Orucluq Hər Bir Müsəlman Üçün Böyük Fürsətdir

 
Orucluq Hər Bir Müsəlman Üçün Böyük Fürsətdir

Orucluq Hər Bir Müsəlman Üçün Böyük Fürsətdir

Allah-taala bərəkətli Ramazan ayını öz mənəvi müjdələri ilə İslam ümmətinə nəsib edərək, onlar üçün dəyərli bir fürsət yaratdı. Orucluq hər bir müsəlman bəndəyə Allahın mərifət süfrəsindən bəhrələnməyə ən yaxşı və böyük fürsət verir. Bərəkətli Ramazan ayında insanların qəlbi İlahi nura boyanır, duaları vahid Allahın dərgahında qəbul olunur. Əgər oruc tutmağın insanlara maddi və mənəvi xeyri olmasaydı, böyük Yaradan onu bəndələrinə vacib bilməzdi.
Yerin ən ali varlığı olan insan dünyaya qədəm basdığı ilk gündən indiyədək Allah-taala tərəfindən nazil edilmiş dinlərə etiqad bəsləyib bu dinlərdəki müqəddəs ayin və mərasimlərə əməl edib. Həmin ayinləri isə insanlara təlim edənlər bəşəriyyətin tərəqqi və kamilliyi üçün göndərilmiş peyğəmbərlər olublar. Bu ayinlərdən biri də orucluqdur. Orucluq bəşər övladının yemək, içmək və sair bu kimi gündəlik yerinə yetirdiyi bəzi şeylərdən müəyyən olunmuş zaman çərçivəsində könüllü olaraq imtina etməsidir. Orucluğun tarixi olduqca qədimdir.
İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə - bəşəriyyətin kamilləşməsinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Bu baxımdan demək olar ki, orucluq müəyyən bir müddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, özündə geniş anlamlar ehtiva edir. Məsələn, oruc tutan şəxs maddi nemətlərdən çəkinməklə yanaşı saleh əməllər yerinə yetirməli, gözəl əxlaq nümayiş etdirməli, ətrafdakılarla xoş davranmalı, yalan danışmamalı, ümumiyyətlə, bütün müsbət keyfiyyətlərlə mənəviyyatını zənginləşdirməlidir. Belə halda, yəni oruc tutan şəxsin bu kimi müsbət dəyərlərə, xüsusilə də bu gün ehtiyac duyduğumuz gözəl əxlaqa, mənəvi saflığa malik olduğunu görən digərlərinin qəlbində də təbii ki, iman hissi oyanar.

Orucluq Hər Bir Müsəlman Üçün Böyük Fürsətdir


Geri dön

R.M_FaNaTka

  • 27 iyul 2011 19:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
tesekkurler

--------------------

Cesi

  • 27 iyul 2011 09:49
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
Cox sagolun. Allah haminin tutulacaq orucunu qebul etsin. Amin.

★Azerbaijan girl★

  • 27 iyul 2011 09:27
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrr

Sabir Qasimov

  • 27 iyul 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
ALLAH SIZDEN razi olsun.INWALALH ALLAH hamiya bol ruzi ve bereket yetirer.Amin

Jasmin45

  • 27 iyul 2011 00:14
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH razı olsun və ALLAH,bütün bəndələrinə Nurlu yolda getmə nəsib eyləsin,doğruluqları hər zaman içimizdə var etsin..AMİN!..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

MuslimGirl

  • 26 iyul 2011 23:08
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Gözəl yazıdır. İslam nəfislərimizi sınaq etmək üçün çox gözəl bir fürsətdir, həmçinin ibadət etmək...Allah razı olsun!

NELLY19

  • 26 iyul 2011 23:04
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
teesssekur edirerm

beauty

  • 26 iyul 2011 22:48
  • Məqalə: 13
  • Şərh: 274
  • Bal:
{awards}
tewekkur edirem Insallah mende oruc tutacam

--------------------
Axmaq qabaqda durur ki, hamı onu görsün. Ağıllı arxada durur ki, o hamını görə bilsin!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}