Bizi yetim qoyan atasının anası

 
Bizi yetim qoyan atasının anası

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik…

(«Kövsər» surəsi, ayə 1)

BÜTSINDIRAN MAHİYYƏTƏ MALİK OLAN MÖVLUD

Rəbbimizin əta etdiyi Kövsər - Həzrəti Fatimeyi- Zəhra (s.ə.)...

Hər bir müsəlmanın qəlbini xüsusi riqqətə gətirən bir mübarək isim...

Özündə hər mənada insani zirvə kamalları toplamış müqəddəs Anamız...

Öz mübarək gəlişi ilə bir nuraniyyət selini gətirmiş, öz yaşayışı ilə - övlad kimdir, xanım kimdir, yoldaş kimdir, ana kimdir anlayışları ilə yanaşı, insan necə olmalı, acla necə rəftar etməli, yetimlə necə davranmalı, haqqı necə tanımalı, haqq uğrunda necə fədakarlıq etməli və bir çox digərin canlı təcəssümüdür Həzrəti Fatimeyi- Zəhra (s.ə.).

Ya Fatimə (s.ə.)! Ey özü və ardıcılları oddan amanda olan!

Ya Fatimə (s.ə.)! Ey varlığına şər və pislik yol tapmayan!

Ya Fatimə (s.ə.)! Ey uşaqlıqdan vucudu elmlə inkişaf edən!


İstər aləmlər üçün rəhmət olaraq göndərilmiş və yaranışın fəlsəfəsi olan bir mehriban atasının və izzət, alicənablıq rəmzi olan anasının hüzurunda ikən, istərsə Əmirəlmöminin Həzrət Əli (ə) kimi kamil insanın yoldaşlığını edərkən, istər Həsən (ə) kimi helm və səbr çeşməsini, Hüseyn (ə) kimi Aşura qəhramanını tərbiyələndirərkən və istərsə də Zeynəb (s.ə.) kimi zalımlar sarayını öz gözəllik görən nurani və işıqlı baxışları ilə titrədən, atasının bir zinəti olan Aqiləyə (s.ə.) müsəlman xanım nümunəsi estafetini ötürərkən - Həzrət Fatimeyi-Zəhranın (s.ə.) dəyərlı və mübarək vücudu hər mənada canlı bir ibrət və dərsdir.

Ey ana bətnində anası ilə danışan və onunla münis olan!

Ey dünyaya gələn zaman pişgahına Sara, Asya, Məryəm, Gülsüm gələn Zəhra (s.ə.)!

Ey gəlişi ilə bütün dünyanı nurlandıran!

Ey körpə əlləri ilə mübarək Rəsulun (s) başına Məkkə müşriklərinin tökdüyü qum-torpağı təmizləyən körpə bala!

Fatimeyi-Zəhranın (s.ə.) həyatı o həyatlardandır ki, hər anı islam tarixinin bir parlaq güşəsini, bir vücudi səhnəsini işıqlandırır. Onun həyatının öyrənilməsi Həzrət Rəsulullah (s) və Həzrət Xədicənin (s.ə.)) mübarək ailə quruluşunun mənəvi çalarlarından: övladı Uca Rəbbdən necə diləməni, necə valideyn olmanı, necə gələcək övladın tərbiyəsinə hələ onun dünyaya gəlişindən öncə məsul olma kimi məqamları anladır. Həzrət Zəhranın (s.ə.)dünyaya gəlişi əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə (s.ə.) buyurur: «İndi Cəbrail (ə) mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imamlar və məsum rəhbərlər onun nəslindən gələcək».

Əslində, qız sevməyən bir Ərəbistan cahiliyət mühitinin içində dünyaya Fatimənin (s) gəlişinin imanlı qəlblərdə yaradan bir sevinc – bir İbrahimvari bütsındıran mahiyyətə malikdir. Oturuşmuş cahiliyyə ənənələrinin yalnız nəzəri olaraq deyil, yaşamı ilə dəyışdirən bir Elçinin qızıdır bu - Həzrəti Fatimeyi Zəhra (s.ə.)...

Hicrət tarixini anma zamanında onu Məkkədə görəcəyik və sonra Əmin Mühəmmədin (s) əmanətlərini qaytarmağa qalan vəfalı Əli (ə) ilə birgə Mədinəyə tərəf hicrət edən görəcəyik.

Bizi yetim qoyan atasının anası

Ya Mübarəkə! Ey varlığı çox bərəkətlı olan!

Ya Mübarəkə! Ey peyğəmbərə əta edilən bərəkət zirvəsi Kövsər!

Ya Nuriyyə! Ey bəşəriyyəti əbədiyyətə qədər işıqlandıran nur!

Ya Mənsurə! Ey Allah tərəfindən yardımlanmış və göylərdə adı Mənsurə olan!

Ya Mərziyyə! Ey o kəs ki, Allah-Təala özündən və əməllərindən həmişə razıdır!

Ya Tahirə! Ey o kəs ki, paklığı və isməti haqqinda Allah-Təala Qurani-Kərimdə bəyan etmişdir!

Ya Siddiqə! Ey o kəs ki, kamil doğrucudur! Ey o kəs ki, öz sözlərini əməlləri ilə təsdiq etmişdir!

Ya Seyyidə! Ey bütün aləmlər xanımlarının Xanımı!

Ey atasına Əhli-beytdən ilk qovuşmaq ilə müjdələnən xanımların Seyyidəsi!

Ya Zəhra! Ey nurani! Ey parlayan! Ey işıq saçan!

Ya Zəkiyyə! Ey pak! Ey pak ətəkli və iffət rəmzi! Ey bol bərəkət çeşməsi!

Ya Raziyyə! Ey öz Rəbbinin nəsib etdiynə razı olan!

Ey Azadə! Ey gerçəkdə vücudu azad kamil insan!

Ya Ümmü Əbiha! Ey o kəs ki, onu atası Rəsulullah (s) «atasının anası» adlandırıb!

Ya Haniyyə! Ey öz yoldaşına və övladlarına mehriban xanım!

Ya Bətul! Ey digərlərindən fəzilət baxımından fərqli! Ey Allaha üz tutmuş!

Ya Ümmül-Həsən və Ümmül-Hüseyn! Ey Həsən və Hüseynin anası!

Ya Ümmül-Möhsin! Ey bətnində şəhid edilmiş balanın anası!


Bizi yetim qoyan atasının anası

«ALLAH SƏNİN SƏNİN RAZILIĞINLA VƏ SEVİNCİNLƏ SEVİNİR..».

Bir gün Peyğəmbərin (s) zövcələrindən biri ona belə bir sual verdi: «Nəyə görə Fatiməni (s.ə.) bu qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?»

Peyğəmbər (s) onun cavabında belə buyurdu: «Əgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən».
Peyğəmbərimiz Həzrət Fatiməni (s.ə.) öz vücudunun bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir parçasıdır, hər kəs ona əziyyət etsə, mənə əziyyət etmişdir, hər kəs də onu sevindirsə, məni sevindirmişdir».

Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə (s.ə.) belə buyurdu: «Ey Fatimə (s.ə.)! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir».

Həzrət Fatimənin (s.ə.) siması, danışığı və hərəkətləri atasına çox bənzəyərdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyibdir: «Peyğəmbərə ən çox bənzəyən Fatimə (s.ə.) idi».

Aişə isə belə deyib: «Danışmaqda Fatimədən (s.ə.) daha çox Peyğəmbərə bənzəyən birisini görmədim».

PEYĞƏMBƏRƏ (s) QOVUŞACAQ İLK ŞƏXS

Əziz İslam Peyğəmbərinin (s) həyatının son günləri idi… Mübarək başı təqva zirvəsi olsan Əli əleyhissalamın sinəsi üstündə, əli ilə onun əlindən tutmuş halda. «Atasının anası» - Həzrəti Fatimə (s.ə.) də Peyğəmbərin yatağının yanında oturub mübarək gözləri yaşarmış halda. Atası gözlərini açıb Həzrət Fatiməni (s.ə.)bu mübarək durumda gördükdə ona buyurur: «Qızım, mənə Quran oxu».
İslam Peyğəmbəri (s) belə mujdələyir: “İlk kəs ki, behiştdə mənə qovuşacaq – Mühəmməd qızı Fatimədir (s.ə.)”!

Amma behiştə əziz atasına ilk qovuşanədək Həzrət Fatimeyi-Zəhranın (s.ə.) hələ yerinə yetirilməli işləri var. Cocuq ikən mübarək atasının pak vucuduna tökülən toz-torpağı öz körpə əlləri ilə yığışdıran Həzrəti Fatimeyi Zəhra (s.ə.), sanki indi mübarək İslamın üstünə yığılan toz-torpabı təmizləyir – bədniyyətlərin niyyətini faş edir. Zamanın İmamının (s) haqqını müdafiədə fədakarlığında ikən, evində İslamın həqiqiliyini qoruyub saxlayanları yetişdirir. Sonradan İslamın mövcudiyyətinin təmini üçün 25 illik Əlivarı sükut mübarizəsinin ilk aylarının səhnələrinin qəhrəmanıdır Fatimə (s.ə.)...
Hətta bu sükutu da Əhli-beytə (ə) çox gördülər. Təfavütsüzlük və laqeydlik mərəzinə tutulmuş müsəlman toplumunun durumundan istifadə edib, haqqın müdafiəsində dayanan əziz İslam Peyğəmbərinin (s) qızı – anamız Fatimə (s.ə.) məlum tarixi şəraitdə şəhadətə yetişir. Şəhadət öncəsi saatlarında, artıq bətnindəki Möhsün balasını şəhid vermiş Həzrət Fatimə (s.ə.) uşaqlarını öpüb onlarla vidalaşır. O gecə Fatimeyi-Zəhra (s.ə.) bütün ailəsi ilə vidalaşır - 7 yaşında olan Həsəni (ə) ilə, 6 yaşında olan Hüseyni (ə) ilə, 5 yaşındakı Zeynəbi (ə) ilə, 3 yaşında olan Ümmü Gülsüm ilə...

Son vida isə Əli (ə) ilədir...
Vida! Nə vida...


Fatimə (s) qüsl etmək Əlidən (ə) su istəyir. Allahı ilə görüşə təzə paltarla gedir.
Üzü qibləyə tərəf uzanmış halda bir az sonra gözlərini yumub öz Rəbbinə qovuşur.

Əli (ə) Fatimənin (s.ə.) vəsiyyətinə əməl edərək, ona özü qüsl verir, kəfənləyib dəfn edir.

Amma Həzrət Fatimeyi-Zəhra (s.ə.) istəyi ilə onun mübarək qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi…


Geri dön

cingiz muradov

  • 23 dekabr 2011 23:07
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
allah sizden razi olsun

SABiNA

  • 27 iyul 2011 21:45
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
TEWEKKUR EDIREM

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

sevgimden_utaniram

  • 27 iyul 2011 20:16
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
tesekkurler

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

wirin heyat

  • 27 iyul 2011 19:00
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
{awards}
twk gozeldi

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....

jalicka

  • 27 iyul 2011 18:17
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
cox gozel xeberdir saq ol minnetdaram

Sweet life

  • 27 iyul 2011 18:11
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
maraqlidi...

--------------------

NELLY19

  • 27 iyul 2011 16:53
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.............

FERID_HESENLI

  • 27 iyul 2011 16:41
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
gozel xebr ucn rtesekkur edrem inedi vxzd yoxdu bunu burda xuyum kopyasini cixardim kagizda evden oxuyacam ve evdekilerde oxuyacax gozel xebr ucn bir daha tesekkur edrem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}