Rüku

 
 Rüku

 Rüku

Rüku

Bismillahir rəhmanir rəhim.

Məsələ 1009: Namaz qılan, hər rük`ətdə qiraətdən sonra bütün barmaqlarının ucunu o cümlədən baş barmağının ucunu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir.

Məsələ 1010: Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur.

Məsələ 1011: Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn; sola və ya sağa əyilsə, ya dizlərini qabağa gətirsə, əllərini dizlərinə qoysa da, səhih deyildir.

Məsələ 1012: Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn; bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.

Məsələ 1013: Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn; qolu çox uzun olsa və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından daha aşağıda olsa və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal səviyyədə əyilməlidir.

Məsələ 1014: Oturan halda rüku edən şəxsin, üzü dizlərinin müqabilinə yetişincəyə qədər əyilməsi lazımdır. Amma üzü səcdə yerinə yaxınlaşıncaya qədər əyilməsi daha yaxşıdır.

Məsələ 1015: İxtiyar halında, rükuda hər hansı zikrin kifayət etməsinə baxmayaraq üç dəfə «Subhanəllah» və ya bir dəfə «Subhanə rəbbiyəl-əzimi və bihəmdih» deməsi daha yaxşıdır. Vacib ehtiyata görə rüku zamanı, bu miqdarı söyləmək kifayətdir. Amma əgər vaxt dar olsa və ya məcburiyyət qarşısında qalsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir. Sübhanə rəbbiyəl-əzimi və bihəmdihi yaxşı deyə bilməyən bir kəs başqa bir zikri, məsələn 3 dəfə subhanəllah deməlidir.

Məsələ 1016: Rükunun zikri, gərək ardıcıl surətdə və ərəbcə düzgün deyilsin. Müstəhəbbdir ki, onu üç, beş, ya yeddi dəfə, hətta çox desin.

Məsələ 1017: Rüku halında namaz qılanın bədəni gərək sakit (hərəkətsiz) olsun, o gərək öz bədəninə ixtiyar halında o cür hərəkət verməsin ki, sakit olan haldan xaric olsun. Hətta ehtiyata əsasən əgər vacib zikrə məşğul olmasa da. Əgər bu hərəkətsizliyə qəsdən riayət etməsə zikri aram olan halda yenidən təkararlasa belə, namaz ehtiyata əsasən batil olur.

Məsələ 1018: Əgər rükunun vacib zikrini dediyi halda səhvən, ya ixtiyarsız olaraq bir qədər hərəkət etsə və bədəni sakit olma halından çıxsa, bədəni sakit olandan sonra, zikri ikinci dəfə deməsi yaxşıdır. Amma əgər azacıq hərəkət etsə və bədəni sakit olma halından çıxmasa, yaxud barmaqlara hərəkət versə, zərəri yoxdur.

Məsələ 1019:
Əgər rüku həddinə əyilməzdən və bədəni aram tutmazdan əvvəl, qəsdən rükunun zikrini desə, namazı batildir. Amma əgər zikri yenidən, bədənin aram olan halında desə, batil olmaz. Əgər səhvən olsa, onu yenidən deməsi lazım deyil.

Məsələ 1020: Əgər vacib zikr qurtarmamışdan əvvəl başını qəsdən rükudan qaldırsa, namazı batildir və əgər səhvən başını qaldırsa, zikri yenidən deməsi lazım deyil.

Məsələ 1021:
Əgər zikr demək miqdarında hətta bir dəfə sübhanəllah demək qədər hərçənd bədəni aram olmadıqda belə, rükuda qala bilmirsə, vacib deyil amma müstəhəbb ehtiyat odur ki, hərçənd qalanı qalxdığı halda «mütləq qürbət» qəsdi ilə olsa belə, zikri desin, ya ondan əvvəl başlasın.

Məsələ 1022:
Əgər xəstəlik və bu kimi səbəblərə görə rükuda sakit (aram) ola bilmirsə, namazı səhihdir. Amma rüku halından çıxmamış, gərək vacib zikri keçən məsələdəki kimi desin.

Məsələ 1023: Əgər rüku miqdarında əyilə bilməsə, gərək bir şeyə söykənsin və rüku etsin. Əgər söykənərkən də adi qaydada rükuya gedə bilmirsə, gərək nə qədər bacarır əyilsin ki, ürfün nəzərində ona rüku desinlər. Əgər bu miqdarda da əyilə bilməsə, gərək rüku üçün başı ilə işarə etsin.

Məsələ 1024: Rüku üçün başı ilə işarə etməli olan şəxs, əgər başı ilə işarə etməyi bacarmasa, gərək rüku niyyəti ilə gözlərini yumsun və onun zikrini desin və rükudan qalxmaq niyyəti ilə gözlərini açsın. Bundan da acizdirsə, vacib ehtiyata əsasən öz qəlbində rüku niyyəti etsin, öz əli ilə rükuya işarə etsin onun zikrini desin. Bu halda mümkün olsa, vacib ehtiyata əsasən həm bunu etməlidir, həm də oturan halda rükuya işarə etməlidir.

Məsələ 1025:
Ayaq üstə rüku edə bilməyən şəxs, oturan yerdə rüku üçün əyilə bilirsə, gərək ayaq üstə namaz qılsın və rüku üçün başı ilə işarə etsin. Müstəhəbb ehtiyat odur ki, başqa bir namaz da qılıb rüku vaxtında otursun və bacardığı qədər rükuya əyilsin.

Məsələ 1026: Əgər rüku həddinə çatdıqdan sonra qəsdən başını qaldırıb və ikinci dəfə rüku ölçüsündə əyilsə, namazı batildir.

Məsələ 1027:
Rükunun zikri qurtardıqdan sonra gərək qalxıb düz dursun və vacib ehtiyata görə bədəni sakit olandan sonra səcdəyə getsin. Əgər qəsdən durmamışdan əvvəl səcdəyə getsə, namazı batildir. Həmçinin vacib ehtiyata görə bədəni sakit olmamışdan əvvəl səcdəyə getsə, hökm eynidir.

Məsələ 1028:
Əgər rükunu unutsa və səcdəyə çatmamışdan əvvəl yadına düşsə, gərək ayaq üstə dursun, sonra rükuya getsin, əyilmiş halda rükuya qayıtmaq kifayət etmir.

Məsələ 1029: Əgər alnı yerə çatandan sonra rüku etmədiyi yadına düşərsə qayıdaraq, qiyamdan sonra rükunu əmələ gətirməsi lazımdır. İkinci səcdədə yadına düşsə, namazı lazım ehtiyata əsasən batildir.

Məsələ 1030: Müstəhəbbdir ki, rükuya getməmişdən ayaq üstə olduğu halda təkbir deyəsən, rükuda dizləri geri verib kürəyi şax saxlayasan, boynunu çəkib arxa ilə bərabər edəsən, iki qədəmin arasına baxasan və zikrdən əvvəl və ya sonra salavat çəkib rükudan qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt «Səmi`əllahu limən həmidəh» – deyəsən.

Məsələ 1031: Müstəhəbbdir ki, qadın rükuda əllərini dizlərindən yuxarı qoysun və dizlərini geriyə verməsin.

 Rüku


Geri dön

LE_MAN

  • 28 iyul 2011 19:43
  • Məqalə: 202
  • Şərh: 360
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

nilayka

  • 28 iyul 2011 19:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Allah razi olsun bacis senden maraqla oxudum twkler

--------------------

R.M_FaNaTka

  • 28 iyul 2011 19:24
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

FERID_HESENLI

  • 28 iyul 2011 19:01
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
COX GOZEL BIR XBERE GORE TESEKUR EDREM GOZEL BIR XEBERDI

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}