Kişilər! Bu 12 qadından özünüzü qoruyun!

 
Kişilər! Bu 12 qadından özünüzü qoruyun!

Baş götürüb, qaçılası qadın növləri

Dünyada elə kişi yoxdur ki, qadınla münasibət qurmaq məsələsində ağzı yanmasın.
Adam neçə dəfə aldanar, neçə dəfə ağzı süddə elə yanar ki, sonra qatıq içməyə qorxar?
Amma kişilər öz səhvlərindən xeyirli nəticələr çıxarırlarmı? Əlbəttə, yox!
Çünki hər dəfə təzə münasibətlər qurulanda, hər dəfə üfüqdə təzə qadın görünəndə
sadəlövhcəsinə ümid edirlər ki, yox, bu dəfə hər şey başqa cür olacaq.

Psixoloqlar hesab edir ki, təhtəlşüur olaraq, kişilər hər dəfə əvvəllər tanıdıqları tiplərə
oxşar can yoldaşı axtarırlar. Və buna görə də hər dəfə eyni şey təkrarlanır.
Eyni dramlar, eyni üzüntülər və həmin paralanmış ürək.

Və kişiləri qorumaq üçün psixoloqlar onlara ən təhlükəli qadın növü olan 12 tip qadının
siyahısını təqdim edirlər. Diqqətli olun, belələrindən oddan qorxan sayaq qorxmaq lazımdır.


Kişilər! Bu 12 qadından özünüzü qoruyun!

1) Kişi düşməni - Feminist
Onlara elə gəlir ki, cəmiyyətdəki bütün problemlərin səbəbkarı kişilərdir. Siz belə qadının hörmətini və sevgisini bircə yolla qazana bilərsiniz ki, bu da cinsinizi dəyişmək və qadın olmaqdır. Feministlərin düşüncəsinə görə, kişilər olmasaydı, mələklər qadınlara kişilərsiz - bu iyrənc patriarxlar olmadan - dünyaya uşaq gətirmək məsələsində kömək eləyə bilsəydilər, dünya qat-qat daha gözəl olardı.
O ki qaldı feministləri müəyyənləşdirməyə, bu çox asandır. Əgər təzə tanış olduğunuz qadın “kişilər nadir halarda beyinləri ilə düşünürlər” kimi ifadələr işlədirlərsə, ondan qaçın. Elə qaçın ki, tozunuza da çata bilməsin!

2) Pulgir – Qabırğa
Belələrinə ancaq sizin pullarınız lazımdı, vəssalam. O elə bilir ki, siz ona gül, kosmetika, daş-qaş, bahalı paltarlar bağışlamağa, onun restoran, gözəllik salonu və s. kimi hesablarını ödəməyə borclusunuz. Beləsinə “çağırışla gələn qız” da demək olardı, amma bu tip qadınlar elə eləyir ki, çağırışla o sizin yanınıza gəlmir, siz çağırışla onun yanına qaçırsınız. Sizin hissləriniz heç onun vecinə də deyil. O elə bilir ki, ömrü boyu kimsə onu xərclərdən və qayğılardan qorumalıdır. Və bu adam bacardıqca pullu, etibarlı adam olmalıdır. O əmindir ki, onun sevgisi bahalı, bədəni isə büllürdandır. Daha doğrusu, bədininin lazımlı yerləri...
Əgər siz dünyanın ən bahalı bədənini qazanmaqda elə də israrlı deyilsinizsə, beləsindən də qaçın.

3) Şahzadə qız – mamlı-matan...
Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu “xanım-xatın”ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var.
Belə qadın elə bilir ki, siz mütləq ağ atın belində onun yanına gəlməli, əlinizi və qəlbinizi təklif etməli, onunla xoşbəxt ailə qurmalı və eyni gündə ölməlisiniz. Ömür boyu sizdən qayğı, nəvaziş tələb edəcək, sizinlə ancaq ulduzlardan danışacaq, əlini ağdan qaraya vurmayacaq.

4) Dinamik qadın – Heç nəyə vaxtı yoxdur!
Bu isə Şahzadə qızın bacısıdır. Amma bir fərqlə – beləsi ondan da pisdir. Əgər belə qadınla tanış olub, münasibət qurmaq istəsəniz, bərk yara alacaqsınız. Ömrü boyu elə biləcəksiniz ki, günah sizdədir və siz qadınları başa düşmürsünüz.
Amma beləsi ilə hər şey yaxşı başlayır. Əvvəlcə o özü sizi yoldan çıxarır, sizə telefon nömrəsini verir və aradan çıxır. Hər dəfə zəng eləyəndə isə bircə bahanəsi olur – vaxtım yoxdur! Hətta görüşməyə başlasanız da, siz heç vaxt onunla dostluqdan o tərəfə gedə bilməyəcəksiniz. Onun sevgilisi, nişanlısı və ya əri olmaq mümkün deyil. O sizi özünə yaxın buraxmayacaq.
Beləsinin də dərdi odur ki, əvvəllər qəlbi bərk yaralanıb. Və o, ömrü boyu bir daha kimisə yaxına buraxmaqdan qorxur.

Kişilər! Bu 12 qadından özünüzü qoruyun!

5) İfritə – feminstin uzaq qohumu
O, bəlkə də feminist ola bilərdi. Amma ifrat şəxsi problemləri ona mane olur. Nə vaxtsa, kimsə onun qəlbinə dəyib və indi o, bütün kişilərə nifrət edir. Əgər feministlər gender-balans, cinslər arasında hüquq bərabərliyi kimi şeylər uğrunda mübarizə aparırlarsa, ifritənin buna nə vaxtı, nə də həvəsi var. O, sadəcə öz dərdini çəkir. Bütün kişilər isə onun üçün “iyrənc donuzlar” və “eşşəklər”dir.
Məsləhət: üzünüzə kiminsə tüpürməyindən xoşhal olmursunuzsa, beləsinə yaxın getməyin!

6) Getmə gözümdən – gedərəm özümdən: yapışqan qadın
Bu tip qadınlar əvvəlcə kişilərin çox xoşuna gəlir. Qayğıkeş, nəvazişli... amma bir müddətdən sonra görəcəksiniz ki, o ən azı gündə on dəfə sizə zəng edir. Hər şeylə maraqlanır, hər şeyə burnunu soxur. Dünən sizi öpmədiyi üçün inciyib-incimədiyinizi soruşur, bir sözlə, canınızı boğazınıza yığır. Sizdən elə yapışır ki, elə bil dünyada axırıncı kişi sizsiniz. Həmişə elə bilir ki, onu atıb, başqasını tapacaqsınız. Boğazınıza ilan kimi sarılır. Bir gün də ayılıb görəcəksiniz ki, sizi qocaldıb.
Deməli, belə qadından da qaçmaq məsləhətdir.

7) Ləçər – amma qəşəngindən...
Ləçərlərin bütün fikri-zikri öz görünüşündə, öz personasında, öz mənindədir. Onun dərdi-səri kimisə “mədəni” şəkildə alçaltmaq, kiminsə boynuna minmək, kiminsə qanını qarltmaqdır. Özü gözəl geyinir, gözəllik salonlarından, solyarilərdən qalmır və bütün standartlara cavab verməyən bütün adamlara üstdən aşağı baxır. Başqasını alçaltmaq, el içində biabır eləmək ona zövq verir.

8) Burda mənəm – Bağdadda kor Xəlifə: Eqoist!
Bu da Ləçərin bacısıdır. Amma ləçərlərdən fərqli olaraq, eqoistlərin dərdi məhz öz şəxsiyyətləridir. O diqqət mərkəzində olmaq istəyir, özünü dünyanın mərkəzi sayır, hamının onunla hesablaşmasını gözləyir. Bu tip qadınlar adətən uşaqlıqda evin bir övladı olan qızlardır. Onları özlərindən və öz rahatlıqlarından savayı heç nə maraqlandırmır və maraqlandırmayacaq da.

Kişilər! Bu 12 qadından özünüzü qoruyun!

9) Ər ölüsü...
Bu xanımları digərlərindən fərqləndirən bir cəhət var – o ərə getmək istəyir! Tez! Yerindən tərpənmədən. Kişi ilə tanış olar-olmaz o, kişini ələ almağa, onu nikah masasına oturtmağa çalışır. Bu kompleksin səbəbi müxtəlif ola bilər. Ya o cinsi yetişkənlik dövrünün tələblərinə tez cavab vermək istəyir, ya bütün rəfiqələri artıq ərə gedib və o həmin qızların arasında yeganə qarımış qızdır. Səbəb nə olur-olsun, nəticə eynidir. Onu ancaq sizə ərə gəlmək maraqlandırır. Başqa heç nə.

10) İkiüzlü
Bunlar kişi xasiyyəti üzrə ekspertlərdir. Kişini ələ almaq üçün min dəfə dondan-dona girə bilərlər. Əvvəllər sizə mehribanlıq göstərəcək, özünü Müqəddəs Məryəm kimi aparacaq. Sizi ələ alacaq. Elə ki, ona vuruldunuz və ya evləndiniz, həngamə bundan sonra başlayacaq. O sizin başınıza it oyunu açacaq. Maskasını çıxarıb, əsl üzünü sizə göstərəcək. Və inanın ki, o əsl üz sizin heç xoşunuza gəlməyəcək...

11) İtoynadan...
Belə qadınların isə dərdi-səri kişilərlə məzlənməkdir. Onun üçün sizin onu sevməyiniz, münasibətlərinizin nəticəsi maraqlı deyil. Onun üçün maraqlı olan prosesdir. O sizi ələ salıb, barmağında fırlatmaqdan zövq alacaq. Çünki kişiləri özünə bənd eləmək, onları ram etmək onun xoşuna gəlir. Daha sonradan sizin necə ona vurulduğunuzu, sevəndə necə mənasız göründüyünüzü, sevgi sözləri deyəndə necə də axmağa oxşadığınızı və gülməli olduğunuzu rəfiqələrinə danışmaqdan ötəri ürəyi gedir. O, bu sənət üzrə ixtisaslaşıb. Sizi isə özünə bənd elədiyi kişilərin siyahısına qatmaq istəyir. Vəssalam.

12) Hökmran
Bu tip qadınlara dözmək ümumiyyətlə mümkün deyil. O çalışacaq ki, həyatınızn hər dəqiqəsini nəzarət altında saxlasın, sizə nəyi və necə eləməli olduğunuzu desin. Siz hər şeyi o deyən kimi eləməlisiniz. Çünki o, həmişə haqlıdır. Əgər birdən o haqlı deyilsə, deməli, yenə də haqlıdır.
Belə. Yazıq kişilər...


Geri dön

sweet_angel

  • 5 avqust 2011 15:05
  • Məqalə: 13
  • Şərh: 347
  • Bal:
love am

--------------------
Gel dost olaq, birce mahnılıq qal menimle.
Sene danışacam derdlerimi.
Sene danışacam her şeyi men!
Her şeyi men!

AliNikA

  • 2 avqust 2011 13:08
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
10xxxxxxxxxx

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

barbie aytac

  • 1 avqust 2011 15:40
  • Məqalə: 15
  • Şərh: 108
  • Bal:
{awards}
kisiler qadinlardan beterdi,hec birine inanmadim

BELLA_SWAN

  • 27 iyul 2011 23:33
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
xəbərə görə təşəkkur.

--------------------
VAMPİRE GİRL

R.M_FaNaTka

  • 27 iyul 2011 19:33
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

MiLeyla

  • 27 iyul 2011 18:59
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
unutmayaqki bu cur kiwilerde var, lol

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

wirin heyat

  • 27 iyul 2011 18:48
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
{awards}
hm ee esas urekdiye

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....

music_angel

  • 27 iyul 2011 18:34
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tsk..................

--------------------

brunette

  • 27 iyul 2011 18:26
  • Məqalə: 2
  • Şərh: 84
  • Bal:
{awards}
BOS SEYLERDI.NEVER SAY NEVER.HER KESE UGURLAR. smile

Bu Menem

  • 27 iyul 2011 18:14
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws bezi qizlardan qorunun

jalicka

  • 27 iyul 2011 17:56
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
hm onda gerek hec etrafinizda qiz olmasin cunki bele qizlar coxdu

RaP_muziC

  • 27 iyul 2011 17:35
  • Məqalə: 8
  • Şərh: 150
  • Bal:
{awards}
oldu.ozumu qorumaxa calisaram am

--------------------
™Yupiterden RaP_muziC™

miniwinx

  • 27 iyul 2011 17:17
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

lema

  • 27 iyul 2011 17:03
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
hmm...bawdaki yazi ele yazilib ki ele bildim kiwiler melekdi winkamma maraqli idi.tewekkurlerrr

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

NELLY19

  • 27 iyul 2011 16:59
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tewekkurler xebere gore

FERID_HESENLI

  • 27 iyul 2011 16:55
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
ODUM INAKI BOS SOHBETLERDI HAMISDAN YAXSII HEYATDA HEC KIME INANIM YOXDU BU UZDEN BUTUN DOSLDUGUMDA SILDIM BURDA EN YAXINDOSDUM EMENI ATDI MENDE OBNUN SAYESINDE HER KESI ATDIM HEC KIME NE INAMIRA NE GUYVENMIREM GUVENDYIM BUTUN DAGLARA QAR YAGIB XANIMLA NIFET EDREM

YazYamuru

  • 27 iyul 2011 16:28
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
hhmmmm maraqlidir heyatdir hele ne üzler tipler vareeee ehhte$ekkürler xebere...

--------------------



Sirli Melek

  • 27 iyul 2011 16:13
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ TŞK

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

KaRola_16

  • 27 iyul 2011 15:46
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
HMM BILMIRDIM BUNLARI MARAQLIDIR

10) İkiüzlü BELELERI ILE COX RASTLASMISAM

--------------------

heyasiz204

  • 27 iyul 2011 15:27
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
uyda xebere gore tewekkur bele novler oldugunu bilmirdim wink sen hansi novleriyle rastlasmisan?

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}