Vacib əməl - Oruc haqqında

 
Vacib əməl - Oruc haqqında

Vacib əməl - Oruc haqqında

Vacib əməl - Oruc haqqında

Bismilləhir Rahmənir Rahim...

Mühüm ibadətlərin zamanı, hicri-qəməri təqvimi ilə müəyyən olunub yerinə yetirilir. Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər.
Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır.
Qurani Kərimdə deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”.

İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.
Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən ilin uzunluğu 354 gün sürür. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir.
Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir.
Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir.
Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. İslam bayram və ayinlərinin müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır.


Orucluq hər bir müsəlman üçün böyük fürsətdir

Allah-taala bərəkətli Ramazan ayını öz mənəvi müjdələri ilə İslam ümmətinə nəsib edərək, onlar üçün dəyərli bir fürsət yaratdı.
Orucluq hər bir müsəlman bəndəyə Allahın mərifət süfrəsindən bəhrələnməyə ən yaxşı və böyük fürsət verir. Bərəkətli Ramazan ayında insanların qəlbi İlahi nura boyanır, duaları vahid Allahın dərgahında qəbul olunur.
Əgər oruc tutmağın insanlara maddi və mənəvi xeyri olmasaydı, böyük Yaradan onu bəndələrinə vacib bilməzdi. Yerin ən ali varlığı olan insan dünyaya qədəm basdığı ilk gündən indiyədək Allah-taala tərəfindən nazil edilmiş dinlərə etiqad bəsləyib bu dinlərdəki müqəddəs ayin və mərasimlərə əməl edib. Həmin ayinləri isə insanlara təlim edənlər bəşəriyyətin tərəqqi və kamilliyi üçün göndərilmiş peyğəmbərlər olublar.

Bu ayinlərdən biri də orucluqdur.

Orucluq bəşər övladının yemək, içmək və sair bu kimi gündəlik yerinə yetirdiyi bəzi şeylərdən müəyyən olunmuş zaman çərçivəsində könüllü olaraq imtina etməsidir.
Orucluğun tarixi olduqca qədimdir. İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə - bəşəriyyətin kamilləşməsinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir.
Bu baxımdan demək olar ki, orucluq müəyyən bir müddət ərzində ac və susuz qalmaqdan ibarət olmayıb, özündə geniş anlamlar ehtiva edir
. Məsələn, oruc tutan şəxs maddi nemətlərdən çəkinməklə yanaşı saleh əməllər yerinə yetirməli, gözəl əxlaq nümayiş etdirməli, ətrafdakılarla xoş davranmalı, yalan danışmamalı, ümumiyyətlə, bütün müsbət keyfiyyətlərlə mənəviyyatını zənginləşdirməlidir.
Belə halda, yəni oruc tutan şəxsin bu kimi müsbət dəyərlərə, xüsusilə də bu gün ehtiyac duyduğumuz gözəl əxlaqa, mənəvi saflığa malik olduğunu görən digərlərinin qəlbində də təbii ki, iman hissi oyanar.

İslam dünyasının ən müqəddəs günü

Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı ümumi əhalinin 90-95 faizini təşkil edir.
Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır. 11 ayın sultanı Ramazan ayı nə vaxtsa sona çatır.
Bu bir 1 ay müddətində imanlılar adətən niyyət edərək səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq yenə namaz qalıraq Allah qarşısında mənəvi borcunu yerinə yetirirlər.
Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədir. Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı, ümumi əhalinin 90-95 faizini təşkil edir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən çəkinir, içkidən, yeməkdən uzaq olur.
İftar süfrəsi açıb, ehtiyacı olanlara kömək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olur. "Rəcəb Allahın, Şəban mənim, Ramazan da ümmətimin ayıdır" – buyurur Peyğəmbər (s).

Orucun dərəcələri

Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.»
İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.»
Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»

Vacib olan oruclar

Vacib oruclar aşağıdakılardan ibarətdir:
1. Ramazan ayının orucu;
2. Kəffarə orucu;
3. Qəza orucu;
4. Nəzir, əhd və and orucu;
5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu;
6. Etikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu;
7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.


Haram oruclar Haram oruclar aşağıdakılardan ibarətdir:


1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şəbanın axırıdır, ya ramazanın əvvəli);
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;
9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc;
10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa)

Vacib əməl - Oruc haqqında


Geri dön

R.M_FaNaTka

  • 3 avqust 2011 19:46
  • Məqalə: 367
  • Şərh: 8106
  • Bal:
twkler

--------------------

.sema.

  • 28 iyul 2011 15:27
  • Məqalə: 0
  • Şərh: 154
  • Bal:
{awards}
Allah oruc tutanlarin orucunu ve etdiyi dualari qebul etsin.Calishin urekden dua edin Allaha siginin.Ondan boyuk yoxdur.....Eger urekden dua etseniz dualarinizin qebul olmag sansi da boyuk olar.tewekkurler

lema

  • 28 iyul 2011 14:26
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
beli Ramazan ayi muselmanlar ucun boyuk bir fursetdir.caliwmaliyiq ki 11 AYIN SULTANI MUQEDDES RAMAZAN AYINDA dilimizi elimizi gozumuzu ayaqlarimizida haramdan qoruyaq.cunku bu ay ac qalmaq ayi deyil bu ay haramdan uzaqlawmaq ALLAHA yaxin olmaq ayidir.deyerli xebere gore minnetdaram eziz bacim.cox sagol...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Musique Sage

  • 28 iyul 2011 14:17
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Allah butun oruc tutanlarin orucunu qebul etsin

FERID_HESENLI

  • 28 iyul 2011 13:43
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
BUTUN ORUC TUTANLARIN ALLAH ORUCUNU QEBUL ERTSIN VE OBNLARA IREDE VERSINKI BU ISDI YAYA GUNLERIDE IRADELERI BERK OLSUN DOZSUNLER ORUCLARI POZULMASIN AMIN

NELLY19

  • 28 iyul 2011 12:31
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli-xeber-ucun-tewekkurler

aid_fanatka

  • 28 iyul 2011 11:13
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

gunas

  • 28 iyul 2011 10:45
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
cox saqolun smile

--------------------
A+N=ask

nevroz

  • 28 iyul 2011 00:22
  • Məqalə: 140
  • Şərh: 342
  • Bal:
{awards}
Allah butun oruc tutan baci qardaslarimizin oruclarin qebul etsin Insallah

--------------------

wirin heyat

  • 27 iyul 2011 23:52
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
{awards}
cox twk ellerine sagliq

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 34
Qonaqlar: 148
Cəmi: 216

 

Top 10 Müəllif

☆Ðʀéαм ŁiŦe☆
Xəbərləri: 3
Cəmi: 415
 
ヅ Sweetka SaBoŞ ヅ
Xəbərləri: 2
Cəmi: 428
 
Rose16
Xəbərləri: 2
Cəmi: 422
 
✰Justin Bieber Fani✰
Xəbərləri: 2
Cəmi: 136
 
I ♥ M.B
Xəbərləri: 2
Cəmi: 226
 
_Angry Girl_
Xəbərləri: 2
Cəmi: 86
 
PoZitiV Kaa=)
Xəbərləri: 2
Cəmi: 61
 
azer_
Xəbərləri: 2
Cəmi: 417
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 2
Cəmi: 183
 
♥Miss Glamurka♥
Xəbərləri: 2
Cəmi: 103