Sarı gəlinin fəryadı

 
Sarı gəlinin fəryadı

Salam, Vətən övladı..Mən Sarı Gəlin... Bəxtsiz, kimsəsiz...Hardasınız? Duvağım çalınarkən də yox idiniz...Saçlarım yolunarkən də...Torpağımız bölünərkən də...Hardasınız?
Mən Sarı Gəlin... Torpaq qədər yaşlıyam..Dünya qədər..Tarix qədər...Sizin gəlininizəm..Sizin övladınız..İndi yad ağızlarda anlamsız bir mahnı olmuşam birdən-birə..Hardasınız?
Mən Sarı Gəlin... Xoşbəxtliyə həsrət...Kimsəsiz..yetim..Nə qədər uzaqdasınız..

İndi "Arsax" dedikləri bu torpaq-mənim Qarabağımdır.. İndi bu torpaqda gəzənlər yadlardır..Bu nəğmə mənimdir.. çalanlar yadlardır..Hansı tərəfə baxıramsa insanlar mənə yaddır burda..Hansı dodaqlarda oxunsam o dodaqların soyuqluğundan üşüyürəm..Saxta təbəssümlərdən bezmişəm..Hardasınız?
Artıq saçlarım da uzun deyil..Bakıda kəsdilər onları..20 yanvar 1990-cı ildə..Xocalıda qopardılar kökündən 26 fevral 1992-ci ildə..Harada sahibsiz cəsəd tapsanız mənim saçımdan bir tel dağılıb o cəsədin tapıldığı yerə..Xəzərə atıldı başsız bədənlərim..Hardasınız?

Mən Sarı gəlin.. Mənə sahib çıxmaq istəyənlərin, özünküləşdirmək istəyənlərin sayı hər gün artır...Bəs siz hardasınız? Niyə sahib olduğunuz haqqımı nahaqların ayağına atırsınız?
Mən Sarı Gəlin... Quzularım dağılmış..çoban yoxdur artıq..Duman çıxmır bacalardan daha..
İçimdən nələr keçir? ürəyimdə nələr var bilirsinizmi? Bilməzsiniz...Bilməzsiniz.. Artıq nəğmələrimiz də eyni akordda deyil..Sizin idealarınız çata bilmir mənim məskən saldığım dağlara..Bəhanələr uydurmaqla məşğulsunuz vicdanınıza...Qorxularınıza uyğun yalanlar uydurmaqla məşğulsunuz..
Mən bir ölüyəm artıq.. Sizləri görürəm bəzən..Oxşamaq istəyirəm.. Əllərim zəncirlidir...Haraylamaq istəyirəm sizləri..Ağzım bağlıdır..Ağlayıram..Nəfəsim məzaplıqdakı otları tərpədir bəzən..

Məni kimlərə buraxdınız belə? Bir nəğmə səslənir uzaqlarda..həzin bir səslə..İnsanları igid, atların kəhər olduğu zamanlardan..

Nəbinin bığları eşmə-eşmədi
Papağı güllədən deşmə-deşmədi
Nəbinin atını bir at keçmədi
Qoy sənə desinlər ay qoçaq Nəbi.


Doğurdanmı Nəbini öldürdülər? O kəhər atlar yoxdu daha eləmi? "Torpaqdan pay olmaz" dedilər...Pay oldu eləmi? Nəbi öldü...Əyər Nəbilər öldüsə...Mən burda əbədi dustaqmı qalacağam? Əsir torpaqlarda, yad ağızlarda..
Hər sabah dolaşıram o dağları, içimdə yüzillik həsrət..Saçlarını oxşayıram yetim uşaqların..Mənə baxıb ağlayırlar.. Onların məzarlarını kimə əmanət etdiniz? Fatihələri nə ilə göndərirsiniz? Hələ şən mahnılar çalırsınız? Hələ o mahnıları dinləyirsiniz? Yaxşı, hansı üzlə?...
Mən Sarı Gəlin..Mən bir sirr deyiləm..Bir sehir..bir həyəcan.. Mən ümidi əlindən alınmış bir Azəri-Türk gəliniyəm.. Hər gəlinin duvağında məndən nişanə var...

Qarabağda talan var
Gözü yolda qalan var...


Mən o talan olan yurdların gözü yolda qalanıyam..Saçlarını yolanıyam..
Bir kişinin yetim qalan balasıyam mən
Bu dünyadan qisasımı alasıyam mən..
Hansı igidin, hansı acının qisası alındı ki, ümidlə səslənirəm? Mənimlə bərabər ümidləriniz də qaldı vəhşi erməni alçaqlarının əlində deyəsən..Bütün məsəllərimiz torpağa basdırıldı, bütün dastanlarımız yarımçıq qaldı...Kimliyimiz bu daş abidələrin altında..Ağbirçəklərin dodaqlarında əbədi bir ağı, ağsaqqalların dodaqları möhütlü..üzləri daşlaşmış..
Mən Sarı Gəlin.. İşğal altındakı torpaqlardan səslənirəm.. Duyursunuzmu?
Bu oyun nə oyundur?
Sizi mənə verməzlər...

Məni sizə verməzlər...

Əlixan Səmədov - Sarı gəlin

Sarı gəlinin fəryadı
Dillər əzbəri olan sözlər

Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin


Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin


Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin

Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin


P.S: Heç kim təşəkkür, gözəl mövzuya toxunmusuz və s. yazmasın. Sadəcə Sarı Gəlinin fəryadın dinləyin...


Geri dön

Riri96

  • 28 iyul 2011 20:08
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
[color=#000000][/color]SACIN UCUN HORMEZLER GULU SULU DERMEZLER SARI GELIN...
MENI SENE VERMEZLER...SARI GELIN...

R.M_FaNaTka

  • 28 iyul 2011 17:41
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler maraqli xebere gore

--------------------

Ada...07

  • 28 iyul 2011 14:50
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Tewekkurler...

--------------------


lema

  • 28 iyul 2011 14:50
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
gunah bizdedi biz elimizdekilere sahib cixa bilmedik ve her weyi cox tez unutduq cox tez...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

FERID_HESENLI

  • 28 iyul 2011 13:17
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
COX GOZLEDI VE UMUD GVARAMIKI VAXD CATANDA HAG YOLUNU TAPCAG SARI GLININDE UZU GULCEK VE BU SARI GELIN COX BASI BELALI GELIN OLDU HA

,,kepenek,,

  • 28 iyul 2011 13:10
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
twk wink

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

NELLY19

  • 28 iyul 2011 12:22
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli-xeber-ucun-tewekkurler

Gaby_Espino

  • 28 iyul 2011 12:12
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
Twk

shun

  • 28 iyul 2011 12:12
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
tesekkurler

RaminYek

  • 28 iyul 2011 11:47
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Musique Sage

  • 28 iyul 2011 11:38
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Maralidir tws o da duz deyir indi ele gozel ermenilerden topagimiziala cayiq bele edeceyik deyrrik onu o vaxtlarda ede bilseydik indi sari gelini siz oldurmusunuz onun mahnisi niye sizin olur ki, bi bu nsuali onlara versek nece olar?

breaking dawn

  • 28 iyul 2011 11:34
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
tskler maraqli idi......

aid_fanatka

  • 28 iyul 2011 11:07
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk...............................................
........

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

GAME OVER GOZELIM

  • 28 iyul 2011 10:43
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
ela super beyendim

--------------------
GAME_OVER_GOZELIM

BIR_UMUT_VER

  • 28 iyul 2011 09:54
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
cox sagolun cox kovreldim

--------------------
MENI ODLARA AT BUTUN VUCUDUM YANSIN, YALNIZ UREYIMI GOTUR CUNKI ORADA SEN VARSAN.....SEVIREM SENI RUHUM

Sirli Melek

  • 28 iyul 2011 08:50
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Sabir Qasimov

  • 28 iyul 2011 06:07
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
Dillər əzbəri olan sözlər

Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin


Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin


Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin

Gün ola mən bir görəydim
Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
recourse recourse

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}