Bugatti Veyron” taxtdan salındı ABŞ-ın “Shellby Supercars” şirkəti nəhayət ki, layihəsini reallaşdıra bildi. Şirkət artıq 440 km/saat sürətli avtomobili hazırlayıb. Adını Yeni Zelandiyada yaşayan Tuatara kərtənkələsindən götürən avtomobil cəmi 100 ədəd istehsal ediləcək. Bir müddət əvvəl bazara çıxarılan “Bugatti Veyron Super Sport” modeli 431 km/saat sürətə çata bilir. Lakin təkərlər korlanmasın deyə sürət 415 km/saatla məhdudlaşdırılıb. “Shelby”nin bundan əvvəlki modeli “SSC Ultimate Aero” isə fransız avtomobilindən cəmi 1 km/saat geri qalırdı. İndi isə şirkət liderliyi ələ aldığını bildirdi. Lakin bazara çıxarılacaq modellərdə sürət 434 km/saatla məhdudlaşdırılacaq. “SSC Tuatara” 5 il ərzində cəmi 100 ədəd istehsal ediləcək. Avtomobilin satış qiyməti 970 000 dollardır. Lakin gömrük rüsumu və sair vergilər nəzərə alınsa, ABŞ-dan kənarda bu model ən azı 1.5 milyon dollara başa gələcək. Qonşu Türkiyədə bu modelə sahib olmaq istəyən şəxs təxminən 2 milyonundan keçməli olacaq.