Bayraqların mənaları [4cü hissə]

 
Bayraqların mənaları [4cü hissə]


Yunanıstan

Yunanıstanın dövlət bayrağı ağ, mavi zolaqlardan və bir xaç şəklindən ibarətdir. Mavi rəng səmanın rəmzidir. Ağ rəng isə ölkənin müstəqilliyi uğrunda aparılan mübarizədəki ümidi tərənnüm edir. Bayraqdakı 9 zolaq ölkənin coğrafi bölgələrinin sayı ilə eynilik təşkil edir: Mərkəzi Yunanıstan, Fessaliya, Makedoniya, Epir, Frakiya, Peloponnes, Krit, ıon adaları, Egey adaları. Bayrağın indiki forması 1862-ci ildən mövcuddur.

Albaniya

Albaniya Respublikasının dövlət bayrağı mərkəzində ikibaşlı qara qartal şəkli həkk olunmuş qırmızı düzbucaqlı zolaqdan ibarətdir. Bayrağın eninin uzunluğuna nisbəti 5:7-dir. Qırmızı rəng xarici işğalçılara qarşı uzun müddət mübarizə aparan alban vətənpərvərlərin tökülən qanının rəmzidir. Albaniyanın hazırkı dövlət bayrağı 1945-ci ildə rəsmi olaraq təsdiqlənib. Qırmızı zolaqlı ikibaşlı qara qartal şəkli 1443-cü ildə Albaniyanın müstəqilliyinin əsasını qoymuş Georgi Kastriotın bayrağında mövcud idi. O, Skanderberq adı ilə daha çox məşhurdur. Çox güman ki, bayraqdakı qartal şəkli onun tərəfindən seçilib. Bayraqda məhz qartal şəkli əbəs yerə öz əksini tapmayıb. Belə ki, albanlar ta qədim zamanlardan ölkələrini “şkiperi” adlandırırlar ki, bu da tərcümədə “qartallar ölkəsi” mənasını verir. Onlar özlərini qartalların nəslinin davamçıları hesab edirlər.

Moldova

Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada dövlət bayrağı haqqında qanun qəbul edilib. Moldovanın bayrağı öndən və arxadan müxtəlif formada görünür. Belə ki, bayraqdakı gerb yalnız ön hissədə həkk olunub. Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, indiki zamanını və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.

Belçika

Belçika Krallığının dövlət bayrağı düzbucaqlı şəklində olub, üç bərabər şaquli zolaqdan ibarətdir. Zolaqların rəngi ardıcıl olaraq qara, sarı və qırmızıdır. Bayrağın ölçü nisbəti 13:15-dir. Qara rəng gücü təmsil edir. Sarı rəng müdriklik yolu ilə əldə edilən kamilliyin rəmzidir. Qırmızı rəng isə fədakarlıq, cəsurluq və qurbanlar vermək yolu ilə əldə edilən qələbənin tərənnümüdür. Belçikanın dövlət bayrağı rəsmi olaraq 1831-ci ilin sentyabr ayının 13-də qəbul edilib.

Portuqaliya

Portuqaliyanın dövlət bayrağı rəsmi olaraq 1911-ci ildə qəbul edilib. Parametrləri 2:3 nisbətindədir. Bərabər olmayan 2 şaquli zolaqdan təşkil olunub: yaşıl və qırmızı. Qırmızı zolaq bayrağın təxminən 1/3 hissəsini tutur. Zolaqların kəsişdiyi yerdə Portuqaliyanın gerbi təsvir olunub. Yaşıl rəng səyahət və yeni torpaqların kəşfinin rəmzidir.


Geri dön

only-girl

  • 6 aprel 2011 20:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
tewekkur edirem

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xebere gore twk

Kisa_Kiss

  • 9 sentyabr 2010 12:45
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
no спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}