Bayraqların mənaları [3cü hissə]

 
Bayraqların mənaları  [3cü hissə]

Peru

Perunun dövlət bayrağı rəsmi olaraq 1825-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Rəvayətə görə, general Xose de San-Martin 1820-ci ildə Peruya gəldiyi zaman çoxlu flaminqo (qızılqaz) görür. O bunu yaxşı əlamət hesab edərək, Perunu azad etmək üçün yaratdığı Peru legionunun rənglərinin qırmızı və ağ olmasını istəyir. Bayraqdakı ağ rəng sülhün, ləyaqətin və inkişafın rəmzidir. Qırmızı rəng isə müharibə və cəsurluğu təcəssüm etdirir. Qrenadanın dövlət bayrağı rəsmi olaraq 1974-cü ilin fevral ayının 7-də təsdiqlənib. Bayrağın parametrləri 3:5 nisbətindədir.

Qrenada

Qrenadanın dövlət bayrağı rəsmi olaraq 1974-cü ilin fevral ayının 7-də təsdiqlənib. Bayrağın parametrləri 3:5 nisbətindədir. Bayraqdakı sarı rəng Qrenada üzərindəki günəşin və qrenadalıların mehribanlığının rəmzidir. Qırmızı rəng harmoniyanı, birliyi və cəsarəti tərənnüm edir. 7 ulduz şəkli isə ölkənin inzibati ərazilərinin sayı ilə eynilik təşkil edir. Bayraq üzərində həmçinin cövüz şəkli yerləşdirilib. Bu da əbəs yerə deyildir. Belə ki, cövüz istehsalı ölkə iqtisadiyyatının əsasını təşkil edir. Qrenada dünyada cövüz istehsal edən lider dövlətlərdən biridir.

Puerto-Riko

1493-cü il, noyabr ayının 19-da Xristofor Kolumb tərəfindən kəşf edilən Puerto-Riko adasının hazırkı bayrağı 1895-ci ildə meydana gəlib. Kuba inqilabi partiyasının Puerto-Riko seksiyasının rəmzi olub. Bayrağın qeyri-adiliyi ondan ibarətdir ki, onun rəngləri və elementləri heç bir rəmzi məna daşımır. Ümummilli rəmz olduğuna görə partiyalar, hərəkatlar və əhalinin müxtəlif təbəqələri bu bayraqdan istifadə edə bilərlər.

Çili

Çilinin dövlət bayrağı rəsmi olaraq, 1817-ci ilin oktyabr ayının 18-də təsdiqlənib. Bayrağı isə Çilinin müstəqilliyi uğrunda vuruşan amerikalı Çarlz Vud hazırlayıb. Bayraqdakı mavi rəng səmanın, ağ rəng qarla örtülən And dağlarının, qırmızı rəng isə ölkənin müstəqilliyi uğrunda tökülən qanın rəmzidir. Beşguşəli ulduz uğur və şöhrətə aparan bələdçini tərənnüm edir. Ölçüsü 2:3 nisbətindədir.

Andorra

Andorranın dövlət bayrağı 3 bərabər şaquli zolaqdan ibarətdir: göy, sarı və qırmızı. Sarı zolağın mərkəzində Andorranın gerbi həkk olunub. Bu üçrəngli bayraq 19-cu əsrdən etibarən Andorranın bayrağıdır. Bayraqdakı mavi və qırmızı rəng Fransanın, sarı rəng isə ıspaniyanın rəngi hesab edilir. Onlar birlikdə Andorra üzərindəki Fransa-ıspaniya hakimiyyətini əks etdirir. Bayraq 1866-cı ildə qəbul edilib.

Mərakeş

Mərakeş Krallığının dövlət bayrağı rəsmi olaraq, 1915-ci ilin noyabr ayının 17-də təsdiq edilib. Bayraqdakı qırmızı rəng Məkkə şəriflərinin rəngidir. Pentaqramma, yəni beşguşəli ulduz isə “Solomonun möhürü” olub, həyat və sağlamlıq simvolu hesab edilir. Ölçüsü 2:3 nisbətindədir.

Çad

Çadın dövlət bayrağı haqqında qanun 1959-cu ilin noyabr ayının 6-da qəbul edilib. Eynilə Rumıniya bayrağına bənzəyir. Bayrağın mavi rəngi səmanı, ümidi və suyu təmsil edir. Sarı rəng günəşin və ölkənin şimal hissəsindəki səhranın rəmzidir. Qırmızı rəng isə inkişafı, birliyi və ölkənin müstəqilliyi uğrunda tökülən qanı tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.

Nigeriya

Nigeriyanın dövlət bayrağı haqqında qanun 1968-ci ilin yanvar ayının 9-da qəbul edilib. Nigeriyanın bayrağı keçirilən konkursdan sonra, tələbə olan Maykl Tayvo Akinkunminin təklif etdiyi eskiz əsasında qəbul edilib. Yaşıl rəng meşəni, kənd təsərrüfatını və Nigeriyanın təbii zənginliklərini, ağ rəng isə dünyanı və həmrəyliyi tərənnüm edir. Ölçüsü 1:2 nisbətindədir.

Uqanda

1962-ci ilin oktyabr ayının 9-da Uqandanın dövlət bayrağı statusunu alıb. Bayraq 6 bərabər üfüqi zolaqdan ibarətdir: qara, sarı, qırmızı, qara, sarı və qırmızı. Mərkəzdə ağ fonun üzərində təsvir olunmuş şərqi taclı (kəkilli) durna milli simvol hesab edilir. Qara rəng Afrika əhalisini, sarı rəng Afrika günəşini, qırmızı rəng isə Afrika qardaşlığını tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.

Tanzaniya

Tanzaniyanın dövlət bayrağı haqqında qanun 1964-cü ilin iyun ayının 30-da qəbul edilib. Bayrağın dizaynı Tanqanika və Zənzibarın bayraqları əsasında formalaşıb. Belə ki, Tanzaniya Tanqanika və Zənzibarın birləşməsindən yaranan dövlətdir. Yaşıl rəng Tanzaniyanın bitki aləminin, mavi rəng ölkənin çoxsaylı göl və çaylarının, həmçinin Hind okeanının, qara rəng yerli Afrika əhalisinin, sarı rəng isə Tanzaniyanın faydalı qazıntılarının simvoludur. Parametrləri 2:3 nisbətindədir.

Avstriya

Avstriyanın indiki bayrağı ilk dəfə rəsmi olaraq 1919-cu ildə qəbul edilib. 1933-cü ildə ləğv edilməsinə baxmayaraq, 1945-ci ildə dövlət bayrağı kimi yenidən təsdiqlənib. Avstriyanın milli bayrağı üfüqi vəziyyətdə olan üç bərabər düzbucaqlı zolaqdan ibarətdir. Yuxarı və aşağı zolaq qırmızı, orta zolaq isə ağ rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Qırmızı rəng Avstriyanın azadlığı və müstəqilliyi uğrunda vətənpərvərlərin tökülən qanının simvoludur. Ağ rəng isə Avstriya xalqının ölkədə monarxiya rejiminə son qoyaraq, əldə etdiyi müstəqilliyinin rəmzidir. Bayraqdakı ağ rəng Avstriya ərazisindən keçən Dunay çayını da təmsil edir. Avstriya bayrağının rənglərinin yaranması barədə rəvayət də var. Həmin rəvayətdə deyilir ki, 1191-ci ildə Hersoq Leopald Babenberqskiy (qədim Avstriya Hersoq Evinin nümayəndəsi) Ptolemazine yaxınlığındakı döyüşdə iştirak edib. O, həmin döyüşdə yaralanıb və onun ağ plaşı qana bulanıb. Yalnız bel hissəsində qana bulanmayan ağ zolaq qalıb. Bununla da qırmızı və ağ rəng Babenberqlərin gerbində, sonradan isə Avstriya bayrağının rənglərində öz əksini tapıb.


Geri dön

only-girl

  • 6 aprel 2011 20:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
tewekkur edirem

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:47
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

wirinqiz-1988

  • 9 sentyabr 2010 08:58
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
XEBERE GORE TWK EDIREM... love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}