İstilərdə orucu rahat keçirmək üçün məsləhətlər

 
İstilərdə orucu rahat keçirmək üçün məsləhətlər


Artıq bir neçə ildir ki, mübarək Ramazan ayı bir sıra ölkələrdə olduğu kimi, vətənimizdə də yay aylarına təsadüf edir.

Belə olan halda oruc tutmaq bir az da çətinləşir. Buna həm havanın daha isti olması, həm də günün daha uzun olması təsir edir. Qarşılamağa hazırlaşdığımız Ramazan ayı isə demək olar ki, tamamilə ilin ən isti ayı olan avqust ayına təsadüf edəcəyindən, bu il oruc tutmaqla bağlı narahatlıq bir az da artır.“Qafqazinfo”nun məlumatına görə, bunu nəzərə alan bu mövzuda vətəndaşlarımıza xeyirli ola biləcək məlumatları mütəmadi dərc edir.

Türkiyənin Memorial Xəstəxanası isti havada oruc tutmaqla bağlı araşdırma təqdim edib. Xəstəxananın Qidalanma şöbəsinin həkimi Yeşim Çelik müsəlmanlara məsləhətlər verib. Onlardan ən önəmlilərini diqqətinizə çatdırırıq:

- oruc tutan insanlar mütləq imsaq etsinlər. Havanın isti olması iştahanın azalmasına səbəb olur, amma sübh vaxtı qidalanmaq çox önəmlidir;


- oruc tutarkən yumurta yeyin və süd için. Çünki yumurtada kalori miqdarı çoxdur və yumurta insanı daha uzun müddət tox saxlayır. Süd isə insanın həm maye ehtiyacını, həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə malikdir;

- oruc tutanlar imsaq vaxtı 2-3 ədəd qoz yesə, bu, onları daha çox tox saxlayar;

- imsaq vaxtı meyvə ilə qidalanmaq çox önəmlidir. Xüsusən də sulu meyvələr insanın gün ərzində susuzluğunun qarşısını almağa kömək edər. Bunlara əsasən qarpız, yemiş, üzüm, şaftalı kimi meyvələr daxildir;

- əksər insanların bildiyi bir qanun var ki, iftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək olmaz. Onun əvəzinə bir dilim çörəklə sulu bir xörək yemək sağlamlıq baxımından daha faydalıdır. Bundan yalnız 15-20 dəqiqə sonra qidalanmağa davam etmək olar. Əks təqdirdə təzyiqin qalxması və mədə ağrıları yarana bilər;

- gün ərzində susuzluğu çox hiss etməmək üçün iftardan imsaqadək hər bir saatda 1-2 stəkan su içmək faydalıdır.


Həkim həmçinin xəstə insanlara, əsasən, böyrək və qaraciyər, həmçinin şəkər və ürək-damar xəstələrinə daha diqqətli olmağı, Ramazan ayı başlamazdan öncə həkimə müraciət etməyi və orucun onlar üçün təhlükəli olub-olmayacağını öyrənməli olduqlarını bildirib.


Geri dön

R.M_FaNaTka

  • 27 iyul 2011 19:48
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
tesekkurler

--------------------

NELLY19

  • 27 iyul 2011 14:17
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
maraqlidi xebere gore tesekkur

aid_fanatka

  • 27 iyul 2011 12:48
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk...............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Lindo

  • 27 iyul 2011 12:46
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
Allah hamımıza qismət etsin bu gözəl ayı ən gözəl şəkildə yaşamağı sağ olun xəbərə görə

Just For Legend

  • 27 iyul 2011 12:44
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Sitat: lema
gozel duwunulmuw xeberdi.Allah razi olsun sizden...

Gozel gununuz olsun

--------------------

lema

  • 27 iyul 2011 12:28
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
gozel duwunulmuw xeberdi.Allah razi olsun sizden...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Just For Legend

  • 27 iyul 2011 12:12
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Sitat: Cant_Breathe
Chox lazimli melumatlardi. Chox sagolun.

Minnettaram

--------------------

Cant_Breathe

  • 27 iyul 2011 12:10
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
Chox lazimli melumatlardi. Chox sagolun.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Musique Sage

  • 27 iyul 2011 11:47
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Maraqli xebere gore tesekkurler

Zulfiyye-91

  • 27 iyul 2011 11:41
  • Məqalə: 8
  • Şərh: 327
  • Bal:
{awards}
cox sagolun deyerli meslehetleriniz ucun.

--------------------
Sevginin məqsədi onun üçün “mükəmməl insan” olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 56
Cəmi: 85

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 152
 
The Shield
Xəbərləri: 47
Cəmi: 308
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 34
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}