Səfər

 
Səfər

Səfər

Bismilləhir Rahmənir Rahim...

940. Səfər

3027. Allahın Peyğəmbəri (s): «Səfərə çıxın ki, sağlam qalasınız və qənimət əldə edəsiniz.» (Kənzul-Ummal, hədis 17470)

3028. Allahın Peyğəmbəri (s): «Səfər əzabın bir hissəsidir. Sizlərdən biriniz səfəri başa vuran kimi, tezliklə öz ailəsinin yanına qayıtsın.» (Biharul-Ənvar,c.76,səh. 222 , hədis7)

3029. İmam Əli (ə): «Səfərdən qabaq öz yol yoldaşınla maraqlan və ev almamışdan qabaq bax gör, qonşun kimdir.» (Nəhcül-Bəlağə, məktub 31)


941. Səfərin qaydası

3030. Allahın Peyğəmbəri (s): «Üç nəfər həmsəfər olduqda, öz aralarından bir nəfəri başçı seçsinlər.» (Kənzul-Ummal, hədis 17550)

3031. Allahın Peyğəmbəri (s): «İnsanların başçısı səfərdə onlara xidmət edəndir.» (Məkarimul-Əxlaq, c.1,səh. 536 , hədis 1866)

3032. Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz səfərdən qayıdanda bir daş parçası da olsa öz ailəsi üçün hədiyyə və töhfə gətirsin.» (Biharul-Ənvar,c.76,səh. 283 , hədis 2)

3033. İmam Əli (ə): «Sən ona qarşı münasibətdə, onu özündən üstün bildiyin kimi, o da səni özündən üstün bilməyən şəxslə səfərə çıxma.» (Biharul-Ənvar,c.76,səh. 267 , hədis 8)

3034. İmam Sadiq (ə): «Öz səfərini sədəqə verməklə başla və istədiyin vaxt yola düş. Çünki sədəqə verməklə səfərin salamatlığını alarsan.» (Biharul-Ənvar,c.100,səh. 103 , hədis 5)

3035. İmam Sadiq (ə): «Loğman öz oğluna dedi: «Bir neçə nəfərlə həmsəfər olanda özünə və onlara aid olan işlərdə yol yoldaşlarınla məşvərət et, onlarla gülərüz ol, ehtiyat üçün götürdüyün azuqəndən onlara əliaçıqlıq et. Səni də‘vət etsələr qəbul et. Üç şeydə onlardan üstün ol: susmaqda, çox namaz qılmaqda və öz minik, və ya sərvət və yaxud götürdüyün azuqədə səxavətlilikdə.» (Biharul-Ənvar,c.76,səh. 271 , hədis 28)

3036. İmam Sadiq (ə): «Səfərdə mərdlik aşağıdakılardan ibarətdir: yol azuqəndən yoldaşlarına bəxşiş etmək, Allahı qəzəbə gətirməyən zarafat etmək, həmsəfərlərə az müxalifdə olub, az narazılıq etmək və onlardan ayrıldıqdan sonra onları pis sözlərlə yad etməmək.» (Əmali-Mufid,səh. 44 , hədis 3)

942. Qadağan olunmuş səfərlər

3037. İmam Əli (ə): «İnsan öz dininə və namazına ziyan dəyəcəyindən qorxduğu səfərə çıxmamalıdır.» (Biharul-Ənvar,c.10,səh. 108 , hədis 1)

3038. İmam Sadiq (ə) (Məhəmməd ibn Muslimin səfərdə cünub olan və qüsl almaq üçün qardan və buzdan başqa bir şey tapmayan şəxsin hökmü barədə sualına cavabından): «Belə vəziyyətdə zərurət halı vardır. O, bir daha dininə ziyan vuran məkana çıxmamalıdır.» (Biharul-Ənvar,c.76,səh. 222 , hədis 9)

943. Gəzmək


3039. İmam Sadiq (ə) İmamın qardaşı Abdullah ibn Muhəmmədin (ə) mənzilində o Həzrətin (ə) yanına gəlib «Sizə fəda olum. Buraya nə məqsədlə gəlmisiniz?» deyə soruşan Əmr ibn Hureysə cavabında buyurdu:«Gəzmək üçün.» (Əl-Məhasin, c.2,səh. 261 , hədis 2595)

3040. İmam Rza (ə): «Bir gün xudmani bir gəzintiyə çıxmışdıq. Amma xidmətçilərdən biri duz götürməyi yaddan çıxarmışdı. Buna görə, bizim üçün kəsdikləri kök qoyundan heç nə yeməyib geri qayıtdıq.» (əl-Kafi, c.2,səh. 326 , hədis 7)

Səfər


Geri dön

NELLY19

  • 26 iyul 2011 21:30
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
TƏŞƏKKÜRLƏR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 34
Cəmi: 63

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 45
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}