Hadise: "Mən həm də azərbaycanlıyam"

 
Hadise: "Mən həm də azərbaycanlıyam"

Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un dəstəyi ilə keçirilmiş türkdilli dövlətlərin 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsində konsert verən son müğənni “Eurovison 2009”-da fərqli performans sərgiləyən Hadisə Açıkgöz oldu.

Festivalın bağlanış gecəsi olduğu üçün tamaşaçıların sayı təqribən 20 mini ötüb keçmişdi. Azərbaycana xüsusi diqqəti ilə seçilən müğənni səhnədən həmyerlimiz Cəlal Abbasovun mədəniyyət həftəsi çərçivəsində keçirilən mahnı müsabiqəsində birincilik qazanmasını sevinclə vurğuladı.

“Mən həm də azərbaycanlıyam. Bu sözləri deyərkən, hədsiz qürurlanıram. Bakıda olanda əsla qəribçilik hissi yaşamıram. Orada məni sevən minlərlə pərəstişkarımın olduğunu bilirəm. Qazandığım yaxşı dostlarım sayəsində Azərbaycana hər gəlişim mənim üçün bayrama çevrilir. Türkiyə və Azərbaycan qanı bir, canı bir qardaş ölkələrdir. Var olsun türkcə danışan bütün doğmalarım"” - Hadisə belə dedi.

Səhnədə canlı orkestr və rəqs qrupunun müşayiəti ilə möhtəşəm şou göstərən Açıkgözün konserti 2 saat davam etdi. Razılaşmaya əsasən, media mənsublarına yalnız 15 dəqiqə ərzində səhnədən çəkiliş aparmağa icazə verilmişdi. Şəxsi tanışlığımız və qonaq olduğumuz üçün xoş olmayan şərtlər Trend-in fotokamerasına şamil edilmədi.

Bəs görəsən, Bakıda hələ də “Düm tək-tək” mahnısı ilə sevilən müğənni yolunu nə zaman Azərbaycandan salacaq? Bu suala cavab tapmaq üçün müğənninin bacısı, həm də meneceri Hülya xanıma müraciət etdik. “Hadisənin səhnədə söylədikləri həqiqətdir. Həqiqətən də biz Bakıya hər gəlişimizdə mehriban insanların sevgisi ilə əhatə olunuruq. Bacımın Azərbaycanın populyar bəstəkarı Emil Şahinlə yaradıcılıq əməkdaşlığı var. Emilin yazdığı “Follow my way” mahnısı yeni aranjimanda hazırlanır və Hadisənin ifasında dinləyicilərə təqdim olunacaq. Hazırlıq işləri son mərhələdədir. Yaxın vaxtlarda ya Emil İstanbula gələcək, ya da biz Bakıya yollanacağıq. Emillə Hadisənin əməkdaşlığı təkcə bununla bitmir. Gələcək üçün çox fərqli ideyalar var ki, onları da zaman-zaman həyata keçirəcəyik”, - Hülya belə dedi


Geri dön

nigar_ceza

  • 28 iyul 2011 15:53
  • Məqalə: 0
  • Şərh: 168
  • Bal:
yaxsidi mahnilari var

--------------------
Oglanlar statina yazire qizlara nifret edirem bawim cixmirki hec men seni tanimiram senin menden niye xowun gelmesin hec sozdu sizinki

Sabir Qasimov

  • 27 iyul 2011 09:37
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Hadise cox hadiseler acacaq basimiza haaaa)demedi demeyin lol

nurrlane 04

  • 26 iyul 2011 21:38
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
sagolun ama hadise hemde turkdu tesekkur

R.M_FaNaTka

  • 26 iyul 2011 19:08
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

tweety6666

  • 26 iyul 2011 16:29
  • Məqalə: 0
  • Şərh: 159
  • Bal:
{awards}
oxuduqca tuklerim biz-biz oldu. xebere gore tesekkurler!!!

Forghosten

  • 26 iyul 2011 16:12
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
Hadise superdi.Onu mende xoshlayiram.Halal olsun...

lema

  • 26 iyul 2011 15:45
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
lap yaxshi. winkhalal olsun...
tewekkurler

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MiLeyla

  • 26 iyul 2011 15:41
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox istedatli qadindi.dili qeder dilceyide varaaaaaaa wink

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Cant_Breathe

  • 26 iyul 2011 15:36
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Lap yaxshi)

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

.maNga.

  • 26 iyul 2011 15:17
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
bu qiz turk dilinde mahni oxumasin da nooooooooooooooolar??

Sirli Melek

  • 26 iyul 2011 14:33
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
YAXŞI MÜĞƏNNİDİR)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

KaRola_16

  • 26 iyul 2011 14:27
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
HADISEN COX SEVIREM... MARAQLI XEBERDIR

--------------------

NELLY19

  • 26 iyul 2011 14:17
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber tewekkurler

..:LuNaTiK:..

  • 26 iyul 2011 14:17
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
HA-LAL-DI!!!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}