Dahilərin hazırcavablıqları

 
Dahilərin hazırcavablıqları


Qədim çin filosofları Çtuan-Tzsı və Xuçşi çayın üzərində salınmış körpüdə gəzirmişlər.Çtaun-Tzsı deyir;''Bu balıqlar suda necə böyük ləzzətlə oynaşırlar balıq həyatının ləzzəti bundadır''. Xuçşi deyir;"Sən balıq deyilsən ,balığın nədən həzz aldığını hardan bilirsən"?. Çtuan-Tzsı dərhal cavab verir;"Sən ki,mən deyilsən,hardan bilə bilərsən ki,mən balığın nədən həzz aldığını bilmırəm!"

Makedoniyali Iskəndər afinalı Fokiona yüz talant pul göndərir.Fokion təəcüb edib ,elçilərdən soruşur;
-Nə üçün hökmdarınız bütün afinalılardan məhz məni mükafatlandırmışdır?
-Çünki o,yalnız səni ləyaqətli və namuslu hesab edir.
Fokion hədiyyəni makedoniyalılara qaytararaq deyir;
-Qoy onda o,mənim təkcə onun zəndində deyil,əsil həqiqətdə də namuslu adam kimi qalmağıma mane olmasın!


Bir qadın Bernard Şoudan soruşur;
-Nə üçün ALLAH əvvəl kişini sonra qadını yaratmışdır?
-Çünki ALLAH istəmirdi ki,o,kişini yaradarkən ,qadIn öz məsləhətləriylə ona mane olsun!

Fanna Ranevskaya tez-tez deyirdi ;"Mənim itim Sara Bernar kimi yaşayır,mənsə itim kimi".

Abbasqulu ağa Bakıxanov Peterburqda olarkən,onu imperator Nikolayın qonaqlıq məclisinə də'vət edirlər. Qafqazlı qonağın ömründə dilinə içki dəymədiyini eşidən imperatpiça ona şərab içirtməyi qət edir.O,bir qədəh şərabı qızıl padnosa qoyur və yüksək hörmət əlaməti olaraq,özü gətirib Bakıxanova təqdim edir.Abbasqulu ağa ayağa qalxıb qədəhi padnosdan götürür və üzünü imperatura tutaraq deyir;
-Əlahəzrət,siz buyurursunuz ki,bu şərabı içim.ALLAHIM isə deyir; içmə!
İndi hansınızın sözünə baxım?
Çar dərhal;
-Əlbəttə,ALLAHIN -söyləyir.

Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə ilə;Sizə baxanda adama elə gəlir ki,İngiltərə aclıq çəkir,-deyir
-Sizə baxanda isə elə fikirləşmək olar ki,İngiltərənin aclıq çəkməsinə məhz siz səbəbkarsınız.


Görkəmli Argentina yazıçısı Borxes maşın yolundan keçəndə ,bir nəfər onu saxlayıb heyrətlə ;Siz Borxessiniz?-soruşur.
-Ümuiyyətlə ,Borxesəm amma indi yox!

Görkəmli polyak skripka çalanı və bəstəkarı Venyavskini sabahı günə çay içməyə dəvət edən Peterburq zadəgənlarından biri söz arası deyir;Yeri gelmişkən ,skripkanı da özünüzlə gətirin.
SkripkamIn adından sizə təşəkkür edirəm.Skripkam çay içmir!.


Geri dön

_RONALDO_

  • 14 mart 2011 20:10
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
cox sagol

--------------------

wirinqiz-1988

  • 8 sentyabr 2010 10:51
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
maraqli xeberdi love

--------------------

Ulya

  • 7 sentyabr 2010 11:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cooox sagol maraqli xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}