Ruhunuzu oxşayacaq şeirlər

 
Ruhunuzu oxşayacaq şeirlər

Nüsrət Kəsəmənli- Getmək istəyirsən o yol, oda sən, yox ol xəyallar tək

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Ruhunuzu oxşayacaq şeirlər

Nüsrət Kəsəmənli - biri var idi, biri yox

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar
Ürəyimdən gəlib keçdi sazaqlar
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri, vardı biri yox.

Ruhunuzu oxşayacaq şeirlər

Cabir Novruz - Səni xəyallarda oxşayacağam, səni röyalarda itirəcəyəm

Sən gizli gəlmisən ömrümə, inan,

Bu gizli eşq ilə yaşayacağam.

Dünyanın ən ağır yükü sayılan,

Gecikmiş məhəbbət yaşayacağam.

Sən mənim ömrümdə açan çiçəksən,

Onu ürəyimdə bəsləyəcəyəm.

Sən məni heç zaman görməyəcəksən,

Mən səni hər zaman gözləyəcəyəm.

Ruhunuzu oxşayacaq şeirlər

Mədinə Gülgün- Tənhalıq

Yenə yağış yağdı,ildirim çaxdı,

Coşdu dalğa-dalğa çağladı dəniz,

Sahili boş gördüm,elə darıxdı

Tənhalıq dərdindən ağladı dəniz.

Ruhunuzu oxşayacaq şeirlər

Mikayıl Müşfiq - Öyrəniş

Həyat nədir? Ölüm nədir? Boş sual!

Sevda nədir? Hicran nədir? Bir xəyal!

Mən bunların əsasını, iştə, al:

Həp çəkdiyim əməklərdən öyrəndim.

Ruhunuzu oxşayacaq şeirlər

Rəsul Rza - Ayrılmayaq

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Ruhunuzu oxşayacaq şeirlər

Məmməd Araz - Ayağa dur Azərbaycan!

Nə yatmısan qoca vulkan, səninləyəm !
Ayağa dur. Azərbaycan, səninləyəm !
Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
Biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan, yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən, hanı səsin?
Hani andın?
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?


Geri dön

jalicka

  • 3 sentyabr 2011 11:34
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
gozel seirlerdir cox saq olun

_2011_GOZELI_

  • 10 avqust 2011 19:40
  • Məqalə: 6
  • Şərh: 382
  • Bal:
{awards}
TESEKKURLER BU QESENG XEBERE GORE

--------------------
HEYATTTTTTTTTTTTTTTTTTIN QEDRINI BILMEK LAZIMDIIIIIIIII

FERID_HESENLI

  • 30 iyul 2011 14:14
  • Məqalə: 1
  • Şərh: 668
  • Bal:
{awards}
GOZEL SERLERDI YXSKI MULIFLERINDE ADLARINI QEYD ETMISNIZ

music_angel

  • 29 iyul 2011 20:56
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
tesekkurler

--------------------

R.M_FaNaTka

  • 29 iyul 2011 18:43
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

BIR_UMUT_VER

  • 29 iyul 2011 16:34
  • Məqalə: 0
  • Şərh: 185
  • Bal:
{awards}
cox sagolun yeri var

--------------------
MENI ODLARA AT BUTUN VUCUDUM YANSIN, YALNIZ UREYIMI GOTUR CUNKI ORADA SEN VARSAN.....SEVIREM SENI RUHUM

selfish

  • 29 iyul 2011 15:44
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
qewengdiler wassat

--------------------
selfish

no_name

  • 29 iyul 2011 14:58
  • Məqalə: 30
  • Şərh: 497
  • Bal:
{awards}
super winked

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

Sirli Melek

  • 29 iyul 2011 14:41
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Sən gizli gəlmisən ömrümə, inan,

Bu gizli eşq ilə yaşayacağam.

Dünyanın ən ağır yükü sayılan,

Gecikmiş məhəbbət yaşayacağam. love

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

.angela

  • 29 iyul 2011 13:49
  • Məqalə: 0
  • Şərh: 234
  • Bal:
{awards}
twk............

twk............

twk............

DEAD ANGEL

  • 29 iyul 2011 13:10
  • Məqalə: 5
  • Şərh: 812
  • Bal:
{awards}
Nüsrət Kəsəmənli- Getmək istəyirsən o yol, oda sən, yox ol xəyallar tək

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, bari.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

lema

  • 29 iyul 2011 13:09
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
tewekkurler muellife.maraqli alinib...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Musique Sage

  • 29 iyul 2011 13:04
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 32
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 4
 
 
{slinks}