Faiq Ağayev Masallıdakı davaya aydınlıq gətirdi

 
Faiq Ağayev Masallıdakı davaya aydınlıq gətirdi

“Lentə alınan kadrlar Masallıda, seçim günündə görüntülənib”

ATV telekanalında yayımlanan "Tanıdım səni" layihəsinin Masallı rayonunda baş tutan çəkilişləri zamanı proqramın aparıcısı Zaur Baxşəliyevin və münsiflər heyətində təmsil olunan Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayevin döyülməsi haqqında xəbərlər bu gün mediada əsl ajiotaja səbəb oldu. “Qafqazinfo” xəbər verir ki, yayılan məlumata görə, Masallı rayon Mədəniyyət Evinin qarşısında çəkiliş zamanı bir qrup rayon sakini Bakıdan gələn qonaqları narazılıqla qarşılayıb və insident baş verib. Guya bir neçə gənc Zaura və xalq artistinə hücum etmək istəyiblər. Yalnız hadisə yerində olan polislərin müdaxiləsindən sonra baş verəcəyi ehtimal olunan davanın qarşısı alınıb. Faiq Ağayevi mühafizə edən cangüdənlərdən birinə bıçaqla xəsarət yetirilməsi və baş verən hadisədən sonra çəkilişin yarımçıq dayandırılaraq yaradıcı heyətin gecə ilə Bakıya geri dönməsi də yazılan şübhəli məlumatın nə dərəcədə doğru olub-olmadığını sual altına qoyur. Həmişə Trend vasitəsilə pərəstişkarlarına dürüst məlumatlar çatdıran 100% F.A bu dəfə də ənənəsini pozmadı və Masallıdan telefon vasitəsilə baş verənlərə aydınlıq gətirməkdən ötrü eksklüziv müsahibə verməkdən imtina etmədi:

- Televiziya tamaşaçıları saat 17:00-da ATV-nin efirində canlı yayımlanacaq "Onun yarısı" evlilik şousuna baxsalar görəcəklər ki, Zaura heç nə olmayıb. Və İnşallah ya bu axşam, ya da sabah mən də paytaxta qayıdacağam. Dilimdən onu yaza bilərsiniz ki, Masallı füsunkar təbiətə malik dilbər guşələrimizdən biridir. Rayon camaatı nəinki Zaurla məni, digər münsifləri - xalq artisti, aktrisa Firəngiz Mütəllimova, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanı çox gözəl qarşıladılar. Dedik-güldük, istedadlar arasında ən yaxşılarını seçdik, çox maraqlı insanlarla tanış olduq. Sonra rayonun gəzməli-görməli yerlərində ekskursiyada olduq. Odur ki, yayılan bu xəbər bütünlüklə yalan və cəfəngiyatdır. Həqiqətə heç bir yaxınlığı yoxdur. Veriliş yaxın günlərdə efirdə də nümayiş olunacaq. Və bu ağ yalanı yayan insanların lap ağını çıxardıqlarının şahidi olacaqsınız.

- Cənub bölgəsində turnedə olacağınız barədə çoxdan məlumatlar yayılırdı. Hətta bununla bağlı "Facebook"dakı profilinizdə də anonslar edirdiniz. Ola bilərmi ki, kimlərsə düşünülmüş şəkildə öncədən istirahətinizə maneə yaratmaqdan ötrü belə şayiələri yaymaqda maraqlıdırlar.
- Səfərlərim iyulun 20-dən başlayıb. Salyan və Masallıda demək olar ki, dincəldim. Növbəti səfərlərim Lənkəran və Astaraya olacaq. Məncə heç kim istirahətimə əngəl ola bilmədi.

- İndi hansı bölgədəsiniz?
- Hələ də Masallıda yerləşən istirahət məkanlarından birindəyəm. Dostlarımızla dincəlirik. Yerli pərəstişkarlarım məni elə hərarətlə qarşılayıblar ki, rayonu tərk etmək istəmirəm. Özünüz "Tanıdım səni" proqramı efirdə yayımlananda görəcəksiniz ki, sevənlərim məni necə sevgi ilə qarşılayıblar. O qədər hədiyyələr toplamışam ki…

- Cangüdələrinizin birinin bıçaqlanması barədə də məlumatlar yayılıb.
- Dedim axı, yalan və cəfəngiyatdır. Uydurmaya söykənən xəbər haqqında nə səbəbdən danışmalıyıq ki? Onsuz da heç kim inanmadı.


- Faiq bəy, sualımızı qəribçiliyə salmayın, harada adınız varsa, mütləq kimlərsə danışmağa mövzu tapırlar. Xəbər olmasa belə, bu cür şayiə və yalan məlumatlar uydurmağa çalışırlar. Bu şayiələrin yayılması, "Tanıdım səni" layihəsinə münsiflərdən biri kimi qatılmağınız sizi peşman etmədi ki?
- Əsla! Peşmançılıqdan söhbət belə gedə bilməz. Sözügedən layihə ATV-nin ən baxımlı və tamaşaçıların böyük maraqla izlədiyi reytinqli proqramlardan biridir. Və bu vaxtda qədər çəkiliş komandası hansı bölgədə olubsa, hər dəfə istedadlı insanları üzə çıxarmağa müvəffəq olub. Amma gözügötürməyənlər də var. Hansısa rayonlarımızın birində yaxşı tədbir keçiriləndə, paxıllığı tutanlar da meydana çıxır. Biri var hansısa həqiqəti şişirtmək, biri də var ki, uydurmalı xəbər yaymaq. Bunlar fərqli-fərqli şeylərdir. Bizim gördüyümüz işə də kimlərsə kölgə salmaq istədi, amma alınmadı. İnternetdə "Flaş!" videokadrlar kimi nümayiş olunan görüntülərə dəfələrlə baxdım. İlk növbədə onu vurğulamaq istərdim ki, istənilən tədbirdə, fərq etməz Bakıda və ya hansısa bölgələrimizdə olsun, insanların toplandığı məkanlarda daim izdiham yaşanır. Və tamaşaçılar səhnəyə can atmağa çalışırlar. Youtube-da yerləşdirilən videonun heç bir dəlil-sübutu yoxdur ki, lentə alınan kadrlar Masallıda, seçim günündə görüntülənib. Bəlkə, bu başqa vaxta, tam başqa bir bölgədə çəkilib? Kim sübut edə bilər axı? Çünki görüntülərdə nə mən, nə Zaur, nə də Firəngiz xanımla Elza Seyidcahanın kiçik görüntüsü belə əks olunmayıb. Heç ATV-nin avtobusu belə görünmür o videoçarxda. İnanın, işi-gücü yalan məlumatlar yayan insanların Allahın qarşısında necə cavab verəcəklərini bilmirəm. Bu qədər yalan, iftira olmaz axı…


Geri dön

AliNikA

  • 1 avqust 2011 15:29
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

R.M_FaNaTka

  • 27 iyul 2011 19:49
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------

lema

  • 27 iyul 2011 12:32
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
kaw bunu ele doyerdiler ki hec daniwmaga hali olmayaydi. am
tewekkurler

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Aytac S-ova

  • 27 iyul 2011 11:13
  • Məqalə: 51
  • Şərh: 1420
  • Bal:
{awards}
xebere gore twk

Musique Sage

  • 27 iyul 2011 10:55
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
doyseler lap yaxsi olardi

Zulfiyye-91

  • 27 iyul 2011 10:00
  • Məqalə: 8
  • Şərh: 327
  • Bal:
{awards}
faiqden zehlem gedir

--------------------
Sevginin məqsədi onun üçün “mükəmməl insan” olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır..

Sirli Melek

  • 27 iyul 2011 09:00
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
))) DÖYÜLSƏLƏRDƏ BOYUNLARINA ALMAZLARKİ

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Мой Мир

  • 27 iyul 2011 02:07
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
keske bunu vurseydilar onda axili basina gelerdi arvadbaz am

--------------------
∞♥

merry girl

  • 27 iyul 2011 01:06
  • Məqalə: 2
  • Şərh: 123
  • Bal:
{awards}
eh ne bilim eyyy bunlarin dilini bimek olur ki 100 fasonda daniwirlar

jalicka

  • 26 iyul 2011 23:22
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
doyulmusdulerde yaziqlar tesekkurler melumata gore

Strong

  • 26 iyul 2011 21:43
  • Məqalə: 0
  • Şərh: 96
  • Bal:
{awards}
eeeehh doyulselerde deyecekler ki,doyulmemiwik... Hami Reksane deyil ki.. crying

NELLY19

  • 26 iyul 2011 21:29
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 32
Cəmi: 56

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 791
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 35
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 507
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}