Nə üçün yaşar ki,insan?

 
Nə üçün yaşar ki,insan?

Bir dilim çörək, bir qurtum su üçünmü yoxsa görünüşüylə doyduğu böyük süfrələr yəni daha çoxu üçünmü? Nəfəs alıb vermək üçün yaxud ürəyi atsın deyəmi? Ayaqda dayana bilmək, diri ola bilmək üçünmü? Təklik üçünmü yaşar yoxsa birlik üçünmü? Qazanıb yığmaq üçünmü, yoxsa israf edib xərcləyib sovurmaq üçünmü yaşar? Əllə də qazanmaq və itirmək üçünmü yaşar? Dünyaya bir dəfə gəlib bütün həzzləri dadmaq üçünmü yoxsa yer üzündə şüursuzca dolanıb gəzmək üçünmü? Özündən imtina etmək üçünmü gəlir dünyaya yoxsa özünü tapmaq üçünmü? Uşaqkən xəyallar qurmaq, oyun oynamaq və böyüdüyündə axmaq demək üçünmü yaşar? Yoxsa hökmən oxuyub böyük adam olmaq üçünmü? Bəziləri istəyir deyə bir şeylər etmək üçünmü? İnsanlar gücənər deyə yaşamaq üçünmü? Qısacıq həyatında proqramlaşdırılmış kimi "lazım olanı" etmək üçünmü? Özünü proqramlaşdırmaq istəyənlərə icazə vermək üçünmü yaşar? Ya da bir məqsəd axtarışdan əylənmək və evlənmək, yaxud gününü gün etmək üçünmü yaşar? Ətrafında olub bitənlərə fikir verməmək üçünmü, fikiri verib də da ağlamamaq, özünü parçalamaq üçünmü yaşar? Bir dəfə gəldimi dünyaya dönüşü olmadığı üçünmü yaşar yoxsa? Anası, atası, qardaşları, yoldaşı, övladlar və yaxud müdiri üçünmü? Bəzilərini təmin etmək üçünmü yaşar görəsən? Yaxşı özünü kim təmin edər? Dostları üçünmü yaşar, onlarla vaxt keçirmək üçünmü yəni zamanı istehlak etmək üçünmü? Daş tıqqıltıları arasında bir qəhvəxanada səhərdən axşama qədər oturmaq üçünmü? İnsan ölmək üçünmü gəlir dünyaya, öləcəksə niyə gəlir ki? Doğru nə üçün yaşar ki insan? Həzz almaq və həzz vermək üçünmü yaşar yoxsa acı çəkmək və çəkdirmək üçünmü? Xoşbəxt olmaq üçünmü müqavimət göstərər yaşamağa yoxsa bədbəxt olduğunda ölümü seçərək gücsüzlüyünü bəyan etmək üçünmü? Bir ümidin arxasındanmı qaçar insan həyat boyu yoxsa hüsranlarının intiqamınımı gözləyər? Həyatı dadmaq üçünmü onu məğlub etmək üçünmü gəlir bu dünyaya? Eyni dünyaya sahib olmaq üçünmü yoxsa onu tərk etmək üçünmü yaşar? Günəşin istiliyi, dənizin aydınlığı, quşların bəstələri və küləyin pıçıltısını hiss edə bilmək üçünmü? Kifayətlənmək üçünmü yoxsa həmişə istəmək üçünmü yaşar sizcə? Yoxsa iradəsi xarici gəldiyi bu aləmdə iradəsi xaricindəmi yaşar? Bu sualların cavabı hər birimiz cavablandırılacaq və hər birimiz öz nə daxilini tapacaq. Ancaq həqiqət təkdir və təkliyi sevər. Buna görə də öz daxilimiz cavabını ən yaxşısı Sevgilinin dilindən vermək: Dostu üçün yaşar! Ən sevdiyi, ən mərhəmətli, həyatının heç bir anında yanından ayrılmamış, doğumundan ölümünə qədər hər anında onunla olan və ölümündən sonra da onu bir başına buraxmayan Uca Dostu için Allah üçün. ..Yenə də soruşmadan edə bilməyəcəyəm: Yoxsa insan mənim kimi bu tip boş suallar soruşmaq üçünmü yaşar?
"Əgər yer üzündəkilərin dediklərinin çoxuna uyarsan səni Allah yolundan sapdırarlar. Onlar ancaq zənnə yatırlar və onlar yalnız yalan uydururlar. "
(Ənam-116)


Geri dön

wirinqiz-1988

  • 8 sentyabr 2010 10:58
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
Cox maraqli movzudu biraz oxudum ellerine sagliq

--------------------

Ulya

  • 7 sentyabr 2010 11:44
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
♥Princess♥,
dangerous_angel,
love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}