Sirat

 
 Sirat

 Sirat

Sirat

Bismilləhir Rahmənir Rahim...

1105. Doğru yol

Quran:

«Bizi doğru yola yönəlt» (Fatihə, ayə 6)

Hədis:

3559. İmam Sadiq (ə): «İnsanlar sağa-sola azdılar, ancaq biz və şiələrimiz doğru yola hidayət olunduq.» (əl-Kafi, c.2, səh. 264 , hədis5)

1106. Doğru yolun (Siratul müstəqimin) mənası

Quran:

«Həqiqətən mənim Rəbbim, sizin Rəbbinizdir. Elə isə Ona ibadət edin ki, doğru yol budur.» (Ali-İmran, ayə 51)

«Allahın ayələri sizə oxunduğu və Onun Rəsulu sizin aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allahın ipindən yapışsa, şübhəsiz ki, doğru yola (siratul müstəqimə) hidayət olunmuşdur.» (Ali-İmran, ayə 101)


Hədis:

3560. İmam Sadiq (ə) (sirat sözünün mənası barədə): «O, Allahı tanımağın yoludur və iki növdür: dünyada sirat və axirətdə sirat. Dünya siratı, elə itaəti vacib olan imamdır. Dünyada imamı tanıyan və onun göstərdiyi yolu gedən şəxs, cəhənnəmin üzərində körpü olan axirət siratından keçəcək.» (Biharul-Ənvar, c.24, səh. 11 , hədis3)

3561. İmam Sadiq (ə): «Doğru yol (Siratul müstəqim) Əmir-əl-möminin Əlidir (ə).» (Məaniyul-Əxbar, səh. 32 , hədis2)

1107. Axirət siratı və onun üzərindən keçmək


3562. Musa (ə) (dualarının birində): «İlahi! Sənin hikmətini aşkar və gizli şəkildə oxuyan şəxsin mükafatı nədir?» Buyurdu: «Siratdan ildırım sürətilə keçər.» (Biharul-Ənvar, c.92, səh. 197 , hədis3)

3563. Allahın Peyğəmbəri (s): «Sizlərdən sirat üzərində ən sabit qədəmliniz, mənim Əhli-Beytimə (ə) daha çox məhəbbəti olanınızdır.» (Fəzailuş-Şiə, səh. 48 , hədis3)

3564. Allahın Peyğəmbəri (s): «Dəstəmazı kamil şəkildə al ki, siratdan bulud kimi keçəsən.» (Biharul-Ənvar, c.76, səh. 4 , hədis8)

3565. Allahın Peyğəmbəri (s): «Sirat tükdən nazik, qılıncdan itidir.» (Biharul-Ənvar, c.8, səh. 65 , hədis2)

3566. İmam Sadiq (ə) («Həqiqətən, sənin Rəbbin pusquda bərk dayanmışdır» (Fəcr, ayə 14) ayəsi barədə): «Pusqu, Sirat üzərində olan bir körpüdür ki, oradan boynunda hətta bir məzləmə (yəni insanlar qarşısında boynunda olan hər bir haqq və xirda, az miqdarda olan pul borcları) olan şəxs də keçə bilməz.» (Səvabul-Əmal, səh. 321 , hədis2)

3567. İmam Sadiq (ə): «İnsanlar sirat üzərindən keçməkdə bir neçə dəstəyə böünürlər: bəziləri ildırım sürətilə keçər, bəziləri çapar at kimi, bəziləri sürünə-sürünə, bəziləri də ondan asılmış və bədənlərinin bir hissəsini od bürürmüş halda keçəcək.» (Əmali-Səduq, səh. 149 , hədis4)

 Sirat


Geri dön

AliNikA

  • 2 avqust 2011 12:21
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
TƏŞƏKKÜRLƏR

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

R.M_FaNaTka

  • 28 iyul 2011 17:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler maraqli xebere gore

--------------------

FERID_HESENLI

  • 28 iyul 2011 14:18
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
BIRE GOZEL XEBR UCN COX MINNETDARAM KOPYA EDIB EVDE OXUYACAM

NELLY19

  • 28 iyul 2011 12:37
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli-xeber-ucun-tewekkurler

romantikim

  • 28 iyul 2011 11:51
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Qorxuram

Sirli Melek

  • 28 iyul 2011 09:20
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

wirin heyat

  • 27 iyul 2011 23:12
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
{awards}
Alllah razi olsun cox twk ellerine sagliq

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}