Bayraqların mənaları (2ci hissə)

 
Bayraqların mənaları (2ci hissə)


Eritreya

Eritreyanın dövlət bayrağı haqqında qanun 1995-ci ilin dekabr ayının 5-də qəbul edilib. Bayrağın yaşıl rəngi kənd təsərrüfatı və maldarlığı, qırmızı rəng Eritreyanın müstəqilliyi uğrunda tökülən qanı, mavi rəng ölkənin dəniz sərvətlərini və Qırmızı dənizi, sarı rəng isə ölkənin mineral ehtiyatlarının zənginliyini və dövlətçiliyin dirçəlməsini tərənnüm edir. Sarı rəngli kiçik zeytun şaxəlerindən ibarət çələng ( 30 yarpaq) Eritreyanın müstəqilliyi ilə nəticələnən vətəndaş müharibəsi illərinin simvoludur. Ölçüsü 1:2 nisbətindədir.

Cənubi Afrika Respublikası

Cənubi Afrika Respublikasının (CAR) bayrağındakı qırmızı rəng qanın, mavi rəng səmanın, yaşıl rəng ölkə torpaqlarının, qara rəng afrikalı zənci əhalinin, ağ rəng avropalı ağ əhalinin, sarı rəng qızıl və digər təbii resursların rəmzidir. Bundan əlavə, bayraqdakı “y” forması iki irqin birləşdiyini tərənnüm edir. İndoneziya bayrağının rəngləri 13-15-ci əsrlərdə Yava adasında yerləşən Macapaxit krallığının bayrağının rənglərindən götürülüb

İraq

İraqın dövlət bayrağı 3 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı, ağ və qara. Ağ zolağın üzərində yaşıl rəngdə “Allahu Əkbər” ifadəsi yazılıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Bayraqdakı qırmızı rəng İslamın düşmənlərinə qarşı mübarizəni; ağ rəng ərəb xalqının alicənablığını, comərdliyini, birliyini, qələbəsini; qara rəng isə ərəb xalqının böyük keçmişə malik olduğunu tərənnüm edir. Digər bir versiyaya görə, qırmızı rəng ərəblərin İslamdan öncəki rəmzi olub. Bayraq rəsmi olaraq, 2008-ci ilin yanvar ayının 22-də qəbul edilib.

Əfqanıstan

Əfqanıstanın dövlət bayrağı 3 bərabər şaquli zolaqdan ibarətdir: qara, qırmızı və yaşıl. Qırmızı zolağın üzərində ölkənin dövlət gerbi təsvir olunub. Bayrağın eninin uzunluğuna nisbəti 1:2 - dir. Bayraqdakı qara rəng tarixi və dini rəmzlərin mənasını daşıyır. Qırmızı rəng yüksək dövlət hökmdarının rəngidir. Yaşıl rəng isə ümid və müvəffəqiyyətin rəmzidir. Bayrağın rəsmi qəbul tarixi 2002-ci ilin fevral ayının 5-nə təsadüf edir.

İsrail

1948-ci ildə İsrailin dövlət bayrağı haqqında qanun qəbul edilib. Parametrləri 8:11 nisbətindədir. Bayrağın mərkəzində təsvir olunmuş mavi rəngli altıguşəli ulduz “Davidin ulduzu”, “Davidin qalxanı” və “Solomonun möhürü “ kimi tanınır. Bu simvol qədim tarixə malik olub, sehrli gücün və iblisdən qorunmanın mənasını verir. İlk dəfə altıguşəli ulduzdan bayrağında 1354-cü ildə Praqadakı yəhudi icması iudizm inancına sadiqlik əlaməti olaraq istifadə edib. Mavi rəng İsrail səmasının, ağ rəng isə dini idealların paklığının rəmzidir.

Suriya

Suriyanın dövlət bayrağı 1980-ci ilin may ayının 30-da rəsmi olaraq təsdiq edilib. Bayraq 3 bərabər üfüqi zolaqdan təşkil olunub: qırmızı, ağ və qara. Ağ zolağın mərkəzində 2 ulduz şəkli təsvir olunub. Qırmızı rəng İslam dini yolunda şəhid olanları və Haşimilər xanədanlığını, ağ rəng Umeyyiləri, qara rəng Abbasilər sülaləsini təmsil edir. Yaşıl rəng isə Fatimiləri tərənnüm edir. 2 ulduz şəkli Misir və Suriya xalqlarını özündə əks etdirir. Belə ki, Misir və Suriya vaxtilə Birləşmiş Ərəb Respublikasının tərkibini formalaşdırıblar. Ölçüsü 2:3 nisbətindədir.

Səudiyyə Ərəbistanı

1973-cü ilin mart ayının 15-də Səudiyyə Ərəbistanının dövlət bayrağı haqqında qanun qəbul edilib. İslamı tərənnüm edən yaşıl parçanın üzərində “La İlahe İllallah va Muhammadun Rasululallah” ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah Əziz ibn Saudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.

İndoneziya

İndoneziyanın bayrağı 2 bərabər zolaqdan təşkil olunub: qırmızı və ağ. İndoneziya bayrağının rəngləri 13-15-ci əsrlərdə Yava adasında yerləşən Macapaxit krallığının bayrağının rənglərindən götürülüb.1945-ci ilin avqust ayının17-də dövlət bayrağı statusunu alıb. Qırmızı rəng insan qanını, daha geniş mənada isə maddi aləmi təmsil edir. Ağ rəng insan ruhunun rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.


Cənubi Koreya Respublikası

Bayraqdakı ağ rəng koreya xalqının milli rəngi hesab edilir. Bayrağın mərkəzində yerləşən emblem bütöv qəbul edilən kainata olan baxışları əks etdirir (daosizm) . Bu emblemdə 2 əks enerji, “in” və “yan” bir-biri ilə həm birləşir, həm də qarşılıqlı əlaqə yaradır. “İn-yan” Böyük Başlanğıcın sintezi olub, Koreya dilində “theqık” adlanır. Buna görə də Koreya bayrağının ismi “ theqıkki”dir. Bayrağın künclərində triqrammalar yerləşir. Triqrammalar da, öz növbəsində, “in” (qırıq-qırıq zolaqlar) və “yan”dan (bütöv zolaqlar) təşkil olunub. Triqrammalar yuxarı sol küncdən saat əqrəbi istiqamətində aşağıdakı mənaları daşıyır: səma, cənub və yay; ay, qərb, payız və su; torpaq, şimal, qış; günəş, şərq, bahar, od. Qara rəng sayıqlığın, möhkəmliyin, ədalətin və bəkarətin rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.

Küveyt

Küveytin dövlət bayrağı rəsmi olaraq 1961-ci ildə təsdiqlənib. Bayraqdakı yaşıl rəng otlaqların, ağ rəng işə olan istəyin, qırmızı rəng düşmənlərlə mübarizə zamanı tökülən qanın, qara rəng isə döyüş meydanlarının rəmzidir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Braziliya

Braziliya Birləşmiş ştatlarının dövlət bayrağının əksər hissəsi yaşıl rəngə boyanıb. Bu rəng Braziliyada geniş yayılmış qəhvə ağacının rəmzi hesab edilir. Yaşıl rəngin fonundakı sarı romb brilyantı təsvir edir. O da, öz növbəsində, ölkənin zənginliyinin göstəricisidir. Brilyantın mərkəzində mavi rəngdə qlobus yerləşir. Qlobusun üzərində Braziliyadakı ştatların və bir də Braziliya Federal Dairəsinin sayına uyğun olaraq, 27 ulduz şəkli həkk olunub. Qlobusun mavi rəngi Rio-de-Janeyro şəhərinin üzərindəki səmanın rəmzidir. Qlobusun ekvatorundan üzərində “borc və inkişaf” sözü yazılan zolaq keçir. Bayrağın hazırkı forması 1889-cu ildən mövcuddur. Rəsmi olaraq isə 1992-ci ilin may ayının 12-də təsdiqlənib. Bayrağın ölçü nisbəti 7:10-dur.

Uruqvay

Uruqvayın dövlət bayrağı rəsmi olaraq 1830-cu ilin iyul ayının 12-də qəbul edilib. Bayrağın ölçü nisbəti 7:10-dur. Uruqvayın bayrağı bir çox cəhətlərinə görə, Argentinanın bayrağına bənzəyir. Bu da əbəs deyil. Belə ki, Uruqvay müstəqillik əldə edənə qədər Argentinanın tərkibində olub. Bayrağın ilkin variantında 9 mavi və 10 ağ zolaq var idisə, 1830-cu ildə bu, 4 mavi və 5 ağ zolağa qədər endirildi. Ümumilikdə 9 zolaq Uruqvayın ilkin 9 bölgəsinin sayı ilə üst-üstə düşür. Bayraqdakı günəş şəkli azadlığı tərənnüm edir.

Argentina

Argentinanın dövlət bayrağı rəsmi olaraq 1818-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayraq mərkəzdə günəş şəkli həkk olunmuş 3 bərabər üfüqi zolaqdan ibarətdir: mavi, ağ və mavi. Mavi, ağ rənglər səmanın və And dağlarındakı qarın rəmzidir. 1818-ci ildə bayrağa əlavə edilmiş günəş şəkli isə Argentinanın milli rəmzi hesab olunur. Onlar bayraqdakı günəşə Sole de Mayo, yəni “May günəşi” deyirlər. O, 1810-cu ilin may ayının 25-də buludlu səmada günəşin peyda olmasını xatırladır. Həmin tarixdə ölkədə müstəqillik lehinə ilk kütləvi nümayiş keçirilib.

Surinam

Surinamın dövlət bayrağı rəsmi olaraq 1975-ci il, noyabr ayının 25-də təsdiqlənib. Bayrağın ölçüsü 2:3 nisbətindədir. Bayraqdakı yaşıl rəng Surinam torpağının məhsuldarlığının; ağ rəng ədalət və azadlığın; qırmızı rəng isə inkişafın rəmzidir. Qızıl ulduz şəkli birlik sayəsində əldə edilə biləcək xoşbəxt gələcəyi tərənnüm edir.

Barbados

Barbadosun milli bayrağı 1966-cı ildə təsdiqlənib. Bayraq 3 bərabər şaquli hissəyə bölünmüş düzbucaqlı parçadan təşkil olunub. Bayrağın mərkəzində üçbaşlı əsa şəkli həkk olunub. Barbadosun milli bayrağını əhali arasında keçirilmiş konkursdan sonra Karl Brudhaqen, Qrantley Preskod və Advena Kendall düzəldiblŠr. Rəsm müəllimi olan Qrantley Preskodun yazdığına görə, mavi rəng dənizin, sarı rəng isə adanı əhatə edən qızılı qumun rəmzidir. Üçbaşlı əsa isə Barbadosun demokratik hökumətinin 3 prinsipini özündə cəmləşdirir: xalqdan, xalqla, xalq üçün. Üçbaşlı əsanın tutacaq yerinin olmaması Barbadosun artıq koloniya dövləti olmadığına işarədir. Həmçinin o, dəniz tanrısı Neptunun rəmzi olmaqla yanaşı, Barbados üçün dənizin əhəmiyyətinin vacib olduğunu əks etdirir. Bayrağın parametrləri 3:2 nisbətindədir.

Venesuela

Venesuela bayrağını düzəldən Cənubi Amerika azadlıq hərəkatının rəhbəri Fransisko Miranda olub. Sarı, mavi və qırmızı rəngli bayraq ilk dəfə 1806-cı ildə “Leandr” gəmisində qaldırılıb. Həmin gəmi vasitəsilə Mirandanın başçılığı altında könüllülərdən ibarət dəstə Nyu-Yorkdan Cənubi Amerikaya yollanıb. Bayraqdakı sarı rəng qızıl və digər faydalı qazıntılarla zəngin olan Amerika qitəsini, qırmızı rəng ıspaniyanın qanlı hökmranlığını, mavi rəng isə onları ıspaniyadan ayıran Atlantik okeanını təmsil edir. 1817-ci ildən etibarən bayrağın mavi zolağında ölkənin 7 əyalətinin sayına uyğun olaraq, 7 ulduz şəkli peyda olur: Karakas, Barinas, Barselona, Kumana, Marqarita, Merida, Truhilo.

Paraqvay

Paraqvayın dövlət bayrağı rəsmi şəkildə 1842-ci ilin dekabr ayının 25-də qəbul edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraqdakı qırmızı rəng vətənpərvərliyin, şücaətin, bərabərliyin, ədalətin; ağ rəng möhkəmliyin, birliyin, sülh və ideyaların paklığının; mavi rəng isə yaxşılığın, sevginin, real hissin və azadlığın rəmzidir. Bayrağın qabaq hissəsində okeanın üzərində ulduz şəklinin təsviri olan dövlət möhürü həkk olunub. Arxa tərəfdə isə sütunun üzərində oturmuş şir şəklindən ibarət xəzinadarlığın möhürü təsvir olunub. Ölkənin milli şüarı isə “Sülh və ədalət”dir.


Geri dön

only-girl

  • 6 aprel 2011 20:03
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
tewekkur edirem

--------------------

sevgi yalandir

  • 16 oktyabr 2010 14:17
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 9 sentyabr 2010 20:36
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
tesekkurler

raul088

  • 8 sentyabr 2010 13:25
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
tesekurler,

wirinqiz-1988

  • 8 sentyabr 2010 10:16
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
maraqli xeberdi..twk smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 30
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
nevroz
Xəbərləri: 1
Cəmi: 174
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}