
Bu günlərdə hər kəs getmək istəyir
Kiçik bir sahil qəsəbəsinə
Bir başqa ölkəyə, dağlara, uzaqlara…
Həyatından məmnun olan yox.
Kiminlə danışsam eyni şey...
Hər şeyi, hər kəsi buraxıb getmə istəyi.
Özüylə götürmək istədiyi 3 şey filan yox.
Bir özü...
Bu yetər onsuz da.
Hər şeyi, hər kəsi apardın deməkdir..
Kaş ki özünü buraxıb gedə bilsə insan.
Amma olmur....

Özümüzdən razıyıq deyək,o biri də olmur.
Yəni hər şeyi üzüstə buraxmaq gözə alınmır.
Belə gedirik
Bir tərəfimiz "qalx gedək",
o biri tərəfimiz "otur" deyir.
"Otur" deyən qazanır.
O tərəf izdihamlı çünki…
İş, güc, məsuliyyət, uşaq-muşaq, ailə,
Etibarda olma duyğusu
Ən pisi vərdiş
Vərdişin verdiyi rahatlıq,
Monotonluğun doğurduğu bezginliyi məğlub edir
Qalırıq…
Quş olub uçmaq istəyərkən, ağac olub kök salırıq.

Evlənmələr…
Bir uşaq daha dünyaya gətirmələr…
Borclara girmələr…
İşi böyütmələr…
Bir it belə bizi uçmaqdan saxlaya bilir.
Misal üçün mən…
Qapıdakı Reksii buraxıb gedə bilmirəm.
Deyil bu şəhərdən getmək,
İki küçə kənara gedə bilmirəm.
Götürüb aparsam gəlməz ki…
Bütün küçənin iti olduğunun fərqində
Hər kəs onu o hər kəsi sevir.
Hansı birimizlə getsin?

Amma süni də yaşanmaz ki bu dünyada.
Ölüm var çünki.
Ölümə inad yapışmaq lazım...
Heç olmasa kiçik qaçışlar edə bilsək.
Var bunu edənlər, amma az
Yalnız sürüşmək təbəqəsi
Hamımız qaça bilsək…
Büdcə, zaman, kef… Bərabər olsa.
Gün içində məsələn…
Kiçik getmələr edə bilsək...
Nə mümkün
Səhər 9, axsam 6
Sonra başqa məcburiyyətlər
Sıxışıb qaldıq.
Sırf yemə, içmə, sığınmanın əvəzi
Bu qədər ağır olmamalı...

Həyatda qala bilmək üçün bir ömür veririk.
Bir ömür qarşılığı, bir ömür yəni.
Nə axmaq…
Bahardırmı bizi bu hala gətirən?
Yəqin...
Mən hər bahar aşiq olmam amma
Hər bahar getmək istəyərəm.
Getdiyim olmadı heç.
Amma olsun… istəmək də gözəl...
Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description

























