Bayraq Sevgisi

 
Bayraq Sevgisi

Ah, ölmədən bir görsəydim,
Düşə bilsəm torpağına


Uşaq vaxtı qanlı-qadalı savaşın ortasında əlində silah əvəzinə Bayraq daşıyan
döyüşçünü efirdən izləyəndə həmişə bir fikir gəlirdi ağlıma: bayraq əvəzinə
əsgərin silaha sarılması, düşmənə atəş açması daha uğurlu vəziyyət deyilmi?
Bir və ya bir neçə əsgəri silahdan ayırıb bayraq qaldırmağa məcbur etməyin nə mənası?

Hələ bayraqdarın öldürülməsiylə yanındakı döyüşçünün anında
silahı atıb, Bayrağı qaldırması və hücuma keçməsini heç anlamazdım…

Yaşadığımız sistem o yaşda uşaqların bayrağa boylanmamasının
qayğısına mümkün qədər qalırdı. Amma nə vaxta qədər?

***

Bayraq təfəkkürünü yaddaşlardan silmək üçün bayraq qaldıran əlləri kəsmək,
bayrağa dikilən gözləri ovmaq, tarixi saxtalaşdırmaq, tərbiyə sistemini dəyişmək olar.
Ancaq qanda yaşayan və ömrün bəlli çağında bütün ruhu ayağa qaldıran bayraq yaddaşını necə pozmaq olar?

İnsanların əlindən bayrağın alınması sonda hər fərdin bayrağa çevrilməsinə gətirib çıxardı.
Dəniz bir əsim meydən ləpələnib üstünə atılan zir-zibili sahilə qovduğu kimi, millətin
ayrı-ayrı fərdləri də bir nəfəslik fürsətdəcə tarix səhnəsinə çıxıb dalğalanmağa və illərin təbliğatını üstündən atmağı bacardı.

Ayrı-ayrı «insan-bayraq»ların birləşməsi isə bütöv və böyük Milli Bayrağı millətin başı üzərinə daşındı…

Biz o Bayrağı bir də qaldırdıq!

***

Artıq çoxdandır bilirəm ki, insanlar bayrağa niyə qurban gedirlər: Ayrı-ayrı insanlar başının üstündə bir damın olmasını necə arzulayırsa, millət də toplum halda başı üzəridə bir Bayraq dalğalanmasını ən azı o qədər istəyir. Bayraq millətin özünütəsdiq simvoludur və bayraqsız ev sadəcə mövcud deyil. Bir millətin bayrağı hara sancılırsa, o yerin, o torpağın sahibinin kimliyini xarakterizə edir;

Artıq çoxdandır bilirəm ki, döyüşdə məğlub olunmuş ordunun Barağı ələ keçirilmirsə,
savaşın taleyinin həll olunduğunu düşünmək əbəsdir. Əksinə, heç bir itki verməyən
Ordu öz Bayrağını qoruya bilmirsə, ordunun taleyi həll olunur – bu hərbi hissə dərhal ləğv edilir!

Bayraq - millətin evidir, varlığıdır, zəfəridir və nəhayət, taleyidir.

Bayraq – ona görə həmişə millətin qürur,
güvənc yeri, mövcudluğunun bəlgəsi sayılıb.


***

Bayraq – insanın fərdiyyətçilikdən çıxması, evin dörd divarına sığmaması,
miqyasının sərhədlərini nişan verən ən böyük faktdır.
Bir fərdin kimliyi, təfəkkür və düşüncə tərzi, imkanları onun Bayrağıyla ölçülür.

Bayraq – insanın ruhunun imkanlarının göstəricisidir.

Ruhsuz yaşamaq mümkün olmadığı kimi, Bayraqsız millətin də yaşaması mümkün deyil.
Bayraq millətin ətrafına çəkilən halədir – qabıq ağacı qoruduğu kimi, milləti də Bayraq qoruyur.

Ona görə bayraqsız özümüzü təsəvvür etmirik.

Ona görə bayraq uğrunda gözüyumulu ölümə gedirik.

Ona görə bayrağı heç nəylə müqayisə olunmayacaq səviyyədə çox sevirik.

Axı, Bayraq həm də insanın özünəsevgisinin görünən tərəfidir.
Özünü sevən, özünü sayan ləyaqətli və qürurlu vətəndaş bayraqsız necə yaşaya bilər?!

***

Dünyada Bayraq sevgisini bütün insanlar ifadə etməyə çalışıb,
amma bu misralardakı qədər bu sevginin böyüklüyünü ifadə edən olmayıb:

Çırpınırdın Qara dəniz
Baxıb Türkün bayrağına
Ah, ölmədən bir görsəydim
Düşə bilsəm torpağına…


Biz ölmədən gördük ki:
dünyanın ən uca bayraqlarından biri yenidən Xəzər dənizinin qərb sahilində dalğalanır;

dünyanın ən gözəl bayraqlarından biri – Üçrəngli, Ay ulduzlu ilahi bəxşişi
bir daha enməyəcək səviyyədə Azərbaycanı – yəni məni,
səni, onu, bizim hamımızı - dünyanın hər bir qitəsinə aparır;

dünyanın ən gözəl bayrağı – millətimizin imzasını dünyada təsdiqləyir…

Biz ölümləriylə:
Bayrağımızı bayraq yapan»larımızın əvəzindən də hər gün Onun torpağında Varıq!


Geri dön

VIPTOZ

  • 6 fevral 2012 00:43
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
Bayraq menliyimdir,bayraq kimliyim,
Bayraq oz yurduma oz hakimliyim.
tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 19:57
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

meaningles_life

  • 9 oktyabr 2011 15:57
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
sdadasdadasdad

sdasdasdasdasdas

Zehra MeLeK

  • 2 sentyabr 2011 16:07
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
tewekkurler maraqli alinib

Kitty kisa

  • 20 avqust 2011 20:33
  • Məqalə: 1
  • Şərh: 33
  • Bal:
{awards}
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Kitty kisa

  • 19 avqust 2011 14:18
  • Məqalə: 1
  • Şərh: 33
  • Bal:
{awards}
Ecazkarsan, füsünkarsan,
Taleyüklü, təravətli,
Ətir saçan bir baharsan.
Əminliklə söyləyirəm,
Məmmədəmin talelisən,
Yox demərəm, yoxdan varsan.
Yadların bağrını yaran
Tariximsən, yaddaşımsan,
Yaraşıqlı, yaxşı yarsan.
Yüksəl, yüksəl, enmə bayraq!

Müstəqillik müjdəçisi,
Öz himnim var, öz gerbim var.
Hər rəngində məğz, məna,
İşıq saçan amalın var.
Arxanda Turan elləri,
Dürlü – dürlü türk dünyası,
Atatürkün – Kamalın var.
Günəş kimi təmiz, safsan,
Pirlər kimi parlaq, paksan.
Pak olanlar qalxar, enməz,
Haqdan gələn nur heç sönməz.
Sönmə sən də, hey şölələn,
Yüksəl, yüksəl, enmə bayraq!

“28 aprel”, “1 May” gününə
Nəğmə qoşdu nəğməkarlar,
Bəstələdi bəstəkarlar,
Aşkar işğalı dandılar.
Danışanı damğaladı,
Danışanı damladılar.
Nəsillərdən həqiqəti
Hərçənd gizli saxladılar,
Boşaldılar, laxladılar,
Bolşeviklər, bicbalalar.

Müstəqillik bayramım,
Dalğalanan bayrağım,
Erməniyə elə dağ çək,
Daşnakları sən dara çək,
Qoy qalmasın məndə bir pək!
Yubileyin yubansa da,
Azərbaycan torpağında,
Yerdə - göydə, səmasında
Haqq, ədalət zəfər çalsın,
Səhərlərə sülh tumu ək.
Dərd – azar səndən qaçsın,
Sevincin aşsın – daşsın,
90 yaşın mübarək!

mirkamal97

  • 9 avqust 2011 23:20
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
tesekkurler

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

AliNikA

  • 1 avqust 2011 19:38
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

no_name

  • 1 avqust 2011 15:27
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

... Deryam ...

  • 29 iyul 2011 19:59
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
YAŞA AZƏRBAYCANIM...
DALĞALAN EY ŞANLI BAYRAĞIM SƏN DALĞALANDIQCA DÜŞMƏNLƏRİN HƏR GÜN ÖLÜR ...

--------------------

DEAD ANGEL

  • 29 iyul 2011 12:06
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
muellife tsk

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

Gaby_Espino

  • 29 iyul 2011 11:32
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
Yawasin Azerbaycaaaaaaaaaaaaan :)

lema

  • 29 iyul 2011 11:28
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
twk........

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

_DreaM_

  • 29 iyul 2011 11:22
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
maraqli xeere gore tesekkurler...

--------------------

aid_fanatka

  • 29 iyul 2011 10:57
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Musique Sage

  • 29 iyul 2011 10:24
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
bizim bayragimizda olan rengler hec bir olkede yoxdu
goy
qirmizi
yasil

Sirli Melek

  • 29 iyul 2011 08:44
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

.angela

  • 29 iyul 2011 04:37
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk...............

Cilent_M.Q

  • 29 iyul 2011 00:09
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twkller

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}