Ölümdən sonrakı mərhələlərdə Peyğəmbər (s), Əli (ə)-in vilayəti və Əhli-Beytin rolu

 
Ölümdən sonrakı mərhələlərdə Peyğəmbər (s), Əli (ə)-in vilayəti və Əhli-Beytin rolu


Ölümdən sonrakı mərhələlərdə Peyğəmbər (s), Əli (ə)-in vilayəti və Əhli-Beytin rolu

Ölümdən sonrakı mərhələlərdə Peyğəmbər (s), Əli (ə)-in vilayəti və Əhli-Beytin rolu

Bismillahir rəhmanir rəhim.

Dördüncü: Siratdır.

Öləndən sonra insanın keçəcəyi dördüncü mərhələ siratdır.

İslam Peyğəmbəri (s) belə buyurur: «Cəhənnəmin üstündə tükdən nazik, qılıncdan iti bir körpü var. Bütün insanlar oradan keçməlidir.»

Quranda da «Möminun» surəsinin 73-cü ayəsində buna işarə edilərək buyurulur:
«Ya Peyğəmbər, sənin borcun və üzərində olan ağır vəzifə insanların hamısını düzgün yola hidayət etməkdir.
Amma axirətin olacağına, öldükdən sonra diriləcəklərinə və qiyamət səhnəsində hazır olacaqlarına iman gətirməyən və inanmayanlar Siratı düzgün gedib başa çatmayacaqlar».

İmam Sadiq (ə) buyurur: «Sizin haqqında eşitdiyiniz Sirat iki cürdür: Biri budur ki, insan o yolla gedib Allahı tapır və ona inanır; İkinci Sirat axirətdədir.
Bəs insanların dünyadakı tapmalı olacaqları Sirat hansıdır?
O Sirat Allahın təyin etdiyi imamdır. İnsanlar onun vasitəsi ilə hidayət olunarlar. Onlara tərəf gedib, onlara itaət edən adam qiyamət günü Siratın üstündən keçib gedəcək.

Ölümdən sonrakı mərhələlərdə Peyğəmbər (s), Əli (ə)-in vilayəti və Əhli-Beytin rolu

Beşinci: Hesabdır.

Qiyamətdə məhkəmə qurulacaq. İnsanın etdiyi bütün əməlləri haqqında sorğu-sual ediləcək. Sorğudan sonra hesab-kitab bağlanacaq.

«Ənbiya» surəsinin 47-ci ayədə buyurulur: «Qiyamət günü biz ədalət tərəzisini insanın qarşısına qoyacağıq. Heç bir insana zülm olunmayacaq.
Zərrə qədər yaxşı və ya pis əməli olandan da hesab soruşulacaq. Mühasiblər insanların əməl dəftərini gətirib onlardan hesab alacaqlar.»

Həzrət bu ayələrin təfsirində buyurur: «Sizin burada yaşağıdınız günlər əməl günüdür və sizdən hesab götürən yoxdur.
Hara gedirsən, nə danışırsan, hara baxırsan, nə yazırsan və nə yeyirsənsə, azadsan. Amma qiyamət günü əməl yoxdur, ancaq hesabdır».

Ölümdən sonrakı mərhələlərdə Peyğəmbər (s), Əli (ə)-in vilayəti və Əhli-Beytin rolu

Altıncı: Mizandır.

İnsanın bütün əməllərini o tərəzidə hesablayacaqlar.

«Əraf» surəsinin 8-9-cu ayələrində buyurulur:
«Qiyamət günü çəki haqqdır. Əməllər çəkiləcək və ölçüləcək. Əməlləri ağır gələn insanlar nicat tapacaqlar. Tərəzidə əməlləri yüngül gələn adamlar ziyan görəcəklər;
Çünki onlar öz nəfslərinə qarşı ziyan etməklə yanaşı bizim ayələrimizə zülm etdilər (etinasızlıq göstərdilər).» (Quran) ayələrini eşitdikləri halda inanmadılar və əməl etmədilər.
Onlar peşiman olacaq və deyəcəklər:
İlahi, biz başa düşmədik, bizi qaytar gedib (dünyada) yaxşı əməllər edək. Biz onlara deyəcəyik ki, lal olun və danışmayın. Biz sizə peyğəmbərlər göndərdik, kitablar göndərdik və Quranı göndərdik, amma siz qulaq asmadınız.
Buna görə də sizin istəyiniz heç vaxt qəbul olmayacaq».

Hədisdə Peyğəmbər (s) buyurur: «Allah qiyamət günü Adəm peyğəmbəri (s) çağırıb deyəcək ki, bunların hamısının atası sənsən.
Gəl tərəzinin yanında dur və balalarının əməllərinə tərəzidə diqqətlə bax! Əgər onların yaxşı əməlləri zərrə qədər də olsa və pis əməllərindən ağır gəlsə, onlar cənnətə gedəcəklər. Ya Adəm, sonra demə ki, burada zülmə yol verildi».

«O insanlar» dedilər ki, Salman, filan heyvanın quyruğu sənin saqqalından üstündür.
Salman cavabında dedi: Əgər keçə bilməsəm, sən deyəndir. İtin quyruğu bundan üstündür (Əgər bu saqqal məni siratın körpüsündən keçirməsə, sən deyəndir)
Quran buyurur: Üç qrup insana tərəzi qurulmayacaq:

1. Müşrik və Kafir olanlara.
Onları hesabsız, kitabsız və tərəzisiz odun içinə atacaqlar.
«Kəhf» surəsi, 105-ci ayə: «Müşrik və kafir olanlar üçün mizan (tərəzi) qoymayacağıq».
2. Şəhidlərə.
Allah yolunda dünyada şəhadətə çatmış insanlara tərəzi və hesab olmayacaq. Onlar behiştə azad şəkildə gəlib keçəcəklər.
3. Müsbət mənada iki xüsusiyyətə malik olan insanlara:
Xəlvətdə da olsalar günah etməyən və dünyada halal ruziləri az da olsa ona qane olanlar. Onlar da azad şəkildə gəlib keçəcəklər.

Ölümdən sonrakı mərhələlərdə Peyğəmbər (s), Əli (ə)-in vilayəti və Əhli-Beytin rolu

Yeddinci: Kitabdır.

Yeddinci mərhələdə insanların hamısına 3 cür kitab verəcəklər. Kitab haqqında iki fikir mövcuddur:

1.İnsanın dünyada hansı əməli olarsa, orada qeyd edərlər. Buna kitab deyilir.

«İnfitar» surəsi 12-ci ayə: «Allah sizə gözətçi qoyub. Sənin yanında çox hörmətli yazıçı var. Hər nə etsəniz onlar bilir və yazırlar.

«Qaf» surəsi 18-ci ayə buyurur: «Sənin sağında və solunda gözətçi olanların ikisi də etdiklərinin hamısını yazırlar. Hər bir insan hər nə iş görür və hər nə danışırsa, bilməlidir. Sözə qədər hər şey onların qələmindən keçir və qeyd edilir.

«Yasin» surəsi 12-ci ayə: «Ölüləri biz dirildəcəyik və onların hamısının əməllərini biz yazırıq. Hansı əməlləri özləri edib və hansı əməlləri onlara göndərirlərsə onları da yazırıq».

«Casiyə» surəsi buyurur: «Sizin əməllərinizin hamısını çəkirlər və yazırlar. Qiyamət günü insanlara öz əməllərini göstərəcəklər. Bütün bunları yazdıqdan sonra onu bir kitab halına gətirirlər».

Bu kitab üç cürdür:
Quranın buyuruğuna əsasən onlardan biri budur ki, insanın öz fərdi əməllərini yazırlar. Qiyamət günü hər bir insanın əməl kitabını öz əlinə verəcəklər.

«Əlhaqqə» surəsi buyurur: «Qiyamət günü ktabları sağ əlinə verilənlər şad olaraq hamını çağıracaq və deyəcəklər ki, gəlin mənim kitabıma baxın.
Görün nə gözəl kitabım var. Mən dünyada bilirdim ki, mənim əməllərimi yazırlar. Ona görə də düzgün əməllər etdim. Bu insanlar rahat və Allahın Cənnətində olacaqlar.
Kitabları sol əllərinə verilənlər isə deyəcəklər: Vay olsun mənə, kaş bu kitabı mənə verməyəydilər, kaş hesabımı bilməyəydim».

İkinci kitabı bütün ümmətlərə verəcəklər. Bu kitablar bütün peyğəmbərlərin ümmətlərinə ayrı-ayrılıqda hazırlanmışdır. O kitabı da açıb hər bir ümmət öz əməllərinə baxacaqlar.

«Casiyə» surəsi 29-cu ayədə buyurulur: «Ya peyğəmbər, bütün ümmətlərin hamısını diz üstə çökən görəcəksiniz. Hər bir ümmət öz kitabına tərəf dəvət olunacaq. Kim nə iş görübsə hamısını ona deyəcəklər».

Bu bizim kitabımızdır və sizə haqq danışır. Bu kitabda səhv yoxdur.
Üçüncü kitabda bütün insanların əməlləri qısa surətdə bir xətdə yazılır. Hamı öz əməllərini bu kitabda görəcək. Hamı bir-birinin əməllərindən xəbərdar olacaq.

Quran buyurur: «Allahın nuru ilə o yer işıqlı olacaq. Bütün insanların hamısının əməllərini yazılmış bir kitab təşkil edəcəklər. Peyğəmbəri şahid gətirəcəklər. O zaman insanlar arasında qəzavət olunacaq və hökm veriləcək. Heç bir insana zülm olunmayacaq». («Zumər» surəsi, 68-ci ayə)

O kitabı gördükdə insanlar deyəcəklər: «Vay olsun bizə, bu necə kitabdır ki, kiçikdən-böyüyə qədər bütün əməllərimizin hamısını yazıb burada saxlayıblar». Qiyamət günü ən böyük əzab insanların bir-birlərinin yanında çəkdikləri xəcalətdir. İnsanların əksəriyyətini dünyada həvayi-nəfs bədbəxt edir.

Mərhum Əllamə Təbatəbaidən soruşurlar: Ağa, irfanın neçə mənzili var? Ağa cavab verir ki, iki mənzili var: Bir ayağını qoy həvayi-nəfsin üzərinə, digərini də yarın məhzərinə. Əsas insanın Allaha itaət etməsidir.

Rəcəbəli Xəyyat (xəyyat «dərzi» deməkdir. Bu insan dərzi olmasına baxmayaraq böyük arif və övliyalardan biri idi.) Ayətulla üzma Milaninin yanına gedib öz əhvalatını ona danışır. Deyir ki, mən cavan oğlan idim.
Günlərin bir günü mən tələyə düşdüm. Belə ki, gördüm bir qız məni aldadıb tələyə salıb və bu tələnin içindən çıxmağa heç bir yolum yoxdur.
Öz-özümə bir qədər fikirləşib dedim: İlahi sənin məni imtahana çəkib dəfələrlə yoxlamağın mümkündür. Bu həmişə olan şeydir.
İcazə olar bir dəfə də mən səni imtahan edib, yoxlayım? Elə bunu demişdim ki, Yusif (ə) Züleyxanın tələsindən alını açıq, üzü ağ və başı uca çıxdığı kimi mən də gözlərimi yumub tələdən elə çıxdım. Oradan çıxdıqdan sonra Allah mənim gözümü açdı. Rəcəbəli ölənə qədər insanların batinini görürdü. Onların həqiqi surətlərini görürdü.
O, qeyd edirdi ki, bəzi vaxt küçədə gedərkən çox adamın gəzib, dolandığını görürsən. Amma, bəzi vaxt bir, iki nəfəri adam surətində görürsən, ondan qalanları heyvan surətindədir.
Allah Rəcəbəlinin gözünü, ayağını həvayi-nəfsin üzərinə qoyduğu üçün açdı.

Ölümdən sonrakı mərhələlərdə Peyğəmbər (s), Əli (ə)-in vilayəti və Əhli-Beytin rolu


Geri dön

İLQAR.

  • 6 avqust 2011 15:09
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
cox saqolun

Sweet life

  • 28 iyul 2011 18:52
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
ÇOX SAĞOL ALLAH SƏNDƏN RAZI OLSUN!!!

--------------------

FERID_HESENLI

  • 28 iyul 2011 18:46
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
KPPYA ETEDIM EVDE OXCUUYACAM MINETTDARAM HER BRINIZE BELE XEBRLER UCN

R.M_FaNaTka

  • 28 iyul 2011 17:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler maraqli xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}