Təşəhhüd

 
Təşəhhüd

Təşəhhüd

Təşəhhüd

Bismillahir rəhmanir rəhim.

Təşəhhüd namazda vacib əməllərdəndir. Hər iki rəkətdən sonra (məğrib namazında üçüncü rəkətdən sonra) oturub təşəhhüd demək lazımdır. Təşəhhüd zamanı Allahın təkliyinə, Peyğəmbərin (s) risalətinə şəhadət verilir və salavat çəkilir.

Təşəhhüd halında dizlər üstə oturulmalı, sağ ayağın üstü sol ayağın içinə yapışmalıdır. Ağırlığın sol tərəfə salınması daha yaxşıdır.

Qur’an terminologiyasında sağ haqq, sol isə batil simvoludur. Əmirəl-mö’minin (ə) “nə üçün sağ ayaq sol ayağın üzərinə qoyulmalıdır” sualını cavablandırarkən bu əmələ belə izah verir: “İlahi, batili məhv et, haqqı dirçəlt.” (bax: “Vəsail”, 4-ci cild, səh.988; “Bihar”, 82-ci cild, səh.283)

Təşəhhüd namazın əvvəlində azan və iqamədə deyilən şüar və şəhadəti təkrarlamaqdır. Bu əvvəldə qeyd etdiyimiz doğru yol xəttini yada salmaq üçündür. (İmam Rizadan (ə) nəql olunmuş bir hədisin məzmunu, “Bihar”, 82-ci cild, səh.284)

Təşəhhüddə Allahın təkliyinə şəhadət Peyğəmbərin (s) risalətinə şəhadətlə yanaşıdır. Bu tövhid və bəndəliklə nübüvvət və rəhbərliyin bir-birinə bağlı olmasını göstərir.

Həmd surəsində cəm şəkildə bəndəlik nümayiş olunur və kömək dilənir. Təşəhhüddə isə tək halda şəhadət verilir. Sanki hər kəs öz dərin e’tiqad və agahlığı ilə şəhadət verib Allah və Onun rəsulu (s) ilə bey’ətini təzələməlidir.

Həzrət Məhəmmədin (s) bəndəlik və risalətinə şəhadətdə onun uca məqamı gizlənmişdir. Çünki Allah onun risalətinə şəhadəti tövhidlə yanaşı qərar vermişdir. Eyni zamanda bu şəhadət namaz qılanın ilahi rəhbərlik xətti ilə bağlılığını çatdırır və qədirdanlığı ifadə edir.
Bu şəhadət vasitəsi ilə həm də bəndəliyin peyğəmbərlikdən (öncə “əbduhu”, sonra “rəsuluhu”) müqəddəm olduğu önə çəkilir. Peyğəmbərin (s) bəndəliyi onun risalət rəmzidir. Çünki o həqiqi Allah bəndəsi olub peyğəmbərlik məqamına seçilmişdir.

Təşəhhüdün digər bir cümləsi salavatdır. Peyğəmbər (s) və onun ailəsinə salam göndərmək İslamın, xüsusi ilə də şiəliyin şüarıdır.
Salavatsız namaz naqisdir. Amma sünnə əhli təşəhhüddə bu cümləni oxumur.

Bununla belə sünni rəhbərlərindən olan imam Şafeyi bir şe’rdə belə deyir: “Ey Peyğəmbər (s) ailəsi! Sizə məhəbbət bizə vacibdir. Allah bunu Qur’anda nazil etmişdir. Sizə salavatsız namazın namaz olmaması böyük əzəmət sahibi olmağınızın sübutu üçün yetər.” (“Əl-Ğədir”, 2-ci cild, səh.303) Peyğəmbər (s) və onun ailəsinə göndərilən salavat haqqında sünnə əhlinin təfsir, fiqh və hədis kitablarında çoxsaylı hədislər nəql olunmuşdur.
“Səhihi-Buxari”də nəql olunur ki, Peyğəmbərdən (s) soruşuldu:
“Biz hansı şəkildə salavat göndərək?” Həzrət (s) buyurdu: “Deyin ki, “Əllahummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd.” (“Səhihi Buxari”, 8-ci cild, Məhəmmədə salam babı)

Təəssüf ki, bu hədisi nəql edərkən “ali-Muhəmməd” kəlməsini yazmamışdır!

Digər hədislərdə də “ali-Muhəmməd” kəlməsi peyğəmbərin adı ilə yanaşı gəlmişdir. (“Təfsiri Fəxr Razi”, 25-ci cild, səh.227; “Kənzul-ummal”, 1-ci cild, səh.495)

Hədislərdə Həzrət Məhəmmədə (s) salavat göndərən zaman onun Əhli-beytini (ə) yaddan çıxaranlar pislənilmişdir. (bax: “Vəsail”, 4-ci cild, səh.1219; “Bihar”, 91-ci cild, səh.48)

Peyğəmbərin (s) Əhli-beytinə (ə) salam göndərənlər alqışlanmış və onların Peyğəmbərə (s) yaxınlaşıb, şəfaət mükafatına çatacaqları bəyan olunmuşdur. (bax: “Vəsail”, 4-ci cild, səh.1221)

Rəvayətdə deyilir: İmam Baqir (ə) Kə’bəyə sarılıb yalnız Peyğəmbərə (s) salavat göndərən (Əhli-beyti yaddan çıxaran) şəxsə buyurur: Bu, bizə zülmdür. (“Vəsail”, 4-ci cild, səh.1218) Başqa bir rəvayətdə belə bir salavatın naqis olduğu bəyan olunur. (bax: “Vəsail”, 4-ci cild, səh.1222)

Hər halda salavat zamanı Peyğəmbər (s) ailəsini yad etmək qədirdanlıqdır və həzrətin (s) öz tövsiyəsinə əməldir. (bax: “Kənzul-ummal”, 1-ci cild, səh.488 və 489; “Bihar”, 91-ci cild)

Hədislərə əsasən Həzrət Məhəmməd (s) və onun ailəsinə salavat qiyamət yolunu işıqlandıran nura çevrilir. Bizim salamlarımız Peyğəmbərə çatır və o cavab verir. Salavat günahların kəffarəsi və paklanma səbəbidir. (bax: “Cameyi-kəbirə” ziyarəti; “Kənzul-ummal”, 1-ci cild, səh.492)

Başqa bir hədisdə deyilir:
“Birlikdə və uca səslə salavat göndərin ki, aranızdakı riya məhv olsun.” (bax: “Qisarul-cuməl”)

Allahın rəsulu (s) buyurub: “Mənə salavat göndərmək duaların qəbul olması, Allahın razılığı, paklıq və əməllərin inkişaf səbəbidir.” (“Bihar”, 91-ci cild, səh.64 və 65)

Rəvayətdə göstərilir ki, hər kəs Peyğəmbərə (s) salavat göndərsə, Allah və məlaikələr ona salavat göndərər. Bu şəxs qiyamət günü peyğəmbərə (s) ən yaxın şəxslərdən olar. (bax: “Bihar”, 91-ci cild, səh.64 və 65)

Namazın təşəhhüdündə salavatın çəkilməsi onun əhəmiyyətini göstərir. Salavatın bir belə mükafatı olduğunu bildik. İndi isə biz də bu mükafata çatmaq üçün təkrar edirik:

Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd.

Təşəhhüd


Geri dön

no_name

  • 1 avqust 2011 11:11
  • Məqalə: 30
  • Şərh: 497
  • Bal:
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

Jasmin45

  • 29 iyul 2011 13:12
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
{awards}
ALLAH razı olsun..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

RaminYek

  • 28 iyul 2011 22:12
  • Məqalə: 44
  • Şərh: 568
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

KUCUK_SIRLAR 1

  • 28 iyul 2011 22:11
  • Məqalə: 2
  • Şərh: 107
  • Bal:
{awards}
TESEKKUR

--------------------
♥ ♥
♥ ♥ ♥

OK

  • 28 iyul 2011 21:34
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}

--------------------

R.M_FaNaTka

  • 28 iyul 2011 20:55
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

music_angel

  • 28 iyul 2011 20:55
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 51
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 157
 
ραყιȥ
Xəbərləri: 59
Cəmi: 139
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 35
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 245
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 8
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}