DÜNYAYA UŞAQLARIN GÖZÜ İLƏ BAXAQ

 
DÜNYAYA UŞAQLARIN GÖZÜ İLƏ BAXAQ

Uşaqlar heç vaxt yalan danışmır..Onlar hiss etdiklərini deyirlər..Biz böyüklər isə illərlə yalan danışmağın yollarını öyrənirik, rola giririk..Böyüdükcə də yalanlarımız artır.
Uşaqlar hisslərini gizlətmir..Onlara ağrılı olanda ağlayır,şən olanda gülürlər. Biz isə qəlbimiz ağlayanda, kədərdən boğulanda gülürük, özümüzü şən göstəririk.
Uşaqlar ikiüzlülük etmir. Biz isə acığımız gələn, hətta bəzən nifrət etdiyimiz adamların üzünə gülə bilirik.

Uşaqlar sadəcə dostluq edirlər. Biz isə dost seçərkən də mənafeyimizi güdürük.
Uşaqlar heç vaxt ətrafdakıların nə düşünəcəyini fikirləşmir, bu onlara vacib deyil. Onlar gülünc vəziyyətə düşəcəklərindən qorxmurlar. Biz isə həmişə başqalarının fikirlərindən asılı oluruq. Bizi yalnız maraqlandırır ki, başqaları bizim haqda nə düşünəcək, kiminsə xoşuna gəlirik ya yox. Özümüzü yaxşı tərəfdən göstərmək istəyi ilə başa düşmürük ki,öz fərdiliyimizi itiririk. Hamı kimi oluruq.

DÜNYAYA UŞAQLARIN GÖZÜ İLƏ BAXAQ

Uşaqlar da sevirlər...Həm də nəyəsə görə sevmirlər, sadəcə sevirlər. Bəs biz? Yadınıza salın ki sonuncu dəfə yaxınlarınıza nə vaxt demisiniz ki onlar sizə nə qədər əzizdir!
Uşaqlardan fərqli olaraq biz möcüzələrə inanmırıq. Ona görə də möcüzələr həyatımızdan itir,yox olur.Yoxdur möcüzələr bizim həyatımızda. Əvəzində biz başqalarının əsli olmayan nağıllarına inanırıq.

Uşaqlar gölməçəyə baxarkən orda səmanın əksini görür, biz isə yalnız çirkli su görürük.
Uşaqlar çətində, qorxan zaman kömək istəyir. Biz isə kömək lazım olanda da özümüzü güclü və cəsarətli göstərərək hər şeyi özümüz etməyə çalışırıq. Ona görə ki,zəif görünməkdən qorxuruq...

DÜNYAYA UŞAQLARIN GÖZÜ İLƏ BAXAQ

Ən sonunda...Uşaqlar oyuncaqlarla oynayır, biz isə canlı insanlarla oynayırıq!
Gəlin özümüz kimi olaq. Hisslərimizi açıq bildirməkdən çəkinməyək. Gəlin yalan danışmayaq, ikiüzlü olmayaq. Gəlin çirkli gölməçədə də açıq səmanın əksini görməyi bacaraq.
Gəlin dünyaya uşaqların gözü ilə baxaq!!!

Yaşınız neçə olarsa olsun çalışın içinizdəki uşağı qoruyub saxlayın
çünki ona hər zaman ehtiyacınız olacaq.....



Geri dön

_RONALDO_

  • 10 mart 2011 18:14
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tewekkur edirem coooox sagolun

--------------------

DaMLa

  • 6 sentyabr 2010 22:00
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Bizim də ailədə 3 bir-birindən şirin-şəkər bala böyüyür.. Allah bütün balaları saxlasın love )) Onlarsız həyatın, dünyanın nə marağı? Həqiqətən də, uşaqların öz dünyası var.. bambaşqa bir aləmi var... Onlarla ünsiyyətdə olunca, onlarla oyun oynayanda.... o aləmi səyahət etmək necə də böyük xoşbəxtlikdir love smile

--------------------

Ulya

  • 6 sentyabr 2010 19:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
ayy coox maraqli idi.coox safol baciw

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 52
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}