Oruc - Haqqın məhəbbətini cəlb etməyin zəminələrindədir

 
Oruc - Haqqın məhəbbətini cəlb etməyin zəminələrindədir

Hədisə görə Rəsulallah (s) buyurur:
“Allah Təala bəzi hallar və işləri, məsələn: az yeməyi, az danışmağı və az yatmağı sevir. Bəzi işlərlə, məsələn: çox yeməklə, çox danışmaqla və çox yatmaqla düşməndir”.

O Həzrətdən həmçinin belə bir hədis daha vardır ki,
“Allah yanında nifrət olunan kəslər o kəslərdir ki, gündüzləri çox yatarlar, halbuki, gecə namazları qılmayıblar və o kəslər ki, çox yeyərlər və yeyən zaman Allahın adını dilllərinə gətirməzlər və Haqqa şükür etməzlər”.

O Həzrət yenə buyurur: “Allah yanında ən nifrət olunacaq şey tox qarındır”.

Adətən mübarək Ramazan ayında tövbə etmək, təqva, batini təharət, təvəkkül, kasıblara ehsan, İlahi övliyalara məhəbbət, insanlara məhəbbət, günah qarşısında səbir və Haqq yolundakı məşəqqətlərə dözmək çox saydadır və bütün bu hallar Allah məhəbbətini əldə etməyin amillərindəndir. Başqa tərəfdən oruc tutmaq, susuzluq, aclıq, haramlardan çəkinmək və oruc mənəviyyatına riayət etmək dini bir vacibat hesab olunur.

Allah Təala oruc tutanları nəvaziş etmək üçün mələklər təyin edər. Həzrət İmam Sadiq (ə) buyurur: “Hər kim Əziz və Cəlil Allah üçün şiddətli isti havada oruc tutarsa və onun dalınca susuzluğa düçar olarsa, Allah ona min mələk təyin edər ki, onun üzünə nəvaziş əli çəksinlər və ona müjdə versinlər və iftar zamanı Allah Təala ona buyurar: “İyin və üzün nə qədər pakizə və xoş ətirlidir. Ey mələklərim! Şahid olun ki, onu bağışladım”.

Səbəbsiz deyil ki, oruc tutan ölən zaman ki, Haqqın rəhmətinə qovuşur - razı və şad olur. Yəni, ömrünün dünyadakı ən həssas anında və axirət aləminə girişin başlanğıcında ki, dünyadakı hər şeydən əli üzülür, həmin an oruclarını yeyənlər Allahın qarşısında qəzəb və nifrətlə üz-üzə gələrlər, oruc tutanlar isə İlahi lütfü və rəhməti ilə qarşılaşarlar.

İmam Cəfər Sadiq (ə) buyurur:
“Oruc tutan üçün iki sevincli hal vardır: biri iftar zamanı olan şadlığıdır, biri də Pərvərdigar ilə görüşü zaman olan şadlıqdır”.

Orucun axirətdəki mükafatı bir neçə saat aclıq və susuzluq keçirtməklə müqayisə oluna bilməz, oruc Qiyamət günü cəhənnəm atəşi qarşısında sipər olar. “Orucun mükafatı başqa ibadətlərin mükafatından üstündür”. Qüdsü hədisdə gəlir: “Hər yaxşı işin mükafatı on dəfə çox və ya ən çoxu 700 dəfə çoxdur, orucdan başqa. Çünki oruc Mənim üçündür və Mən də ona mükafat verəcəyəm, ya da özüm Onun mükafatıyam”.

Digər tərəfdən mübarək Ramazan ayının orucu səbir nişanəsidir. Oruc tutan özünün zahiri və batini orucunu hifz etməyi vacib bilir ki, hər bir günah qarşısında səbr və dözümlülük göstərsin. Yeməmək, içməmək, naməhrəmə baxmamaq, töhmət və qiybət eşitməmək və ya qiybət və töhməti etməmək üçün, xülasə şeytanın həva və həvəsləri və dəvətlərinin qarşısında müqavimət göstərir.

Elə ona görə də İmam Sadiq (ə) buyurur:
“Həyatın bütün sahələrində səbir və namazdan yardım alın”. Burada səbir dedikdə oruc nəzərdə tutulur. O zaman ki, bəla və çətinliklər insana rast gələr - oruc tutun,

çünki Allah Təala buyurur: “Səbirdən yardım istəyin”. (Yəni, orucdan).

Və Sübhan Allah şübhəsiz ki, səbir edənlərin mükafatını verəcəkdir. Ancaq səbir edənlər öz mükafatlarını kamil surətdə və hesaba çəkilmədən alacaqlar. Mehriban Allahın mükafatları çox saydadır. Nümunə olaraq, Mübarək Ramazan ayında oruc tutanların yatması ibadət, nəfəs almaqları Allahın zikri və təsbihi kimidir. Baxmayaraq ki, bütün vücudumuz Ondandır və mövcudluğumuz Onun qüdrəti və mülkiyyəti altındadır və bizim oruc tutma tofiqimiz də Onun tərəfindəndir, ona görə də gərək mükafata layiq olmayaq. Ancaq o Böyük Haqq bizi müstəqil hesab edərək, yaxşı iş gördüyümüz zaman mükafatlandırar. Onun bu kərəm və inayəti hara qədər olacaqdır, belə ki, oruc tutan hər nəfəs almağına görə və yuxusunun hər anına görə, dini yerlərdə və məscidlərdə olmağına və sair əməllərinə görə mükafatlandırılacaqdır. Peyğəmbər (s) iman əhlinin mükafatı haqda buyurur: “Yararlı olar ki, Əziz və Cəlil Allah, Qiyamət günü Peyğəmbərə iman gətirənlərin mükafatı olaraq, sizləri behiştdə qərar versin ki, indiyə qədər heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşər qəlbinin duymadığı nemətlərə malikdir”.

Həzrət Rəcəb ayında oruc tutanların mükafatı haqda buyurur:
“Hər kim Rəcəb ayında on dörd gün oruc tutar, Əziz və Cəlil Allah dürr və yaqutdan düzələn behiştləri onlara mükafat verər ki, heç bir göz görməyib, heç bir qulaq eşitməyib və heç bir bəşər qəlbi duymayıbdır”.

Əgər ömrü boyu Allahın vacibatlarını yerinə yetirən və əziyyət çəkən insanları rahat və günahkar insanlarla bir cərgədə qoyub, hər ikisini də behiştə aparsaydılar, Haqqın ədalət və hikməti ilə zidd olardı. Və o insanlar ki, ömrü boyu Allahın vacibatlarını böyük çətinliklər və məşəqqətlə həyata keçiriblər, günahın ləzzəti qaşısında özlərini saxlayıblar, qohumcanlılıq ediblər, onların etiraz etməsi üçün zəminə yaranardı. Şübhəsiz, Allahın bəndələri ilə münasibəti ədalət və haqq üzərindədir, əziyyət çəkənlər və oruc tutanlar ilə “xoş güzəran” keçirənlərlə rəftar etdyi kimi rəftar etməyəcəkdir.


Geri dön

Mehrin

  • 31 iyul 2011 13:56
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
Cox saq olun,,,

FERID_HESENLI

  • 30 iyul 2011 14:13
  • Məqalə: 1
  • Şərh: 668
  • Bal:
{awards}
ALLAH BUTUN OPRUC TUTANLARIN ORUXCNU QEBUL ETSIN ETRAF EDREMKI OXUMADIM

music_angel

  • 29 iyul 2011 20:54
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
tesekkurler....

--------------------

R.M_FaNaTka

  • 29 iyul 2011 18:42
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

.angela

  • 29 iyul 2011 13:47
  • Məqalə: 0
  • Şərh: 234
  • Bal:
{awards}
twk...........

twk...........

twk...........

twk...........

Musique Sage

  • 29 iyul 2011 13:24
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Allah razi olsun bu deyerli melumata gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 49
Cəmi: 77

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}