Ləkəli həyat

 
Ləkəli həyat

Fikrət kişinin gözünün ağı-qarası bircə qız övladı vardı. Laləni min bir çətinliklə böyüdüb 18 yaşına çatdırmışdır. Anasının vaxtsız ölümü ilə qızı böyütməyin məsuliyyəti atanın üzərinə düşmüşdü. Kişinin qızı ilə bağlı bir arzusu var idi: ağıllı, sağlam, təhsilli olması ilə yanaşı, bəlkə də ən böyük arzusu qızının saf, təmiz, əxlaqlı, bir sözlə, ləkəsiz böyüməsi idi.

Lalə kənddə doğulmuşdu, məktəbi də burada bitirmişdi, amma ali təhsil almaq, istedadlı aktrisalarından olmağa can atırdı. Atasını yola gətirərək onlar Bakıya köçürlər. Bir müddət hazırlıqlara gedən Lalə yüksək balla qəbul imtahanından keçir və aktyorluq fakültəsində təhsil almağa müvəffəq olur. Atanın sevinci yerə-göyə sığmır. İmkanı daxilində qızına geyim, dərs ləvazimatları alıb onu ilk dərs günündə universitetə aparır. Beləcə universitetə daxil olan Lalə ali təhsil alıb özünü təsdiqləmək əvəzinə bədbəxt həyatının özülünü qoymuş olur.

Ləkəli həyat

Bir-birindən yaraşıqlı və bahalı geyimlərdə dərsə gələn qızlara həsədlə baxan Lalə getdikcə tənhalıqdan da bezir. Əksər qızların sevgililəri ilə dərsə gəldiyini görüb tutulur, kasıb geyim tərzindən utanır, səhv addımlar ataraq yavaş-yavaş öz xoşbəxt və saf həyatını korlamağa başlayır. Cəmiyyətdə hər şeyin pulla, var-dövlətlə ölçüldüyünü görən gözübağlı qız özünü irgənc həyatın qoynuna atır.

Bir gün qrup yoldaşları Laləni çox bahalı avtomobildən enərkən görürlər. Sürücünün yaşlı bir kişi olmasına görə “bəlkə dayısıdır” düşünsələr də, az sonra hər şey bəlli olur. Lalə saf ismətini pula satırdı...Hər gün bir az da dəyişən, bir az da çirkaba bulaşan qızının hərəkətləri barəsində rəfiqələr atasına danışırlar. Atası inana bilmir, “çox tərbiyəli övlad böyütmüşəm, mən ona arxayınam” deyir. Amma vəziyyət hər gün bir az da pisləşir. Lalə axşamlar evə çox gec gəlib kitabxanada olduğunu bəhanə gətirir, tez-tez özünə geyim alıb bunu yaxşı oxuyan tələblərə əlavə təqaüdün verilməsi ilə izah edir. Ona alınan çiçəkləri, ətirləri isə oğlan yoldaşları tərəfindən hədiyyə verildiyini söyləyir.

Ləkəli həyat

Lalə artıq 2-ci kursda oxuyurdu. Hamilə olduğunun fərqinə varır. Rəfiqələrinin uşağı dünyaya gətirməmək kimi məsləhətinə qulaq asmayıb, ilk övladına həyat vermək iddiasına düşür. Digər tələbələrə pis örnək olduğu üçün universitetdən qovulur. Artıq heç nəyi gizlətmək niyyətində olmayan qız bir axşam ötən bir ildə başına gələnləri atasına danışıb, atasının həmişə qorxduğu işi, yəni qızının ləkəli olduğunu göz yaşları içində etiraf edir. Atası əvvəlcə danışılanların bir yuxu olduğunu düşünüb ayılmağa çalışır, amma bütün olanlar qızının taleyi idi!

Bir neçə gün sonra atası bu dünyadan köçüb gedir, ağır dərdə dözməyən Fikrət kişi əbədi gedişi ilə yolunu azmış Laləni yalqız qoyur. Lalə çıxış yolu kimi gələcək övladının atasını axtarmağa başlayır. Amma elə atalar çox vaxt uşağa sahib çıxmırlar, Lalənin bətnindəki körpənin atası da atalıq borcundan imtina edib, Laləni hədələyir.

Şəhər həyatı, universitet təhsili, tələbə dostların maraqlı və şən yaşam tərzi gözübağlı mühitdə böyümüş sadəlövh Laləni çaşdırır və onu belə acınacaqlı tale ilə üzləşdirir.

Ləkəli həyat

Əsas məqsədi körpəsini dünyaya gətirmək olan bədbəxt qız yaşamaq və çörək pulu qazanmaq üçün kafelərin birində işləməyə başlayır. Çox işləyib az maaş alan, ətrafdakılardan xoşagəlməz sözlər eşidən Lalə yalnız bir tikə çörəyə görə bütün bu həqarətlərə dözmək məcburiyyətində qalır. Hətta bir dəfə təcavüzün də qurbanı olur. Yaşadığı ağır stress, keçirdiyi əsəb və həyəcan onu dünyaya bağlayan yeganə övladının məhvi ilə nəticələnir. Lalə uşağını itirdikdən sonra uzun zaman rəfiqələrindən birinin evində xəstə yatır. Amma onlarında Laləyə ləkəli, əxlaqsız qadın gözü ilə baxması, rəfiqəsindən tez-tez “bunu niyə bizə gətirmisən?” soruşmaqları Lalənin tezliklə buranı tərk etməsinə səbəb olur.

Artıq paytaxtda gedəcək yeri və görüləcək işi olmayan Lalə kəndlərinə üz tutur. İlk ziyarət etdiyi yer anasının məzarı olur. Anasının başdaşı qızının suçlu göz yaşlarında yuyunur.

Ana, düşdüyüm bu acıların səbəbkarı elə özüməm, böyük şəhər, dəbdəbəli həyat məni çaşdırdı, kasıb atamın mənim üçün etdikləri gözümə az göründü. Camaat qızına bahalı avtomobil aldığı halda atamsa məni düz-əməlli geydirib dərsə göndərə bilmir düşünüb atama yuxarıdan aşağı baxmağa başladım. Nə etdimsə, tamahımdan etdim, çünki yaxşı yaşamaq istədim. Amma anladım ki, çox pul, var-dövlət heç də xoşbəxt olmağa şərait yaratmırmış. Atamla kasıb komamızda sadə həyatımız üçün bilsən necə darıxmışam. Ana, sənə və atama necə ehtiyacım var, bir bilsəniz!

Ləkəli həyat

Övladımı itirmək mənə daha böyük zərbə vurdu. Düşünürdüm ki, onu dünyaya gətirib ləkəsiz, saf həyata başlayaram, lazım olsa buradan da köçüb gedərəm. Onu xoşbəxt mühitdə, sevgiylə böyüdərəm. Amma alınmadı, deyəsən, bu həyatda mənimki heç gətirməyəcək...

Lalə içindəkiləri boşaltsa da, amma bir şey onu rahat buraxmırdı. Ağ rəngdəki qara ləkə! Vicdanı onu daima sorğu-suala tuturdu: axı niyə saf ömrünü çürük tale yolu ilə əvəzlədin?! Sən təhsilini başa vurub çox tanınmış aktrisa ola bilərdin, ən yaxşı rollara dəvət alardın. Amma indi...heç kimə lazım olmayan bütün həyatı zəhərlənmiş, ləkələnmiş bir heçsən!!!


Geri dön

Bezumnaya_jizn

  • 29 dekabr 2011 21:04
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
twkkkk sad

winxclub_bloom

  • 1 sentyabr 2011 03:00
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
gozel hekayedi.yene de san-sohretin axiri olmadigi subut olundu

--------------------

zaur93

  • 30 avqust 2011 02:07
  • Məqalə: 1
  • Şərh: 23
  • Bal:
{awards}
oxumaga deyer gozel hekayedi elbetdeki san-sohret insanin gozun kor edir

--------------------

L115A1

  • 26 avqust 2011 21:45
  • Məqalə: 12
  • Şərh: 1108
  • Bal:
{awards}
oxumadim ama maraqli heleyeye benzeyir cunki burda ne varsa hamisa ama hamisi maraqlidi 100%eminlikle deyirem))))))))) wink

--------------------

Elisa_94

  • 29 iyul 2011 22:04
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
PUL COX WEY DEMEKDI AMMA HER WEY DEMEK DEYIL

KUCUK_SIRLAR 1

  • 28 iyul 2011 22:40
  • Məqalə: 2
  • Şərh: 107
  • Bal:
{awards}
tesekkurler.......

--------------------
♥ ♥
♥ ♥ ♥

Riri96

  • 28 iyul 2011 18:34
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
xebere gore twk...

R.M_FaNaTka

  • 28 iyul 2011 17:43
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler maraqli xebere gore

--------------------

KaRola_16

  • 28 iyul 2011 14:48
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
AXIRA KIMI OXUDUM COX MARAQLI HEKAYEDIR... TEKCE ATASINA YAZIGIM GELDI...

--------------------

nigar14

  • 28 iyul 2011 14:41
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
maraqli hekaye idi twkler

lema

  • 28 iyul 2011 14:40
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
hmm...o qiz nefsinin esiri oldu.oysaki aglini dinleye bilerdi.en cox atasina yazigim geldi. tesirlendirici hekaye idi.twk

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

FERID_HESENLI

  • 28 iyul 2011 13:49
  • Məqalə: 1
  • Şərh: 668
  • Bal:
{awards}
BELE NAGILLARI REVAYETLERI HECDE SEVMIREM XOSUMA GELMIR MEN RELLAIGI SEVIREM

Musique Sage

  • 28 iyul 2011 13:32
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
oxumagi deyer kiminin axiri kiminin evveli

NELLY19

  • 28 iyul 2011 12:32
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
maraqli-xeber-ucun-tewekkurler

aid_fanatka

  • 28 iyul 2011 11:35
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
[u][/u]twk..................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

BIR_UMUT_VER

  • 28 iyul 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 185
  • Bal:
{awards}
cox sagolun yeri var oxumaga deyer

--------------------
MENI ODLARA AT BUTUN VUCUDUM YANSIN, YALNIZ UREYIMI GOTUR CUNKI ORADA SEN VARSAN.....SEVIREM SENI RUHUM

Sirli Melek

  • 28 iyul 2011 09:15
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR
YAXŞI HEKAYƏDİ. KİM NƏ EDİR ÖZÜNƏ EDİR. ANİ EHTİRAS , ŞÖHRƏT ÜÇÜN HƏYATI KORLAMAĞA DƏYMƏZ.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

RaminYek

  • 28 iyul 2011 01:30
  • Məqalə: 44
  • Şərh: 568
  • Bal:
{awards}
uzundu amma deyeeeer oxumaqa)))) saol

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

wirin heyat

  • 27 iyul 2011 23:38
  • Məqalə: 1
  • Şərh: 153
  • Bal:
{awards}
axira qeder oxudum cox twk

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}