Sevgi & Məhəbbət

Sevgi

Yenə də ruhumu gəzdi bir duyğu...
Götür albomunu, mən deyim, sən yaz!
Bizim dünyamızda günah deyil bu -
Səninlə üz-üzə danışsaq bir az.
Götür albomunu, mən deyim, sən yaz!

Gecələr yalnızam mən yatağımda,
Bilirəm yalnızsan hələlik sən də.
Xəyalım dağılır yellər əsəndə,
Dalıb düşünürkən öz otağımda,
Gecələr yalnızam mən yatağımda.

Söylə, təbiətə uyğunmu, səncə
Keçdiyim yollarda qalmasın bir iz?..
Özünü anlayıb, duyan bir gəncə
Gülüncdür bu başısoyuqluq şəksiz;
Keçdiyim yollarda qalmasın bir iz?..

Bax, məni incidir, ağrıdır bəzən
Hər axşam bir evdə qonaq qalmağım:
Rəngində ölümün kölgəsi gəzən
Şübhəli qızlardan adres almağım;
Hər axşam bir evdə qonaq qalmağım...

Bağışla, sevgilim, açıq söylədim!
Gizli nöqtələrə əl aparma sən.
Sorma o qızları, sorma neylədim.
Həyatın içi üzü örtünür bəzən.
Gizli nöqtələrə əl aparma sən...


Sevgi & Məhəbbət

Məhəbbət

Sirri bilinməyən bu sehr nədir,
Niyə çıxmaq olmur cazibəsindən?
Nə tufan qoparır, nə haray çəkir,
Qulaqlar tutulur qəlbin səsindən!

Təriflər deyilir, sözlər qoşulur,
Dastan da yazılır hələ sevgiyə.
Bəzən ömrü olur, müddəti olur,
Onda nə ad verək belə sevgiyə?

Kimi Məcnun olub düşür çöllərə
Leylidən başqasın görmək istəmir.
Kimi aciz olub düşür dillərə
Sevginin yolunda ölmək istəmir.

Toruna düşərsə doğru yalanın,
Məhəbbət yarası dərində olar.
Yaranıb yaşamaq haqqı olanın
Həyatı kiminsə əlində olar!

Kimin ki, qəlbində Allah eşqi var,
Göylərə qaldırar məhəbbət onu.
Nə vaxt ki, sevginin sirri açılar,
Bəlkə də, ondadır dünyanın sonu..


Geri dön

music_angel

  • 28 avqust 2011 16:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
tesekkur edirem

--------------------

R.M_FaNaTka

  • 26 iyul 2011 19:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

rusalka

  • 26 iyul 2011 13:56
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
Ellerine sagliq. Cox sag ol.

--------------------
HƏR İNSANIN AYNALARA GÖSTƏRMƏDİYİ BİR ÜZÜ VE HEC KİMƏ SOYLEMEDİYİ BİR HÜZNÜ VARDIR.

NELLY19

  • 26 iyul 2011 13:08
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber tewekkurler

Sirli Melek

  • 26 iyul 2011 13:06
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Sirri bilinməyən bu sehr nədir,
Niyə çıxmaq olmur cazibəsindən?
Nə tufan qoparır, nə haray çəkir,
Qulaqlar tutulur qəlbin səsindən! love

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

jalicka

  • 26 iyul 2011 12:58
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
gozelr seirdir cox saq ol

KaRola_16

  • 26 iyul 2011 12:53
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
BUYURUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 42
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}