Bakıda günvurma hallarının sayı artıb

 
Bakıda günvurma hallarının sayı artıb

Azərbaycan paytaxtında son üç gündə günvurma ilə
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı artıb


“Günvurmanı adi xəstəlik hesab etmək olmaz. Günvurma çox ağır xəstəlikdir. Havanın həddən artıq isti keçdiyi bu günlərdə əhali günvurmadan qorunmalıdır”. Bu sözləri açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

M. Həmidov əhaliyə bir daha xəbərdarlıq edib ki, səhər saat 11.00-dan axşam saat 17.00-dək açıq havada qalmaq təhlükəlidir: “Bayırda istirahət etmək istəyənlər səhər saat 11-dək və axşam saat 17-dən sonraya üstünlük verməlidirlər. Çimərliklərdə də bu saatlar istirahət etmək olar. Qalan saatlarda isə açıq havaya çıxmaq həyat üçün təhlükəlidir, günvurma baş verə bilər”.

M. Həmidov bildirib ki, hərarətin yüksək olduğu günlərdə geyimlərə də diqqət yetirmək lazımdır. Belə vaxtlarda geyimlər kətan və pambıq materialdan olmalı, dar və kip olmamalıdır: “Həmçinin əhali gigiyenik qaydalara da riayət etməlidir. Dərinin təmiz saxlanılması tənəffüs prosesini normallaşdırır. Dəri çirkli, məsamələr bağlı olarsa, sözsüz ki, bu, orqanizmin daxilində hərarəti yüksəldəcək. Həm bu, həm də bayırdakı hərarət günvurmaya səbəb ola bilər”.

M. Həmidov günvurmaya məruz qalan insanlara ilk tibbi yardımın göstərilməsi ilə bağlı da tövsiyələrini açıqlayıb: “Günvuran insanı dərhal kölgəyə çəkmək, havanın sərbəst daxil olması üçün paltarının yaxasını açmaq, ona sərinləşdirici maye içirtmək, bədənin açıq hissələrinə soyuq suda isladılmış tənzif qoymaq lazımdır. Eyni zamanda təcili tibbi yardıma müraciət etmək də lazımdır”.

Baş həkimin sözlərinə görə, belə günlərdə hər kəs çoxlu maye içməlidir: “Yay vaxtı bədənin daha çox maye itirməsi qanın qatılaşmasına və qan dövranında müəyyən durğunluğun yaranmasına səbəb olur. Buna görə də insanlar daim sərinləşdirici maye qəbul etməlidirlər”.

M. Həmidov onu da bildirib ki, son üç gün ərzində Bakı şəhərində əhali tərəfindən günvurma ilə bağlı stansiyaya müraciət edənlərin sayı artıb: “Son üç gün ərzində 9 nəfər günvurma ilə bizə müraciət edib. Beləliklə, yay mövsümü başlayandan bu günədək həmin diaqnozla stansiyaya müraciət edənlərin sayı 70 nəfərə çatıb. Müraciət edən 9 nəfərdən 5-i xəstəxanaya yerləşdirilib, qalanlarına isə tibbi yardım göstərilib və evə buraxılıb. Ümumiyyətlə gün vuran 70 nəfərdən 22-si xəstəxanaya yerləşdirilib”.


Geri dön

mirkamal97

  • 11 avqust 2011 07:50
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

AliNikA

  • 1 avqust 2011 14:23
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Sirli Melek

  • 29 iyul 2011 09:35
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
DƏHŞƏTTTT
ALLAH ÖZÜ KÖMƏYİMİZ OLSUN!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

lema

  • 28 iyul 2011 22:20
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
bayaq xeberlerde baxdim kurdemirde bu gun 60 derece isti olubmuw bakida ise 47. wassat evden cixmamaq meslehetdi bele havalarda.yoxsa bele hallar cox olacaq.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

music_angel

  • 28 iyul 2011 20:57
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
gunorta vaxti hava dehset isti oluree sad tesekkurler deyerli xebere gore bilmediklerimi bildim,

--------------------

R.M_FaNaTka

  • 28 iyul 2011 19:57
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

no_name

  • 28 iyul 2011 19:51
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
eslinde ele gun vurma gunorta vaxtlari olur cammat saliwmalidiki gunorta cixmasin ama mumkun deyil(iwe gore) recourse

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}