Niyyət etdim Xoşbəxt Olmağa

 
Niyyət etdim Xoşbəxt Olmağa

Kimi dinlərsəniz dinləyin hər kəsdə bir şikayət bir şikayət…
Hər kəs öz bədbəxtliyinə bəhanə tapmaqda və digərini bədbəxtliyinə səbəb olduğu üçün günahlandırmaqda çox mahirdir. İnsan zənn edir ki, həyat yoldaşı dəyişsə, hər şey yoluna girəcək. Qayınanası dəyişsə, həyat yoldaşıyla əlaqəsi mükəmməl olacaq. Uşaqlar dəyişsələr, söz dinləsələr, ana atanın istədiyi kimi olsalar, ana ata xoşbəxtlikdən uçacaqlar…
Hamısı yalan …
Mümkün olmadığı üçün deyil, mümkün olsalar da yalan…
Dəyişdirə bilməyəcəyimiz üçün deyil, yalnız dünya dəyişsə də" biz dəyişmədən "dünyamıza xoşbəxtliyin gəlməyəcəyini cazibənin həqiqəti kimi qəbul etmədiyimiz müddətcə xoşbəxtlik bizə uğramayacaq!
Çoxumuz öz zənnlərimizin məhkumuyuq…
Bir sevgilim olsa…
Xəyalini qurduğum son model avtomobilim olsa…
Tətildə beş ulduzlu bir otelə getsəm, dəniz qum, günəş…
Uşaqlarım bir an əvvəl böyüsələr, oxusalar…
Arıqlayıb istədiyim kilonu alsam, hər kəs mənə qibtə etsə…
Dostlarım, rəfiqələrim hər gün məni axtarsalar, telefonum heç susmasa…
Gözəl olsam, ağıllı olsam...
Bu olsam, bu olsam, bunum olsa, bunum olsa...
Bunlarla sanki xoşbəxt olacağımızı sanırıq…
Amma yalnız aldanırıq…
Hara gedirəmsə gedim özümü də aparıram.
Eyni mən, eyni qəbul etmə formam.
İnsanlar və hadisələr nə qədər dəyişsə dəyişsin, sahib olduqlarımın sayı nə qədər artsa artsın,
mən eyni mən olduqdan sonra nəticə yenə eyni olur, heç nə dəyişmir əslində...

Niyyət etdim Xoşbəxt Olmağa

Nəticənin dəyişməsi mənim dəyişməmə bağlıdır, mənim xaricimdəkilərin dəyişməsinə deyil.
Əvvəl niyyət etmək lazımdır.
" Mən xoşbəxt olmaq istəyirəm "deməklə başlamaq lazımdır.
Mən xoşbəxt olmağı istəyirəmsə gələn hər şeyi də bu niyyətimə görə qəbul etməyə başlayıram.
Bu yaxşı niyyət və müsbət dünyagörüşü müsbət olan hər şeyi görməyi təmin edir.
Mən müsbət görmə meyli daşıdıqca dünya da, dünyadakı hər kəs də mənim göndərdiyim bu müsbət siqnala görə şəkillənirlər.
Müsbət düşünmənin bilinən mənasıyla müsbət təsirindən bəhs edir deyiləm.
Doğru niyyət etmənin hətta əşyanı çevirici bir təsiri olduğunu söyləməyə çalışıram yalnız.
Gözəl görmə niyyəti daşıyanın gözəl gördüyünü, gözəl görənin gözəl düşündüyünü, gözəl düşünənin də gözəllikləri həyatına çəkməyə başladığını və təbii ki həyatından ləzzət aldığı səbəbindən də xoşbəxt olduğunu söyləməyə çalışıram. İnsanın gerçək mənada xoşbəxt olması, maddi mənada rahatlığa deyil,
mənəvi rahatlığa və dincliyə bağlıdır.
Əgər belə olmasaydı bu anda bütün zənginlərin xoşbəxtlikdən uçması lazım idi. İnsan kasıb ya da zəngin olsun, öz içində xoşbəxt deyilsə, dinc deyilsə,
vəziyyət zənginliklə və ya kasıblıqla əlaqədar deyil. Şosenin kənarındakı bir tutam yaşıllıqda dincələn bir ailənin, ən lüks bir restoranda axşam yeməyi yeyən bir ailədən daha az xoşbəxt olduğunu söyləyə bilmərik. Küçədəki pişiklər də, göyərçinlər də xoşbəxtdirlər…
Tut ağacı da, gilas ağacı da çox xoşbəxt görünür…
Niyə sizcə?...
Xoşbəxtliklərinin səbəbi özlərinə verilən həyatı olduğu kimi qəbul etmələrindən ötəridir…
Qəbul etmək həyata coşğu qatır. Bədbəxtliyimizin səbəbi, çox vaxt ehtiraslarımız və qısqanclıqlarımızdan başlayır.
Davamlı bir müqayisə etmə və daha yaxşısı olaraq düşündüyümüz vəziyyətə və ya şeyə doğru qaçma meylimiz yaşadığımız anın gözəlliyini fərq etməmizə maneə törədir. Doğru bir niyyətlə və həyatı verildiyi şəkliylə qəbul edə bilərik.
Sonsuz istəyə qabiliyyətimizlə və əlimizdən gəldiyincə cəhd göstərərək istəyə bilər
və nə verilmişsə verilənə qənaət edərək duruşumuzu dəyişdirə bilərik.

Niyyət etdim Xoşbəxt Olmağa

Bunu sınasaq və belə yaşasaq xoşbəxtlik deyilən şey hər nədirsə o biz olacağıq.
Xoşbəxtlik axtardığımız və qovduğumuz biz qovduqca qaçan, qaçdıqca qovub daha da hirsləndiyimiz bir vəziyyət olmaqdan çıxacaq. Biri bizə gəlib bizi xoşbəxt etmə gücünə və kafiliyinə əsla sahib deyil.
Həyatımızın idarəsi bir başqasına verilmiş deyil. Yalnız səbəb ola bilər amma bu səbəb bir zərurət ola bilməz.
Biz istəsək təsir edə bilər, ancaq heç bir şəkildə təyin edici ola bilməz.
O halda xoşbəxtliyi axtararkən bədbəxtliyimizin memarı olmağı buraxaraq həyatı və özümüzü yenidən təyin edək, duruşumuza yenidən bir mövqe təyin edək. Ən əhəmiyyətlisi də yenidən niyyət edək.

‘'Niyyət etdim xoşbəxt olmağa ‘' bəs siz…?:)


Geri dön

FERID_HESENLI

  • 30 iyul 2011 14:00
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
OXUDUM OXUMAGINA AMA BIR IKI SEYLE RAZI DEILEM INSANIN XOSBEXDLIYINI ALAH VERIR VE ZMN DEYISMIR INSALAR DEYISIR ZAMAN HEMIN ZAMANDI VXD HEMIN VAXDI GUN HEMIN GUN AYDA HEMIN AYDI ILDE HEMIN ILDI GELIN BIZ OZUMUZ DEYISIB DUZ YOL SECEKKI ALAHDA BIZIM LAYIK OLDUGUMUZ XOSBEXDLIYI BIZE VERSIN AMIN

music_angel

  • 29 iyul 2011 20:04
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler...

--------------------

BIR_UMUT_VER

  • 29 iyul 2011 16:33
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
uzun idi oxuya bilmedim vaxt tapib oxuyaram ama ki xeberin adindan gorunur ki, menali weydir cox sagolun eziyyete gore

--------------------
MENI ODLARA AT BUTUN VUCUDUM YANSIN, YALNIZ UREYIMI GOTUR CUNKI ORADA SEN VARSAN.....SEVIREM SENI RUHUM

... Deryam ...

  • 29 iyul 2011 16:05
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Eh xowbetlik xowbextlik,insanin birazda doguwdan bexti gozel yazila...

--------------------

KaRola_16

  • 29 iyul 2011 15:32
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
‘'Niyyət etdim xoşbəxt olmağa ‘'... MARAQLIDIR

--------------------

neeeeenaaaaa

  • 29 iyul 2011 15:31
  • Məqalə: 0
  • Şərh: 118
  • Bal:
{awards}
Her weye qane olmaqlada heyatda neyese nail olmaq cetin ola biler feel

--------------------
Contra spem spero...Без надежды надеюсь...

lema

  • 29 iyul 2011 14:51
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
qeyd olundugu kimi xowbextlik vara bagli deyil bezileri villasinda ozunu asir bezileri komasinda bele xowbextdi.xowbextlik urekden olmalidi.yeterki isteyek smilecunku olumden bawqa her weye care var.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

no_name

  • 29 iyul 2011 14:50
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tşkler smile

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

.angela

  • 29 iyul 2011 14:49
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk...........

twk...........

twk...........

twk...........

twk...........

Sirli Melek

  • 29 iyul 2011 14:26
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
XOŞBƏXT OLMAĞI HAMI İSTƏYİR.
winked

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 51

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}