Haqqı tapmaq üçün əlamət

 
Haqqı tapmaq üçün əlamət

Allah bizdən nə istəyir? O Allah ki, Özünü bizə bilavasitə tanıtdırmayıb. Əksinə, Öz təbirilə desək “ayətləri” vasitəsi ilə, daha doğrusu ayətləri haqda düşünməyə dəvət etməklə tanıtdırıb özünü bizə Allah. Deməli, ən vacib, ən köklü, ən əhəmiyyətli məsələləri Allah-Təala əqlin, düşüncənin, təfəkkürün - dini terminlə desək, “daxili peyğəmbərin” öhdəsinə buraxıb.

Zatən, əqli yerində olmayanlara nisbətdə dini hökmlər güvvədə belə deyil.
Deməli, bu fövgəlvacib məsələlərdə sevmir, bəyənmir, istəmir,
gəbul etmir Allah-Təala kor-koraniliyi, təqlidçiliyi, təabbüdü.


Müqəddəs Qurani-Kərimin böyük əksəriyyəti tarixi hadisələrdən ibarətdir. Allah-Təala bizdən öncə yaşayanlardan bizə misallar gətirir - ibrət alaq deyə. Yenə düşünək deyə. Biz hal-hazırda XXI əsrdə, bəlkə axirəz-zamanda yaşayırıq və Allah-Təala digər dövrlərdə yaşayan insanlara qoyduğu kimi, bizə də haqqı tapmaq üçün kifayət qədər təkzibolunmaz faktlar, ayətlər çatdırıb (şükürlər olsun Allah-Təalaya ki, çox şeyi bizim (insanların) öhdəmizə buraxmayıb, necə ki müqəddəs Kərbəlanı tarixdə dəfələrlə aradan aparmaq istəyiblər, amma...). Bu baxımdan Əyyami-Fatimə (s.ə.) müstəsna əhəmiyyətə malikdir. Açıq-aşkar təkzibolunmaz fakt bundan ibarətdir ki, Xanımın məzarı pünhandır və Xanım məlum şəxslərdən incik getdi bu dünyadan. O Xanım ki, onun sevinci Allahin sevincidir və onun qəzəbi Allahın qəzəbidir. Bunlar və Xanımın digər bir çox təkzibolunmaz fəlilətləri - faktdır.

Yaxşı, gəlin indi təabbüdü, yəni – filankəs eləyibsə, deməli bilib eləyib, axı o filankəsdi – yanaşmasını qoyaq kənara və Allahın bizdən istədiyini edək – yəni düşünək, analiz edək. Axı niyə Xanımın qəbri bilinmir? Niyə o istəmədi camaatın onun dəfnində iştirakını? Nəyə görə o, incimişdi onlardan? Nəyi çatdırmaq istəyirdi Xanım insanlara? Yoxsa o, Fədək bağlarının ondan alındığına görə incimişdi? Yoxsa onun gözü - nəuzubillah - dünyada idi? O kəsin ki, toy kecəsində gəlinlik paltarını ehsan edir və özü yamağlı paltar geyir?! O kəsin ki, son loğmalarını, iftarlarını ehsan edir?! Əsla! Bunu əql, məntiq qəbul etmir. Qəbul edə bilməz zatən.

Yaxşı bəs nədə idi məsələ? Bəlkə o, qarşı tərəfin əsl simasını ortaya çıxartmaq istəyirdi? Burada digər bir fakt yada düşür – Həzrət Əlinin (ə) xəlifəyə beyət etməməsi. Niyə İmam Əli (ə) beyət etməməkdə dirəniş göstərirdi? Bununla nə demək istəyirdi Əli (ə) öz zəmanəsinin və gələcək zamanların insanlarına?

Bir tərəfdən də xanım Zəhra (s.ə.) Fədək məsələsini qaldırır və üz-üzə duran iki cəbhə yaranır: bir tərəfdə İmam Əli və Xanım Fatimə (ə), digərində sayğısızlıq göstərmiş sahabələrdən bəzisi. Nələr baş verir? Islam tarixinin ən həssas, ən acı məqamı, Kərbəlanın əsası qoyulan məqam, şeytan lənətliyin sevindiyi məqam, muasir islam ümmətinin müşküllərinin təməlqoyuluşu, “dinin siyasətdən ayrıldığı” məqam. Bəlkə döğrudan da hamısını ört-basdır edib üzərindən keçmək lazımdır? Bəlkə doğrudan da sualları cavabsız qoymaq lazımdır? Bəs hansı tərəfə getməli? Bəs fitrətdən gələn həqiqəti axtarmaq hissi? Bəs hər yerdə rast gəldiyimiz “Ayətəl- kürsü”dəki batildən açıq-aşkar ayrılmış haqq hansıdır?

Bəlkə Xanımın itkin məzarı - Qədr-Xum və Mubahilə hadisələri, Quran ayələri və yüzlərcə digər ayətlər üzərində düşünüb haqqı tapmağımız üçün Allahın bizə lütf etdiyi nişanələr, əlamətlərdir?!

Ən başlıcası da bütün bunlar ümmət daxilində parçalanmaya səbəb olmamalıdır. Haqqı axtarmaq adı altında ali dəyərlərdən olan islami vəhdəti poza bilmərik. Və kimlərisə ittiham etməyi hədəfləmir bu haqqı tapmaqlıq. Sadəcə, Allahın bizdən nə istədiyini gerçəkdən bilmək üçün. Həyati prioritetlərimizi müəyyənləşdirmək üçün.

Allahın amanında qalaq.


Geri dön

KUCUK_SIRLAR 1

  • 28 iyul 2011 22:19
  • Məqalə: 2
  • Şərh: 109
  • Bal:
tesekkurler maraqli xebere gore

--------------------
♥ ♥
♥ ♥ ♥

lema

  • 27 iyul 2011 17:27
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
duzun desem oxuya bilmedim.secilmiw etdim xeberinizi.oxuyaram inwallah.Allah razi olsun

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

NELLY19

  • 27 iyul 2011 14:13
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqlidi xebere gore tesekkur

aid_fanatka

  • 27 iyul 2011 12:41
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}