Ramazan ayı ilə ixlaslı niyyətlərə doğru

 
Ramazan ayı ilə ixlaslı niyyətlərə doğru

«İnsanları hidayət etmək, aydın yolu göstərmək və haqqı batildən ayırmaq üçün
Quranın nazil olduğu (bu həmin) Ramazan ayıdır". ("Bəqərə",185)

Mübarək Şəban ayının son günlərini yola salmaqdayıq. İlahi ziyafətə daxil olmaq ərəfəsindəyik. Bu ayda hər bir müsəlman Allahın vacibatı olan orucu yerinə yetirməyə hazırlaşır. Ramazan ayı elə bir aydır ki, öz rəhməti və bərəkəti ilə insanların üzərinə gəlir. İnsanların bu rəhmət və bərəkətdən faydalanması isə onların fərasətindən asılıdır.

ELƏ BİR RAMAZAN AYI YAŞAYAQ Kİ, SONRA TƏƏSÜFLƏNMƏYƏK

Mübarək aydan danışdıqda, onda olan dəyərlərə ilk olaraq diqqət etmək lazımdır. Əxlaq ustadları buyururlar ki, biz Allah Təaladan keçmiş Ramazan aylarımıza görə üzr istəməliyik. İndiyə qədər neçə dəfə mübarək Ramazan ayında olmaq imkanımız olub və onlardan layiqincə bəhrələnməmişik. Əslində diqqət buna çəkilir ki, Allah etməsin ki, builki Ramazan ayını da o cür keçirdərik ki, axırda üzr istəməkdən başqa əlimizdə bir şey olmaz. Ona görə də, hələ Ramazan ayına bir neçə gün qalmışdan bu İlahi qonaqlıq üçün hazırlaşmalı, mənəvi durumumuzu bu aya uyğun tərzdə kökləməliyik.

ALLAH TƏALA BU AYDA HEÇ BİR BƏHANƏYƏ YER QOYMAYIB

Ramazan ayının gündəlik həyatımıza birbaşa aidiyyəti olan çox mühüm dəyərləri var. Elə bir mübarək aya daxil oluruq ki, nəfəsimiz də ibadətə yazılır. Bu ayda hər nə istəsək, bizə əta olunar. Bu ayda şeytan (lən) yoxdur ki, deyək, bəhanə var və o bizi yoldan çıxardı. Bu ayda şeytanın (lən) də əl-ayağı bağlıdır. Əgər mübarək Ramazan ayının içərisində olan imkanlardan – sübhlərindən, günlərindən, gecələrindən bəhrələnməsək, artıq bunu şeytanın (lən) çaşdırmasına bağlaya bilmərik. Başqa vaxtlarda insan namazları ilə bağlı bəhanələr edə bilər. Amma bu ayda Allah Təala bəhanə üçün heç bir əsas qoymayıb. Əksinə, bu ayda insanın bəndə olması üçün bütün imkanlar var.

Ramazan ayı ilə ixlaslı niyyətlərə doğru

YATAQDA YATANA DA BU AYIN SAVABINDAN PAY VAR

Mübarək Ramazan ayı nəinki insanın günah etməsi üçün imkan yaradır, əksinə, onun günahlarını yandıran aydır. Elə buna görə də Ramazan ayının mənası “Günah yandıran ay”dır. Bu ayda insan bütün günahlarından qurtula, onlardan təmizlənə bilər. Bu ayda günahlarını yandıra bilməyən, özünü təmizləyə bilməyən insan gərək yalnız özünü qınasın. Çünki, bu ayda hər cür imkan və fürsət var. Əziz Peyğəmbərimiz (ə) bu imkan və fürsətləri bir incə buyuruşunda çatdırır. İslam Peyğəmbəri (s) buyurur: “Oruc tutan öz yatağında yatsa belə, müsəlmanın qeybətini etməyincə Allaha ibadət halındadır”. Sanki, bu ayda insan mənfi işlər görməsə, sadəcə vacibatlarını yerinə yetirsə, Allah onun yatmasını da ibadətdən sayır. Oruclu insanın bu kimi gözəl imkanı var.

QEYBƏTDƏN QURTULMAQ ÜÇÜN GÖZƏL FÜRSƏT

Yuxarıda göstərilən hədisdə Peyğəmbərimiz (s) bizlərə bir mübarək mesaj da verir. Rəsuli-Əkrəm (ə) çatdırır ki, oruc yalnız ac qalmaq, susuz qalmaq və s. deyil. Oruc həm də dilin orucudur. Oruc tutan şəxs gərək bu ayda dilini qeybətdən qorusun. Belə olan halda onun orucu oruc sayılar və hətta yatması da ibadət olar. Amma, qeybətdən çəkinmək - orucun oruc olması üçün əsas şərt olaraq göstərilir. Qeybət – insanın nəinki orucunu, bütün əməllərini zay edir. İslam Peyğəmbəri (s) buyurur: “Merac gecəsi öz üzlərini dırnaqları ilə cıran bir dəstə camaat gördüm. Soruşdum: “Ey Cəbrail, bunlar kimlərdir?”. Dedi: “Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir”. Qeybət edən şəxslərin Axirətdə aqibəti belə olar. Allah etməsin ki, insan öz mənəvi ab-havasını qeybətlə aradan aparsın.

Allah Peyğəmbəri (s) Əbuzərə buyurur: “Ey Əbuzər, qeybət etməkdən çəkin. Çünki, qeybət zinadan daha pisdir”. Əbuzər deyir: “Ərz etdim ki, Ey Allahın Peyğəmbəri, qeybət nədir?”. Buyurdur: “Qeybət budur ki, qardaşın barədə onun xoşlamadığı bir söz deyəsən”. Ərz etdim: “Ey Allahın Peyğəmbəri, özünün yanında onun haqda danışmaq necə?”. Buyurdu: “Onda olan şeydən danışarsansa, qeybətini etmisən, onda olmayan şeydən danışarsansa, ona böhtan atarsan”. Peyğəmbərimiz (s) bizə qeybətin şiddətli günah olduğunu çatdırır. Bu günahdan, bu kimi pis vərdişlərdən qurtulmaq üçün isə Ramazan ayı ən gözəl fürsətlər yaradır.

Ramazan ayı ilə ixlaslı niyyətlərə doğru

RAMAZAN AYINI DUALARLA ZİNƏTLƏNDİRİN

Qarşıdan gəlməkdə olan mübarək Ramazan ayı insanın dünya nemətlərindən bir qədər çəkinməsi və özünün mənəvi durumunu axirətə hazırlamaq üçün böyük fürsətlər yaradır. Bu ayda dualara xüsusi diqqət ayırmaq ayıdır. Bu baxımdan İmam Səccada (ə) aid olan “Səhifeyi-Səccadiyyə”də yer almış “Məkarimul-Əxlaq” duası da çox mühümdür. Ötən bəhslərimizdə həmin duada bir sıra mətləblərə toxunmuşuq. Duanın mühüm məqamlarından biri yəqin ilə bağlıdır. İmam duanın bir hissəsinə çatanda Allahdan ən kamil yəqin istəyir.

Yəqin bəhsinə bir neçə tərəfdən işıq salmaq olar. Birincisi budur ki, yəqin insan üçün ən böyük sərmayədir. Allah Rəsulunun (s) bu haqda incə bir buyuruşu var. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın qəlbində yığılan ən üstün xəzinə - yəqin bə mütməinlikdir”. Buradan aydın olur ki, insan qəlbində müxtəlif xəzinələr, müxtəlif sərmayələr, onun həyatını üzərində qura biləcəyi nemətlər yığılır. Ümmətini hər şeydən çox sevən əziz Peyğəmbər (s) insanlığa çatdırır ki, o nemətlərin ən üstün və dəyərliləri – yəqin və mütməinlikdir. İnsanı kamala çatdıra bilən – yəqindir. Çünki, əgər yəqin varsa, bütün hər şey var, o yoxdursa, insanın həyatında da heç bir məna qalmır.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:34
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

FERID_HESENLI

  • 30 iyul 2011 14:02
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
COX GOZEL XEBRDI HAMNI OXUDUM ALAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN AMIN HE BIRDE USRELERDEN XAHISM BUDURKI SABLON SOZDCERDEN AZ ISDFADE EDIN GIRSINIZ XEBRE HEC OZXUMDAN TESEKUR DEYIB CIXRSINIZ NEDE NDI BAL GELSIN ELE ETMEYINKI BURDADA BALI BAGLAYAXDA

aga482

  • 29 iyul 2011 20:33
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
TESEKKUR.....................

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

music_angel

  • 29 iyul 2011 20:06
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun...butun oruc tutanlanrin orucu qebul olsun

--------------------

R.M_FaNaTka

  • 29 iyul 2011 18:39
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ay Üzlü

  • 29 iyul 2011 16:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler bu gozel ayi sebirsizlikle gozleyirem.Addim-adim geldik az qaldi her kesin layiqinca tutmasini dileyirem

KaRola_16

  • 29 iyul 2011 15:35
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}

YATAQDA YATANA DA BU AYIN SAVABINDAN PAY VAR... ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN...

--------------------

no_name

  • 29 iyul 2011 14:51
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
teşşekurler gozel xebere gore

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

.angela

  • 29 iyul 2011 14:49
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk...........

twk...........

Sirli Melek

  • 29 iyul 2011 14:23
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
«İnsanları hidayət etmək, aydın yolu göstərmək və haqqı batildən ayırmaq üçün
Quranın nazil olduğu (bu həmin) Ramazan ayıdır". ("Bəqərə",185)
TANRI ORUC VƏ NAMAZI QƏBUL ETSİN.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}