Həyat yoldaşına ehtiram barədə hədislər

 
Həyat yoldaşına ehtiram barədə hədislər

Həzrət Əmirəl-möminin (ə) buyurur:
“Həyat yoldaşınla həmişə sülh içində ol və onunla yaxşı rəftar et ki, həyatın səfa içində olsun”.

Həzrət Peyğəmbər (s) buyurur:
“Mənim ümmətimin ən yaxşı insanı odur ki, ailəsinə qarşı kobud və təkəbbürlü
olmasın. Onlara rəhim və nəvaziş edin. Onlara əziyyət verməyin”.

Rəsuli-Əkrəm (s) başqa bir yerdə buyurur:
“O kəs ki, arvadına sillə vurar, Allah cəhənnəmin
od yandıranlarına əmr edər ki, cəhənnəm atəşində onun üzünə yetmiş sillə vursunlar”.

Həzrət Peyğəmbər (s) buyurur:
“Qadının əri üzərindəki haqqı odur ki, onu gəzdirsin, onu geyindirsin və arvadına namazı,
orucu öyrətsin və əgər arvadının malında zəkat vardırsa, ona zəkatı da öyrətsin.
Qadın da bu məsələdə onunla müxalifətlik etməsin”.

Peyğəmbər-Əkrəm (s) buyurur:
“O kəs ki, bazara gedər və ailəsi üçün hədiyyə alar və onlara aparar, (savabı) o kəs kimidir ki,
yoxsullara sədəqə aparar. (O zaman ki, hədiyyəni evə aparar) oğlanlardan əvvəl qızlara versin.
Çünki o kəs ki, qızını sevindirər, sanki İsmayıl övladlarından bir qulu azad etmişdir.
O kəs ki, oğlunu sevindirər (hədiyyə verərək), sanki Allah qorxusundan ağlamışdır.
O kəs ki, Allah qorxusundan ağlayar, Allah onu behişt nemətlərinə daxil edər”.

İmam Səccad (ə) buyurur:
“Mənim üçün, bazara gedib, ətə ehtiyacı olan ailəmə bir dirhəmlik ət almaq qul azad etməkdən daha sevimlidir”.

İmam Sadiq (ə) buyurur:
“O zaman ki, sizlərdən biri səfərə gedər və sonra səfərdən
gələr, ailəsi üçün imkanı çatan qədər hədiyyə gətirməlidir”.

İmam Baqir (ə) buyurur:
“Kişilər həyat yoldaşlarını zinət içində və bəzənmiş halda görməyi
xoşladıqları kimi, qadınlar da kişilərini bəzənmiş halda görməyi xoşlayırlar”.

Hədisi nəql edən yazır ki, İmam Sadiqə (ə) sual verdim ki,
qadının əri üzərindəki haqqı nədir?

Həzrət buyurdu:
“Bütün insanların yediyi meyvələri ailəsinə də yedizdirməlidir.
Bayram günlərində yeyəcəkləri artırmalıdır.
Həmin günü onlara elə şeylər verməlidir ki, başqa günlərdə vermir”.

İmam Sadiq (ə) buyurur:
“Arvadlarınıza töhmət vurmayın. Çünki bu işdə (sizin üçün) uzun peşmanlıq və ağıq cəza vardır”.

Peyğəmbər (s) buyurur:
“Kişinin mərdliyindən deyildir ki, ailəsi olan şəhərdə olsun, ancaq öz evindən başqa yerdə yatsın”.

İmam Sadiq (ə) buyurur:
“O zaman ki, kişi ailəsinə gələr, salam versin. Gələn zaman ayaqqabısının
səsi ilə və öskürərək, ailəsini gəlməyindən xəbərdar etsin ki, xoşuna gəlməyən şey görməsin”.

Peyğəmbər (s) buyurur:
“Kişinin ailəsinin yanında əyləşməsi, mənim məscidmdə etikafda əyləşməsindən daha sevimlidir”.

Peyğəmbər (s) buyurur:
“Kişi arvadının ağzına qoyduğu hər tikəyə görə savab qazanar”.

Peyğəmbər (s) həyat yoldaşlarından birinə qadının əri üzərindəki haqqı haqda demişdir:
“Sənin ərin üzərindəki haqqın odur ki, özü yediyindən sənə də versin.
Özü geyindiyindən səni də geyindirsin, sənə sillə vurmasın və sənə qışqırmasın”.


Geri dön

FERID_HESENLI

  • 30 iyul 2011 14:24
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
gozel sozderi var ama ne yazixki men evlenmiyecemki mende lzim olsun

music_angel

  • 29 iyul 2011 21:03
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler

--------------------

R.M_FaNaTka

  • 29 iyul 2011 18:51
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

.angela

  • 29 iyul 2011 12:48
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk...........

DEAD ANGEL

  • 29 iyul 2011 12:33
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
ilk sehr menden

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

samir_252

  • 29 iyul 2011 12:33
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
ILK SERH MEDEN

Sirli Melek

  • 29 iyul 2011 12:33
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Rəsuli-Əkrəm (s) başqa bir yerdə buyurur:
“O kəs ki, arvadına sillə vurar, Allah cəhənnəmin
od yandıranlarına əmr edər ki, cəhənnəm atəşində onun üzünə yetmiş sillə vursunlar”.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}