Bayraqların mənaları (1ci hisse)

 
Bayraqların mənaları (1ci hisse)

Sinqapur

Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir. 5 ulduz isə Sinqapurun ideallarıdır: demokratiya, sülh, inkişaf, ədalət və bərabərlik. Ölçüsü 2:3 nisbətindədir.

Vyetnam

Vyetnamın dövlət bayrağı rəsmi qaydada 1955-ci ilin noyabr ayının 30 - da qəbul edilib. Bayrağın mərkəzindəki sarı beşguşəli ulduz Vyetnam Kommunist Partiyasının liderliyini tərənnüm edir. Qırmızı rəng sosialist inqilabının uğurunu təmsil edir. Ulduzun beş guşəsi isə fəhlələri, kəndliləri, əsgərləri, ziyalıları və gəncləri təcəssüm edir. Ölçüsü 2:3 nisbətindədir.

Yaponiya

Yaponiya bayrağındakı ağ rəng dürüstlük və saflığı, qırmızı dairə isə ölkədən doğan günəşi təmsil edir. Rəvayətə görə, bir buddist rahib günəş tanrısı Aliaterasunun soyundan gəldiyinə inanılan Yaponiya hökmdarına bir günəş diski verib. Həmin gündən etibarən, yaponlar bayraqlarında günəş diskindən istifadə edirlər.

Nepal

Nepal bayrağındakı qırmızı rəng ölkənin milli bitkisi olan “rhododendron”un rəngidir. Bayrağın kənarındakı mavi rəng sülhü təmsil edir. Üst üçbucağın daxilindəki yuxarı baxan aypara tək hökmdar və sarayı tərənnüm edir. Alt üçbucağın daxilindəki 12 guşəli günəş isə Rana xanədanlığını təmsil edir.

Bəhreyn

Bəhreynin bayrağı 2002-ci ilin fevral ayının 16-da rəsmi olaraq təsdiq olunub. Bayraqdakı ağ və qırmızı rəng bir-birilə ziqzaqvari şəkildə birləşib. Ziqzaqların sayının 5 olması İslam dininin 5 əsas şərtini təmsil edir. Qırmızı rəng xaricilərin rəngini tərənnüm edir. Ağ rəng isə 1820-ci ildə Britaniya dövləti ilə bağlanılan sülhə işarədir. Ölçüsü 3:5 nisbətindədir.

Şri-Lanka

Şri-Lankanın dövlət bayrağı haqqında qanun 1978-ci ildə qəbul edilib. Bayrağın üzərindəki əlində qılınc tutmuş şir yerli əhali olan seylonların əcdadlarının rəmzidir. 1951-ci ildə bayrağa müsəlman və tamil azlıqlarını müvafiq olaraq təmsil edən yaşıl və narıncı zolaqlar əlavə edilib. Qırmızı zolaq isə buddist çoxluğunu tərənnüm edir. 1972-ci ildə ökənin Seylon adı ləğv edilərək, Şri-Lanka olduqdan sonra müqəddəs buddist ağacı olan Paypulun ( əncir ağacı) 4 yarpağı bayrağın üzərinə həkk olundu. 4 yarpaq sevgini, şəfqəti, qarşılıqlı anlayışı və soyuqqanlılığı təmsil edir.

Liberiya

Liberiyanın bayrağı rəsmi olaraq, 1847-ci ildə qəbul edilib. Bayrağın 11 zolağı Liberiyanın müstəqillik bəyannaməsindəki imzaların sayı ilə eynilik təşkil edir. Qırmızı rəng cəsurluğu, ağ rəng isə mənəvi əsasları təmsil edir. Ağ rəngli beşguşəli ulduz Afrika materikində ilk müstəqil dövləti və qulların azadlığını tərənnüm edir. Mavi rəngli kvadrat isə Afrika materikinin və qardaşlığın rəmzidir. Dünya ticarət donanmasında ən çox Liberiyanın bayrağından istifadə olunur. Səbəb isə bu bayrağın istifadəsinə görə ticarət gəmilərindən ucuz rüsum haqqının alınmasıdır.

Tunis

Tunisin dövlət bayrağı rəsmi şəkildə 1999-cu ilin iyun ayının 30-da qəbul edilib. 1827-ci ilin oktyabr ayının 20-də Navarin döyüşündən sonra Tunis hökmdarı Äl-Hüseyn ikinci ibn Mahmud Tunisin hazırkı bayrağını tətbiq edib. Aypara və ulduz şəkli İslamı tərənnüm etməklə yanaşı, uğurun da rəmzi sayılır. Bundan əlavə, aypara və ulduz şəkli Tunisin vaxtilə Osmanlının tərkibinə daxil olduğuna dəlalət edir. Ölçüsü 2:3 nisbətindədir.


Geri dön

xedice27

  • 18 aprel 2011 21:20
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
tesekkur edirem

only-girl

  • 6 aprel 2011 20:03
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

SunDown

  • 6 sentyabr 2010 19:58
  • Məqalə: 2
  • Şərh: 47
  • Bal:
{awards}
bunlari bilirdim amma yenede teshekkurler bully

--------------------
Sızlasa da gönüller düşenlerin yasından
Koşar adım gitmeli onların arkasından.
Kahramanlık: İçerek acı ölüm tasından
İleriye atılmak ve sonra dönmemektir...

Dj_Tural

  • 6 sentyabr 2010 19:20
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler qaqam maraqli xeberdi

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Ulya

  • 6 sentyabr 2010 19:14
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqli xeber idi.tesekkurler

MuslimGirl

  • 6 sentyabr 2010 18:38
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bunlari oxumusdum. Maraqlidir. Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}