Razılıq (2)

 
Razılıq (2)


Razılıq (2)

Razılıq (2)

Bismilləhir Rahmənir Rahim...

824. Allahın razılığının amilləri

Qur’an:

«Məgər Allahın razılığını qazanmaq yolu ilə gedən kimsə, Allahın qəzəbinə gələn şəxs kimidirmi? Onun yeri Cəhənnəmdir və bu necə də pis aqibətdir.» (Ali İmran, ayə162)

Hədis:

2628. «Biharul-Ənvar»: «Rəvayət olunur ki, Musa (ə) dedi: «Ey Rəbbim! Mənə elə bir işə yol göstər ki, ona əməl edəndə Sənin razılığını qazana bilim.»

Allah-taala ona vəhy etdi:«Ey İmranın oğlu! Həqiqətən, Mənim razılığım sənin narazılığındadır… və sənin də buna taqətin yoxdur…»

Musa (ə) ağlayaraq səcdəyə getdi və dedi: «Ey Rəbbim! Sən mənə özünlə söhbət etmək iftixarı ilə başıucalıq bəxş etdin, məndən qabaq heç bir bəşərlə söhbət etmədin. İndi isə, mənə Sənin razılığını qazanmağa vasitə ola biləcək bir əməlin yolunu göstərmirsənmi?»

Allah-taala ona vəhy etdi: «Həqiqətən, Mənim razılığım, Mənim müqəddəratıma (qəzavü-qədərimə) razılığındadır.» (Biharul-Ənvar, c.82,səh.143, hədis 17)

2629. İmam Əli (ə): «Üç şey bəndəni Allahın razılığına çatdırar: çox istiğfar etmək, təvazökarlıq və sədəqə vermək.» (Biharul-Ənvar, c.78,səh. 81, hədis74)

2630. İmam Əli (ə): «Kim öz bədənini ibadət zəhmətinə salarsa, Rəbbini razı salmışdır. Kim öz bədənini zəhmətə salmasa, Rəbbinə itaətsizlik etmişdir.» (Biharul-Ənvar, c.70,səh. 312, hədis 11)

2631. İmam Əli (ə): «Allah-taala sizə təqvalı olmağı tapşırdı və bunu, Öz bəndələrindən razılığının tacı və istəyinə çevirdi.» (Nəhcül-Bəlağə, xütbə 183)

2632. İmam Əli (ə): «Allahın razılığı Onun itaətinə yaxındır.» (Ğurərul-Hikəm,hədis 5410)

2633. İmam Səccad (ə): «Həqiqətən, sizin aranızda Allahın ən razı olduğu kəs öz ailəsini daha çox firavanlıqda və rifah içində saxlayandır.» (Biharul-Ənvar, c.78,səh. 136, hədis13)


825. Allahın razılığının nişanələri

2634. «Biharul-Ənvar»: «Rəvayət olunur ki, Musa (ə) dedi: «Ey Rəbbim! Məni bəndəndən razılığının nişanələrindən agah et.»

Allah-taala ona vəhy etdi:«Mən bəndəmi Öz itaətimə hazırlayıb, günahlardan uzaqlaşdırdığımı görəndə bil ki, bu Mənim razılığımın nişanəsidir.» (Biharul-Ənvar, c.70,səh. 26, hədis 29)

2635. İmam Əli (ə): «Sübhan olan Allahın bəndədən razılığının nişanəsi, bəndənin Allah tərəfindən onun xeyrinə və ziyanına təyin etdiyinə razı olmasıdır.» (Ğurərul-Hikəm,hədis 6344)


826. Yaradılmışların razılığı və Yaradanın narazılığı

2636. İmam Əli (ə) (Məhəmməd ibn Əbibəkrə yazdığı məktubundan): «Allahın yaratdıqlarından birinin razılığına xatir öz Rəbbini narazı etməyəcəyin bir işi bacarsan, bu işi gör.
Çünki Allahın razılığı hər razılığın canişinidir, amma heç bir şey Allahın razılığının yerini tutmaz.» (Əmali-Tusi, səh. 29 , hədis 31)

2637. İmam Hüseyn (ə): «Kim insanların narazı qalması ilə Allahın razılığını istəsə, Allah-taala onu insanların işlərindən ehtiyacsız edər. Kim Allahın narazı qalmağı ilə insanların razılığını axtarsa, Allah-taala onu insanlara tapşırar. Vəssəlam.» (Biharul-Ənvar, c.71,səh.208 , hədis 17)

Razılıq (2)


Geri dön

AliNikA

  • 2 avqust 2011 13:12
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
10xxxxxxxxxx

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

ulka17

  • 27 iyul 2011 00:06
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
tesekkur edirem

NELLY19

  • 26 iyul 2011 21:06
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

R.M_FaNaTka

  • 26 iyul 2011 20:32
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Tesekkurler... smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}