Allahın böyük bərəkət və sirri

 
Allahın böyük bərəkət və sirri

Yəqinlə bağlı İmam Sadiq (ə) Cabirə buyurur: “Ey Cabir, yəqin imandan daha üstündür və yəqindən daha qiymətli heç nə yoxdur”. Bu bəhsdən aydın olur ki, insanın qəlbində olan yəqin, onun imanından öndə gedir. Yəqin - ən qiymətli məsələdir. Yəqinin üstünlüyünün də səbəbi, elə onun bir çox əməllərin önündə getməsidir. Əgər yəqin varsa, eşq var, məhəbbət var və bunların nəticəsində əməllər var.

Yəqin - Allahın insana verdiyi ən böyük sərvətdir. Məsumlardan (ə) bu barədə buyurlur: “Əgər Allah Təala bir bəndəsinə xeyir, bərəkət, rəhmət vermək istəyərsə, dində onu alim edər və onun qəlbinə yəqin ilham edər”. İnsan bütün həyatını Allahın xeyrini, bərəkətini və rəhmətini qazanmaq yolunda sərf etməlidir. İnsanın həyatını səadətə qovuşduran bu amillərdir. Bunlarla paralel olaraq, mübarək hədisdə dində alim olmaq və yəqini göstərir. Yəni, yəqin - Allahın ən yüksən neməti, bərəkəti və rəhmətidir. Əgər xeyir meyarı ilə ölçsək, görürük ki, Allah Təala tərəfindən insana iki şey əta olunar – dində məlumatlılıq və yəqin. Həqiqətən, bu ikisi olduqda, insan üçün çox şey həllini tapır.

Allahın böyük bərəkət və sirri

YƏQiN İMANDAN YUXARI HƏDDƏDİR

İmanla yəqinin müqayisəsinə nəzər saldıqda yəqinin daha yuxarıda olduğu aydın şəkildə görünür. İbrahim peyğəmbər (ə) buyurur: “Ey Rəbbim, mənə ölülələri necə dirilməyini öyrət!”. Allah Təala tərəfindən ondan soruşulur: “Buna imanın yoxdurmu?”. İbrahim (ə) cavab verir: “Var. Lakin, istəyirəm qəlbim tam yəqin halına çatmış olsun”. Buradan bir çox məsələlər aydın olur. Həzrət İbrahimin (ə) imanı var idi ki, Allah Təala ölüləri dirildəcək. Allah Təaladan bunu soruşanda onun imanı var idi və Allah Təalaya da müraciətində imanının olmasını bir daha iqrar edir. Lakin, onun istədiyi imandan da daha yüksək olan bir məsələdir. Aydın olur ki, imanda olmaq, hələ yəqinə çatmaq deyil. Peyğəmbər (ə) də burada Allahdan imandan yuxarıda dayanan yəqini istəyir.

ƏN ALİ NİYYƏTLƏR DİLƏMƏK AYI

Çox maraqlıdır ki, İmam Səccad (ə) da öz duasında yəqini imandan qabaq istəmir. Allahdan ilk öncə ən kamil iman istəyir və bundan sonra ən kamil yəqini diləyir. Bunun ardınca isə, İmam (ə) Rəbbindən ən gözəl niyyətlər istəyir. Duada qeyd edilən xüsusi məqamlardan biri də elə niyyətlə bağlıdır. Əziz İmamımız (ə) duada ilk olaraq Həzrət Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) salam göndərir. Daha sonra Allah Təaladan ən yüksək iman, sonra isə ən yüksək yəqin istəyir. Bunun ardıyca duada Rəbbimizdən ən ali niyyət istənilir. Buyurulur: “İlahi, bizlərə ən uca, ən ali niyyətləri nəsib et!”.

NİYYƏT İNSANI FƏRQLƏNDİRİR

Lüğəti mənasına nəzər saldıqda görürük ki, niyyət sözünün mənası - insanın hər hansı bir məsələdə qərara gəlməsi, müəyyən bir məsələdə qəsdinin olmasıdır. Buna uyğun olaraq, insan öz işini qurur. Bir neçə cəhətdən niyyətin əhəmiyyəti mövcuddur. Heyvanla insanın əsas fərqi odur ki, insan əməllərini niyyət əsasında edir. İnsanın niyyətdən kənar əməlləri, keyfiyyəti və mənəvi bəhrəsinə görə heç də heyvani əməllərdən fərqlənmir. İnsanın əməlinin savabı o zaman olur ki, niyyəti düzgün və gözəl olsun. Əslində, İslami mətnlərə nəzər saldıqda görürük ki, niyyət o dərəcdə yüksəkdə dayanır ki, Peyğəmbəri-Əkrəm (s) bəzi hallarda niyyətə insanın əməli ilə eyni dərəcədə savabın verilməsinə də toxunur.

Allahın böyük bərəkət və sirri

İXLASLI NİYYƏTİN ƏMƏL QƏDƏR ƏCRİ VAR

Cabir ibni Abdullah Ənsari (r.ə) Peyğəmbərdən bu mövzuda çox nəcib bir hədis buyurur. Hədisdə buyurulur: “İki kişi əcrdə bərabərdirlər. Onlardan biri o müsəlmandır ki, malı-sərvəti ola, Allah yolunda onu əta edə və bununla da Allah qarşısında öz itaətini yerinə yetirmiş olar. Eyni dərəcədə savab aparır o insan ki, onun imkanı yoxdur, amma Allah Təalaya əllərini uzadaraq buyurur: “İlahi, əgər mənim də imkanım olsaydı, mən də din qardaşımın etdiyini etmiş olardım və bununla da Sənin dərgahına yaxınlaşmış olardım”. Burada Peyğəmbərimiz (s) bizi açıq-aşkar xəbərdar edir ki, düzgün niyyət əməl qədər mühümdür. Əgər insan bir yaxşı işi ixlasla niyyət edərsə, elə həmin niyyəti yerinə yetirən qədər savab qazanar.

NİYYƏT DÜZ OLMADIQDA...

Görülən əməlin niyyəti, xüsusilə də onun pak niyyətli, yəni ixlaslı, Allaha xatir olması çox mühümdür. Ən gözəl, ən pak işin belə niyyəti düz olmadıqda, iblis (lən) üçün bir qapı açmış oluruq və o, burada öz işini görə bilir. Əziz İslam Peyğəmbəri (s) buyurur: “İnsanların bütün əməlləri onların niyyətlərinə bağlıdır. Bir kəs müharibəyə gedə və niyyəti Allah ola, Allah Təala ona cihad savabını verər. Əgər bir kəs həmin o döyüşə gedə, amma niyyətində dünya ola, ona niyyətində olandan başqa heç nə nəsib olmaz”. Əməlin hansı dərəcədə olması, onun niyyətinə bağlıdır. Məxluqatın arasında yalnız insana əql və şüur verilib. İnsan istənilən bir əməlini həm iradə əsasında, həm də müəyyən meylləri ilə görə bilər. İnsanın niyyəti də elə buradan irəli gəlir. Əməli iradə ilə, əqllə görmək - elə niyyəti düzgün qoymaqdır. Əməlini düzgün niyyət əsasında görən isə, müəyyən dərəcələrə çata bilər.

NİYYƏTİN XALİS OLMADIĞI SONDA ÜZƏ ÇIXIR

İstənilən məsələdə niyyətimizi dəqiqləşdirməli və aydınlaşdırmalıyıq. İnsan bəzən bir ömür zahiri ibadətlə məşğul olur, zahirdə İslam üçün qulluq etdiyini düşünür, ancaq sonda aydın olur ki, onun bütün bu əməlləri elə yalnız dünya üçün olub. Belə olan təqdirdə, o gördüyün həmin işlərin əvəzini də elə bu dünyada alar və axirətə heç bir şey saxlamaz. Çox maraqlıdır ki, niyyətin hər hansı bir meyarı, ölçüsü də yoxdur. Bu, insanın sırf Allah ilə özü arasında olan məsələdir. Bəzi hallarda isə görünür ki, sonda niyyətin düzgün olmadığı özünü büruzə verir. Ona görə də niyyətdə dəqiqliyin olması çox mühümdür. Niyyət yalnız bir halda insanı hədəfə çatdırır – o, əbədi həqiqət olana bağlanmalıdır. Niyyətlər kiçik və ötəri məsələlərə bağlı olanda, sonda onların da yekunu elə yarımçıq olur.

İmam Səccadın (ə) niyyətlə bağlı duasına nəzər saldıqda bir neçə məqam üzə çıxır. Birincisi budur ki, niyyət hər bir əməl üçün çox mühümdür. İkinci aydın olan məsələ budur ki, niyyətin də öz dərəcələri var.

İnsan dünyaya bir dəfə gəlir. Elə edə bilər ki, yalnız dünya üçün yaşasın, elə də edə bilər ki, həm dünya, həm də axirət üçün yaşasın. Bəzən insan İslamda olduğunu hesab edir ki, amma bu onun batininə və qəlbinə keçmir. İkinci hal budur ki, insanın imanı olsun, üçüncü hal isə insanın yəqini də olsun. Əslində, İmam Səccad (ə) bütün bu mərhələləri bizlərə bir duanın içərisində tanıtdırır və bu mərhələlərdən keçən insanın hansı zirvələrə qalxması ilə tanış edir.

Allahım! Bizləri Bu mübarək ayda bəhrə aparanlardan qərar ver! Bizlərin xəta və səhvlərinə güzəştli ol! Amin!


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:33
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

FERID_HESENLI

  • 30 iyul 2011 14:40
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
kopya ertdim evde oxuyacam

music_angel

  • 29 iyul 2011 19:46
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razii olsun muellifden

--------------------

no_name

  • 29 iyul 2011 19:26
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

ASMIYA

  • 29 iyul 2011 19:05
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
O KADAR GUZEL ANLAMLI, YAZIDIR KI, TESEKKURLER. EMEL EDENLERDEN OLARSAQ EGER, PESMAN OLANLARDAN OLMARIQ. INS ALLAH.

--------------------


R.M_FaNaTka

  • 29 iyul 2011 18:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

aid_fanatka

  • 29 iyul 2011 18:11
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.....................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

✰GlaMurKa✰

  • 29 iyul 2011 17:34
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun cox sag olun

NAZLI YAGMURLAR

  • 29 iyul 2011 17:15
  • Məqalə: 1
  • Şərh: 415
  • Bal:
{awards}
Maraqli idi twkler. wink

--------------------
DOGDUNDA KULAGINA EZAN OKUNUR OLDUGUNDE EZANSIZ NAMAZIN KILINIR.
HEYATIN ISE:
EZAN VE NAMAZ ARASINDA OLAN O VAKIT KADARDIR NE KISA
DEGILMI...!!!

daha_meni_axdarma

  • 29 iyul 2011 16:47
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
tewekurler..........

KaRola_16

  • 29 iyul 2011 16:47
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
NİYYƏT İNSANI FƏRQLƏNDİRİR.... MARAQLIDIR

--------------------

★Azerbaijan girl★

  • 29 iyul 2011 16:41
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler sag olun !

Ricay

  • 29 iyul 2011 16:33
  • Məqalə: 2
  • Şərh: 16
  • Bal:
{awards}
Tesekkurler eziyyete gore.

BIR_UMUT_VER

  • 29 iyul 2011 16:30
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
cox sagolun xebere gore

--------------------
MENI ODLARA AT BUTUN VUCUDUM YANSIN, YALNIZ UREYIMI GOTUR CUNKI ORADA SEN VARSAN.....SEVIREM SENI RUHUM

Ay Üzlü

  • 29 iyul 2011 16:18
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Sirli Melek

  • 29 iyul 2011 16:15
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

... Deryam ...

  • 29 iyul 2011 16:14
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BELE GOZEL XEBER HAZIRLADIGINIZ UCUN ...

--------------------

MuslimGirl

  • 29 iyul 2011 16:08
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah razı olsun! Tam oxuya bilməsəm də bir hissəsini oxudum. Dəyərli xəbəriniz üçün minnətdaram

jalicka

  • 29 iyul 2011 16:08
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
allah razi olsun gozlel xeberdir saq ol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}