Ey nəfsim!

 
Ey nəfsim!


Ey nəfsim!

Ey ağıllı olduğunu iddia edən nəfsim!

Sənin arzuların dünya ləzzətləridir. O arzular ki, insana Allahu təaləni xatırlamağı unutdurar. O arzular ki, insanın ən qüvvətli düşmənidir. O arzular bitməz və tükənməz.

Ey nəfsim!

Ey nəfsim!

Sən dünya zövqlərinə, ləzzətlərinə o qədər düşkün oldun ki, onların yaxşı yoxsa pis, faydalı yoxsa zərərli olduqlarının belə fərqinə varmadın. Sənin arzularını İslam əmrləri ilə müqayisə etdim, bir uyğunluq tapmadım. Daha sonra İslamın qadağan etdikləri ilə müqayisə etdim, hər biri uyğun idi. İndi səndən soruşuram, sən bu halında özünün ağıllı olduğunumu zənn edirsən? Halbuki səndən daha axmaq birisi yoxdur!

Ey nəfsim!

Ey nəfsim!

Sən yaxşılıqlardan qaçırsan və bu qaçışda pisliklər ilə yarışırsan. Pislik yarışçılarını ötməyə çalışırsan. Lakin sənə tamam başqa şeylər əmr olunmuşdur. Sən cəhalət içindəsən, qəflət pərdəsində gizlənmisən.

Ey nəfsim!

Ey nəfsim!

Ömrünü boş şeylərlə, gülüb-əylənməklə keçirirsən. Sənin halın bir qatilə bənzəyər.O qatil ki, polislərin onu axtardıqlarını, yaxaladıqda isə edam edəcəklərini bilir və vaxtını əyləncə ilə keçirir. Səncə bundan daha axmaq kimsə varmı?

Ey nəfsim!

Ey nəfsim!

Əcəl sənə doğru gəlməkdədir. Cənnət və Cəhənnəm... Bunlardan biri mütləq səni gözləməkdədir. Sən Cəhənnəm oduna səbr edə bilərsənmi? Yoxsa əcəlinin bu gün gəlməyəcəyinə dair təminat almısan? Bu gün gəlməzsə ondan sonrakı gün gələcəkdir.

Ey nəfsim!

Ey nəfsim!

Xidmətçin, işçin sənə itaət etməzsə, sənə tabe olmazsa ona qarşı qəzəblənməzsənmi? O halda Allahu təalənin sənə qəzəblənməyəcəyinə necə əmin olmusan? Əgər onun əzabının yüngül olduğunu zənn edirsənsə barmağını alova tut! Yox əgər dünyada etdiklərinə görə sənə cəza verməyəcək sanırsansa Qurani-Kərimə və 124 min peyğəmbərə inanmamış olursan. Çünki Allahu təalə Nisə surəsi 122-də buyurur:” Günah işləyən cəzasını çəkəcəkdir!”

Ey nəfsim!

Ey nəfsim!

Günah işlədərkən O Rahimdir, O Raufdur, məni bağışlayar deyirsənsə, bəs onda dünyada yüz minlərlə adama nə üçün zəhmət, aclıq və xəstəlik çəkdirir, tarlasını əkməyənlərə məhsulunu vermir?

Ey nəfsim!

Ey nəfsim!

Yoxsa sən də sonra tövbə edərəm, yaxşı işlər görərəm deyə düşünürsən. Yoxsa ölümün daha əvvəl gəlməyəcəyinə əminsən? Yoxsa son peşmançılığın kiməsə fayda verdiyini görmüsən? Yoxsa sabah tövbə etməyi bu gün tövbə etməkdən daha rahat sanırsan? Halbuki tövbə gecikdiksə gecikər və çətinləşər.

Ey nəfsim!

Ey nəfsim!

Bax görə necə dünya nemətləri gözünü bağlayıb, dünya ləzzəti səni həlaka aparıb. Heç bir gün öləcəyini düşünmədinmi? Heç bir gün bütün bunların səndən alınacağını fikirləşmədinmi? Bunları nə qədər çox sevsən, onlardan ayrılanda da o qədər çox ayrılıq əzabı çəkəcəksən.

Ey nəfsim!

Ey nəfsim!

Niyə dünyaya bu qədər bağlanmısan? O bağlandığın dünya sənin olsa belə ondan ayrılacağın an gələcəkdir. Sənin adın unudulacaq, xatirələrdən silinəcəkdir. Sən də bir gün hamı kimi torpağın gözünə sürmə olacaqsan.

Ey nəfsim!

Ey nəfsim!

Unutma ki, dünyanın qiymətsiz olduğunu anlasan, onun çətinliklərinə kədərlənməzsən, ondan çəkinərsən.Ondan çəkinsən özünü tanıyarsan, Özünü tanısan Rəbbini taparsan. Və bil ki, Rəbbinə xidmət etsən, dünya sənin xidmətçin olacaqdır.


Ey nəfsim!


Geri dön

ASMIYA

  • 23 noyabr 2011 23:08
  • Məqalə: 76
  • Şərh: 1313
  • Bal:
ALLAH RAZI OLSUN. COK DOGRUDUR.

EMEL EDENLER ELBET XEYRINI IKI DUNYADA DA GORECEKTIR INSA ALLAH.
EMEL EDIB XEYIR GORENLERDEN EYLESIN REBBIM BIZLERI. AMIN. INSA ALLAH...

--------------------
~HƏYATI İSLAMA GÖRƏ YAŞAMALIYIZ,~İSLAMI HƏYATA GÖRƏ DEYİL~

music_angel

  • 1 sentyabr 2011 12:59
  • Məqalə: 114
  • Şərh: 4941
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

nilayka

  • 2 may 2011 20:08
  • Məqalə: 208
  • Şərh: 7696
  • Bal:
{awards}
Deyerli xebere gore cox sagol baciw

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 11:13
  • Məqalə: 72
  • Şərh: 2331
  • Bal:
{awards}
Allah razi olsun

wirinqiz-1988

  • 8 sentyabr 2010 10:58
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
Ey nəfsim!

Ey ağıllı olduğunu iddia edən nəfsim!

Sənin arzuların dünya ləzzətləridir. O arzular ki, insana Allahu təaləni xatırlamağı unutdurar. O arzular ki, insanın ən qüvvətli düşmənidir. O arzular bitməz və tükənməz.

--------------------

raul088

  • 7 sentyabr 2010 14:52
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
dunya lezzeti deyendeki,neylemeliyem pis gunde yawamaliyam,mawin surmeli deyilemki nefsime qalib gelim, pis verdiwlerden uzaq olmaq lazimdi

Ulya

  • 7 sentyabr 2010 11:50
  • Məqalə: 1910
  • Şərh: 13796
  • Bal:
{awards}
coox sagol gozel yaziya gore

--------------------

♥Princess♥

  • 6 sentyabr 2010 23:15
  • Məqalə: 2186
  • Şərh: 7015
  • Bal:
{awards}
Deyerli xebere gore cox sagol baciw winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 35
      Qonaqlar: 140
      Cəmi: 195

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 64
      Cəmi: 281
       
      _XADA_
      Xəbərləri: 61
      Cəmi: 420
       
      Love World
      Xəbərləri: 57
      Cəmi: 156
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 48
      Cəmi: 230
       
      Musique Sage
      Xəbərləri: 47
      Cəmi: 383
       
      green_15
      Xəbərləri: 46
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 42
      Cəmi: 249
       
      Nuray2012
      Xəbərləri: 37
      Cəmi: 126
       
      Ay Prensesi
      Xəbərləri: 36
      Cəmi: 536