Savab nədir?

 
Savab nədir?

Savab nədir?

Savab nədir?

Bismillahir rəhmanir rəhim.

Bu sözün kökü olan “savb” kəlməsi lüğəvi olaraq “bir şeyin əvvəlki halına geri dönməsi” mənasına gəlir. Məsələn, bir kəsin evinə geri qayıtmasına “o əvvəlki vəziyyətinə geri qayıtdı” deyilir.

“Səvb” də belə vəziyyətləri ifadə etmək üçün işlədilir. “Səvb” eyni zamanda bükülmüş yun və pambıq ipliyinə də deyilir ki, burada da paltar nəzərdə tutulur.

“Qarşılıq” mənasında savab: “Savab” islam qaynaqlarında görülən əməllərin nəticəsində hasil olan şey olaraq başa düşülür.
Edilən şeyin nəticəsinə “savab” deyilir. Bir əməl üçün təqdir edilən savab yəni əməllərin qarşılığıdır.

Belə ki, Quranda: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” buyurulur.

Cəza daha çox istər müsbət, istərsə də mənfi mənada “qarşılıq” deməkdir. Savab isə edilən bir işin nəticəsidir.
“Savab” kəlməsi xeyir və şər olan bütün əməllər üçün istifadə edilməsinə baxmayaraq, daha çox gözəl əməllər haqqında işlədilir.
Qurani-Kərimdə deyilir:
“Bu Allah qatından bir savabdır (qarşılıqdır). Ən yaxşı mükafat Allah yanındadır!” (Ali-İmran, 195).

Digər tərəfdən, inanmayanlara veriləcək cəza “savab” kökündən törəyən “məsubət” ilə ifadə edilir.
Çünki cəza da savab kimi hər hansı bir əməlin qarşılığıdır. Məsubətin Allah qatındakı və möminlərə veriləcək mükafat mənasında da istifadə edildiyi hallar vardır.

“Savab” xeyir əməllərə qarşı rəbbimizin verməsini ümid etdiyimiz nəticədir. Möminlər İslamın özlərinə əmr etdiyi şeyləri yerinə yetirdikləri zaman bunun “savabını” alacaqlarını bilirlər.
“Savab” fərzləri və vacibləri yerinə yetirmənin qarşılığı olduğu kimi, möminlərin bütün nafilə ibadətin və hər cür xeyirli əməlin də qarşılığıdır.

“Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı iş görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (əl-Bəqərə, 81-82).

Bu və digər ayələrdə yaxşı və pis kimi səciyyələndirilən əməllərin qarşılığının mütləq veriləcəyi bildirilir. Bununla yanaşı, bu qarşılıqlar da müvəqqəti bir zaman kəsiyi üçün deyil, mütəmadi davam edəcəkdir. Şübhəsiz ki, ayədəki insanı tam əhatə edən və sahibini əbədi olaraq cəhənnəmə aparan əməl inkarçılıqdır.
Onsuz da İslama inanmayan insan saleh əməl işləyə bilməz. İnsanın axirətdəki vəziyyəti savabının azlığı və ya çoxluğu ilə məlum olacaqdır.
Savabları çox olanlar cənnətə, günahları çox olanlar isə cəhənnəmə gedəcəkdir. Quran bunu “çəkisi ağır və çəkisi yüngül olanlar” kimi səciyyələndirir.

Rəbbimiz savabın ucasını özündə saxladığını xəbər verərək insanları iman etməyə və ondan qorxmağa (təqvaya) dəvət edir.

Allah dünya savabının (mükafatının) da axirət savabının da öz nəzdində olduğunu, ondan istədiyi insana istədiyi qədər verə biləcəyini də bildirir.
Allahın insana verdiyi mallar və övladlar dünya həyatının bəzəyidir. Ancaq davamlı qalacaq gözəl əməllərin Allahın yanında savabı (qarşılığı) isə xeyir baxımından daha əhəmiyyətlidir.
İnsanlar mal və nəsil baxmından zəngin olmağı daha xeyirli hesab edə bilərlər. Ancaq əməllərin Allah qatında gözəl bir savaba qovuşması savab qazana biləcək əməllərinin çox olması insan üçün daha xeyirlidir.

Qurani-Kərimin bir ayəsində bu barədə buyurulur:

“Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!” (Məryəm 76)

Xalq arasında hər cür xeyirli iş, saleh əməl və ya Allahın razı olacağı bütün davranışlar “savab” adlandırılır.
Bu, İslamın insanları dəvət etdiyi “xeyir”dir.
İslam insanları mütəmadi olaraq bu cür xeyirli və savab iş görməyə dəvət edir. Möminlər daha çox savab qazanmaq üçün insanlarla gözəl rəftar edir, yaxşılıq edir, yardım göstərir, xeyirli işləri görməyə can atırlar.
Onlar bilirlər ki, Allahın razılığını qazanmaq üçün görülən bütün xeyir əməllər möminə savab qazandırır.
Ununmamalıyıq ki, savab ancaq sağ ikən qazanılır. Yalnız sədəqeyi-cariyə (sahibinə mütəmadi olaraq savab qazandıran yaxşı əməl) savabı isə ölümdən sonra da davam edir.

Savab nədir?


Geri dön

music_angel

  • 28 iyul 2011 20:32
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
tesekkur edirem

--------------------

KUCUK_SIRLAR 1

  • 28 iyul 2011 20:10
  • Məqalə: 2
  • Şərh: 107
  • Bal:
{awards}
XEBERE GORE TEWEKKUR

--------------------
♥ ♥
♥ ♥ ♥

R.M_FaNaTka

  • 28 iyul 2011 20:10
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 24
Cəmi: 43

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}