“Ramazan ayı”

 
“Ramazan ayı”

“Ramazan ayı”

O bir yağışmı islada
yaxasını açanları?
O bir küləkmi aşıra
sahil boyu qaçanları?

O, qapını döyüb-durur,
yoxsa baxıb ötüb-keçir?
Biz seçirik o günləri,
o günlərmi bizi seçir?


Yox, əziz dost! Yatanlara
bu günlərin faydası yox,
Yerə enən mələklərin
zorla sevmək qaydası yox!
Baxmayana baxmayası,
yan keçəndən yan keçəsi,
Sevənləri sevindirər
Ramazanın hər gecəsi!

Bu bir gəmi – yerdən göyə
otuz günlük səfəri var,
Keçmişindən qurtulası
bu gəmiyə sığınanlar.
On bir ayın xəritəsi
bu gəmidə cızılası,
Talelərə xeyir-zərər
bu səfərdə yazılası.

O, tufandan, şimşəklərdən
təbəssümlə keçən gəmi,
Göyərtəsi götürəsi
bir mahalı, bir ölkəni.
O bizləri seçən deyil,
min təlaşla seçiləndi,
Ayələrin endiyi yol
ayələrlə keçiləndi.

Gəda deyil yatanların
qapısını döyəcləyə,
Olubmu ki, əlidolu
əliboşa oyan deyə?!
Nəyin ola axır gündə
özgələrə qalasıdı,
Bircə bu nur gecələrdə
saydıqların sayasıdı.

Bilən varmı dünyasından
həftə qalıb, saat qalıb?
Bu bir uğur – nur gəmisi
qapımızdan yolun salıb.
Qalx ayağa, tax belinə
iman, təqva kəmərini,
Yatmayasan mələklərlə
ərşə doğru səfərini!

“Ramazan ayı”


Geri dön

_DreaM_

  • 1 avqust 2011 11:03
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
RAMAZAN BAYRAMİNİZ MUBAREK OLSUN...

--------------------

FERID_HESENLI

  • 30 iyul 2011 14:27
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
cox gozel sozderi var allah oruc tutanlara sebr ve irade versin amin xos gl;in ramazan ayi

music_angel

  • 29 iyul 2011 21:04
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler

--------------------

R.M_FaNaTka

  • 29 iyul 2011 18:52
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

lema

  • 29 iyul 2011 13:31
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
uzun weir oxumagi qeti sevmirem amma bu weiri sonunacan oxudum.Allah razi olsun sizden...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

ZEHRA

  • 29 iyul 2011 13:25
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Allah razı olsun. Axıra qədər oxudum, çox gözəl şeirdir.

MuslimGirl

  • 29 iyul 2011 12:57
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah razı olsun. Axıra qədər oxudum, çox gözəl şeirdir. Ahəngdar yazılıb

By DOĞRU

  • 29 iyul 2011 12:45
  • Məqalə: 22
  • Şərh: 122
  • Bal:
{awards}
TEŞEKKÜRLƏR.
DOĞURDANDA BU AY ELE BİR AYDİR Kİ, ADINI BELƏ ÇƏKƏNDƏ İNSANIN İÇİNDƏ NƏ İSƏ GÖZƏL BİR DUYĞULANMA OLUR. EVLƏR RUZİ VƏ BƏRƏKƏTLƏ DOLUR.
EY LEGEND.AZ-LILAR RAMAZAN AYINIZ MÜBARƏK!

--------------------
‎"Şeytana niye kızıyorsun ? Bir iyilik yap da o sana kızsın."

Sirli Melek

  • 29 iyul 2011 12:32
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Qalx ayağa, tax belinə
iman, təqva kəmərini,
Yatmayasan mələklərlə
ərşə doğru səfərini!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Jasmin45

  • 29 iyul 2011 12:23
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Bilən varmı dünyasından
həftə qalıb, saat qalıb?
Bu bir uğur – nur gəmisi
qapımızdan yolun salıb.
Qalx ayağa, tax belinə
iman, təqva kəmərini,
Yatmayasan mələklərlə
ərşə doğru səfərini!..


ALLAh razı olsun...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

DEAD ANGEL

  • 29 iyul 2011 12:01
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
ilk sehr menden

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}