Necə uzun bir gecədir

 
Necə uzun bir gecədir

Necə uzun bir gecədir...

Yatırsanmı, ay ürəyim?
Gecə keçib yarısından...
Mənsə yata bilməmişəm
Bu həsrətin yarasından.

************

Gündüz olsun, nə fəqri var,
Günüm gecədən qaradır...
Xəbərin yox, səndən ayrı
Ürəyim para-paradır.

************

Sənsə yəqin yuxudasan,
Elə sakit... elə incə....
Seyr edərdim bu lövhəni
Yorulmadan mən hər gecə.

************

Əsrarəngiz o Ay kimi
Süsləyərdim otağını.
Ya da zərif bir nur olub
Oxşayardım yanağını.

************

Eh, nə qədər sözlərim var...
Danışımmıi uyuyarkən?
Ürəyimdə qoyub getdin
Duyğuların soyuyarkən...

************

Kövrəldinmi az da olsa,
Məndən ayrı, söylə, mənə?
Toxundumu barmaqların
Yenə sazın tellərinə?..

************

Unutdunmu yoxsa, canım,
Bizim şirin nəğməmizi?..
Bəs, ölümsüz edəcəkdin
Səninlə hər kəlməmizi?..

************

Çıxırsanmı dağ başına,
Yenə sərin axşamlarda?
Yenə məni anırsanmı
Oxuduğun dualarda?

************

Bəs, deyirdin, mən ölərəm
Bir an qalsam səndən ayrı!
Gör nə qədər zaman keçdi,
Sən də ayrı, mən də ayrı...

************

Yox, düşünmə, qayıtmıram...
Buna bir də dözməz canım.
Amma qəlbim istəyir ki,
Səni sevim, səni anım.

************

Onsuz, hər gün danışıram
Şəkildəki surətinlə...
Barışmıram mən hələ də
Nisgilinlə, həsrətinlə...

************

Bəlkə yordum yenə səni?
Günəş üzlüm, sağ ol daha!
Mən çəkilim təkliyimə,
Az qalıbdır, bax, sabaha...

************

Yenə mən və soyuq otaq,
Necə uzun bir gecədir!
Hər gecəyə bənzəməyir...
Bu bir ayrı cür gecədir!

Afaq Shıxlı.


Geri dön

MENASiMAN_SENDENiZ

  • 2 sentyabr 2011 19:20
  • Məqalə: 74
  • Şərh: 64
  • Bal:
Eh, nə qədər sözlərim var...
Danışımmıi uyuyarkən?
Ürəyimdə qoyub getdin
Duyğuların soyuyarkən...

R.M_FaNaTka

  • 28 iyul 2011 17:44
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler maraqli xebere gore

--------------------

seyidova2008

  • 28 iyul 2011 17:04
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
gozel sozlerdi
ama bir sey de var ki
orda bir misrada geyd edilir ki
deyirdin 1 deq de sensiz qalsam olerem
amma nece ildi aydi ki ayriyiq
heqiqeten de sevgi bir coxlari ucun dilde olan bir sozdur
Ama heqiqeten sevgini hec anlamirlar
hamiya aid deyil bu elbette ki
haminin ozune gore sevgisi var !!!!!!!!

.sema.

  • 28 iyul 2011 15:29
  • Məqalə: 0
  • Şərh: 154
  • Bal:
{awards}
sevdiyinden ayrilmagi Allah hec kese nesib etmesin cox pis sheydir..)Tewekkurler

NELLY19

  • 28 iyul 2011 12:33
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli-xeber-ucun-tewekkurler

BIR_UMUT_VER

  • 28 iyul 2011 09:58
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
coxx maraqli weirdir eziyyete gore cox sagol

--------------------
MENI ODLARA AT BUTUN VUCUDUM YANSIN, YALNIZ UREYIMI GOTUR CUNKI ORADA SEN VARSAN.....SEVIREM SENI RUHUM

Sirli Melek

  • 28 iyul 2011 09:17
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Bəs, deyirdin, mən ölərəm
Bir an qalsam səndən ayrı!
Gör nə qədər zaman keçdi,
Sən də ayrı, mən də ayrı... recourse

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

lamiye-barbie

  • 28 iyul 2011 08:59
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
superdi twk[i][/i]

RaminYek

  • 28 iyul 2011 01:30
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

wirin heyat

  • 27 iyul 2011 23:32
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
{awards}
twk aGLMALIDI

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 13
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}