Namazin vacibati

 
Namazin vacibati

Namazin vacibati

Namazin vacibati

Bismilləhir Rahmənir Rahim.

Namazın vacib əməlləri 11-dir:


1-Niyyət,

2-Təkbirətul-ehram, (yə’ni namazın əvvəlində “Allahu əkbər” demək),

3-Qiyam (yə’ni ayaq üstə durmaq),

4-Qiraət,

5-Rüku,

6-Səcdə,

7-Zikr,

8-Təşəhhüd,

9-Salam,

10-Tərtib,

11-Muvalat (yə’ni namazın hissələrini dalbadal, fasiləsiz demək).

Namazin vacibati

Niyyət

Insan namazın əvvəlindən axırına qədər nə etdiyini bilməli və onu Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır.

Namazin vacibati

Təkbirətul-ehram

Namaz “Allahu Əkbər” deməklə başlayır və buna təkbirətul-ehram deyilir. Çünki, bu təkbiri deməklə namazdan qabaq halal olan bir çox işlər (yemək, içmək, gülmək, ağlamaq və s.) namaz qılana haram olur.
Təkbirətül-ehramı, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların müqabilinə qədər qaldırmaq müstəhəbdir.

Namazin vacibati

Qiyam

Qiyam–yə’ni ayaq üstə durmaq. Namaz qılan təkbirətül-ehramı və qiraəti qiyam halında, bədənin aram olduğu halda yerinə yetirməlidir.

Namazin vacibati

“Həmd”("Fatihə") surəsi


“Bismilləhir-rahmənir-rahim”

“Əlhəmdu lilləhi Rabbil-aləmin”

“Ər-rahmənir-rahim”

“Maliki yəvmiddin”

“İyyəkə nə’budu və iyyəkə nəstəin”

“İhdinəs-siratal mustəqim”

“Siratal-ləzinə ən’əmtə ələyhim”

“Ğəyril-məğzubi ələyhim vələzzallin”

Namazin vacibati

“Tovhid”("İxlas") surəsi


“Bismilləhir-rahmanir-rahim”

“Qul huvəllahu əhəd”

“Allahus-saməd”

“Ləm yəlid və ləm yuləd”

“Və ləm yəkul ləhu kufuvən əhəd”

Namazin vacibati

Təsbihati-ərbəə

Namazın üçüncü və dördüncü rəkətlərində, ya təkcə Həmd, ya da üç dəfə təsbihati-ərbəə. deyilməlidir Bir dəfə də deyilsə kifayətdir.

“Subhənəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər.”

Kişilər və oğlanlar sübh, məğrib, işa namazının 1-ci və 2-ci rəkətində Həmdi və Surəni ucadan oxumalıdırlar. Qadınlar və qızlar naməhrəm şəxslər səslərini eşitməzsə, ucadan qıla bilərlər. Amma əgər naməhrəm onların səsini eşitsə, ehtiyat-vacibə görə ahəstə qılmalıdırlar.

*Namazın üçüncü və dördüncü rəkətlərində Həmd, yaxud təsbihati-ərbəə alçaqdan, ahəstə oxunmalıdır.

* Zöhr və əsr namazının 1-ci və 2-ci rəkətində də Həmd və Surə ahəstə oxunmalıdır.

Əgər insan namazı ucadan qılmalı olduğu yerdə qəsdən alçaqdan və ya alçaqdan qılmalı olduğu yerdə qəsdən ucadan qılsa namazı batildir.

Namazin vacibati

Ruku

Namaz qılan hər rəkətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Bu əmələ “ruku” deyilir. Rukuda zikr demək vacibdir. Rukunun zikri deyildiyi vaxt, bədən aram olmalıdır.

Əgər rüku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq rükunun zikrini desə, namazı batildir.

Əgər vacibi zikr qurtarmazdan əvvəl qəsdən başını rükudan qaldırsa, namazı batildir.

Rukunun zikri:

Üç dəfə “Subhənəllah” və ya

Bir dəfə “Subhənə Rabbiyəl-əzimi və bi həmdih”

Namazin vacibati

Səcdə

“Səcdə” o əməldir ki, alın, əllərin içi, dizlərin gözü və iki ayağın baş barmağının usu yerə qoyulsun. Səcdə halında zikr demək vacibdir.

Səcdənin zikri:

Üç dəfə “Subhənəllah” və ya

Bir dəfə “Subhənə Rabbiyəl-ə’la və bi həmdih”.

Səcdənin zikri deyilən vaxt bədən aram olmalıdır.

Namaz qılan şəxs səcdədə alnını yerə, yaxud yerdən göyərib geyilib, yeyilən olmayan şeylərə (çubuq, ağas yarpağı və s.) qoymalıdır.

Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyiduş-Şühəda Imam Hüseyn (əleyis-salam)-ın türbətidir.
Ondan sonra:

* adi torpaq;

* daş;

* bitgilər.

Namazin vacibati

Təşəhhüd

Vacibi namazların ikinci və axırıncı rəkətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd oxumalıdır. Yə’ni deməlidir:

“Əşhədu əl lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rasuluh. Allahummə salli əla Muhəmmədin və Ali-Muhəmməd.”

Namazin vacibati

Salam

Namazın axırıncı rəkətində təşəhhüddən sonra salamı deyib namazı qurtarmaq lazımdır.

“Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rahmətullahi və bərakatuh”.

“Əssəlamu ələyna və əla ibadillahis-salihin”.


“Əssəlamu ələykum və rahmətullahi və bərakətuh”

Namazin vacibati

Tərtib

Namaz gərək bu tərtiblə qılınsın:

Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin.

Namazin vacibati

Muvalat

Muvalat–yə’ni namazın hissələrini bir-birinin ardınca yerinə yetirməli, aralarında fasilə salmamalıdır.

Namazin vacibati

Namazin müstəhəb əməlləri

1.Namazdan qabaq azan-iqamə, xüsusilə iqamə demək çox bəyənilmiş əməllərdən biridir. Bu isə vacib namazlara aiddir və müstəhəb namazlarda azan və iqamə demək müstəhəb sayılmır.

2.Azan və iqaməni başqasından da dinləmək kifayətdir. Elə buna görə də camaat namazı üçün bir nəfər azan və iqamə deyə bilər.

Islam Peyğəmbəri Həzrət Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) adını azan və iqamədə dilə gətirdikdə, Ona və Əhli-beytinə (ə) salavat göndərmək, həmçinin azan və iqamədə həzrət Əmirəl-mö᾽minin (ə)-ın vilayətinə şəhadət vermək müstəhəbdir.

Namazin vacibati

Azan ilə iqamənin üç fərqi vardır:

1.Azanın əvvəlində deyilən təkbir dörd dəfə, iqamədə isə iki dəfədir;

2.Azanın sonunda deyilən «La ilahə illəllah» sözü iki dəfə, iqamədə isə bir dəfədir.

3-Iqamədə «həyyə əla xəyril əməl» sözündən sonra «Qəd qamətis-səlah» sözü əlavə olunur.

Namazda yalnız namazın əvvəlində deyilən təkbirətül-ehram vacibdir. Rükudan qalxdıqda, səcdələrə getməzdən əvvəl və birinci səcdədən sonra, həmçinin ikinci səcdədən qabaq və sonra deyilən təkbirlər isə müstəhəbdir.

Təkbir dedikdə əlləri qaldırmamaq olar. Amma təkbir deyərkən əlləri barmaqları bitişdirən halda qulaqların müqabilinədək qaldırmaq müstəhəbdir. Bu isə Allah-taala qarşısında təslim olmaq mə᾽nasındadır.

Rüku və səcdələrdə çoxlu zikr demək; (məsələn, Subhanəllah zikrini beş və ya yeddi dəfə və ya daha artıq təkrar etmək, həmçinin rüku və səcdədə həzrət Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək müstəhəbdir.

Təşəhhüddən qabaq «Əlhəmdulillah» və ya «Bismillahi və billah və əsmaul-husna lillah» sözlərini deyib daha sonra təşəhhüdü oxumaq, həmçinin təşəhhüddən sonra «Və təqəbbəl şəfaətəhu vərfə᾽ dərəcətəh» zikrini də demək müstəhəb sayılır.

Namazın növbəti rəkətlərinə qalxdıqda «Bihəvlillahi və quvvətihi əqumu və əq᾽ud» zikrini demək müstəhəbdir.

Namazın ikinci rəkətinin rükusundan qabaq qunut tutmaq (yə᾽ni dünya və axirət işləri üçün dua etmək) müstəhəbdir. Həmçinin qunutda öz hacətlərini və habelə haqqında dua etmək məsləhət olan şəxslər üçün dua etmək də caizdir. Qeyd etmək lazımdır ki, qunutu əlləri qaldırmadan da oxumaq olar, amma yaxşı olar ki, qunut oxuyan halda əlləri çənənin bərabərinə qədər açıq halda qaldıraq.

Namazın rüku, səcdə və digər əsnasında dua edib Allahdan hacətlərini istəmək caizdir.

Hər bir namaz öz vaxtında məsciddə qılınsa daha yaxşı olar, xüsusi ilə Sübh, Məğrib və Işa namazlarını camaatla birgə qılmaq müstəhəb sayılır.

Namazda təmkinli olmaq müstəhəb, onu sür᾽ətlə qılmaq isə məkruhdur.

Namazı düşüncə ilə qılıb Allahı yad etmək müstəhəbdir. Belə ki, namazda hər nə qədər özünü mülahizə etsən, fikrin başqa işlərə gedəcəkdir. Allah-taala Qur᾽ani-kərimdə buyurmuşdur:

«Qəd əfləhəl mu᾽minun. Əlləzinə hum fi səlatihim xaşiun»

«Həqiqətən mö᾽minlər nicat tapmışlar…!

O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt᾽i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)» (Mu᾽minun surəsi/1-2).

Namazin vacibati

Namazi batil edən şeylər

Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bə’zi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən:

1-Danışmaq, bilərəkdən, mə’nası olan iki hərf;

2-Gülmək, bilərəkdən, uca səslə;

3-Ağlamaq, dünya işləri üçün, uca səslə;

4-Üzü qiblədən başqa tərəfə döndərmək;

5-Yemək və içmək;

6-Namazın surətini (formasını) pozmaq;

7-Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir.

8-Iki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə;

9-Namazın şərtlərini aradan aparan şeylər;

10-Dəstəmazın aradan getməsi;

11-Əlini əlinin üstünə qoyma;

12-həmddən sonra “Amin” demək.

Namazin vacibati

Namazda məkruh olan şeylərdən bə’zisi

1-Gözləri yummaq;

2-Əllərlə, barmaqlarla oynamaq;

3-Həmdi və ya Surəni oxuyanda və ya zikrləri deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi alçaltmaq;

4-Allah dərgahında xüzu və xüşunu aradan aparan hər hansı bir işlə məşğul olmaq;

5-Üzü azacıq sağa və ya sola döndərmək (çünki çox döndərmək namazı batil edir).

Namazin vacibati

Namazin tərcüməsi

Təkbirətul-ehram:

“Allahu əkbər”

Allah hər şeydən böyükdür.

Həmd surəsi:

“Bismilləhir-rahmanir-rahim”

Bağışlayan və mehriban Allahın adı ilə.

“Əlhəmdu lilləhi Rabbil-aləmin”

Həmd-səna və tə᾽rif aləmlərin Rəbbi olan Allah üçündür.

“Ər-rahmanir-rahim”

Rəhm edənlərin rəhm edənidir.

“Maliki yəvmiddin”.

Qiyamət gününün sahibidir.

“İyyəkə nə’budu və iyyəkə nəstəin”.

Ilahi! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

“İhdinəs-siratal mustəqim”

Bizi doğru yola hidayət et.

“Siratal-ləzinə ən’əmtə ələyhim”

O kəslərin yoluna ki, onlara ne᾽mət vermisən,

“Ğəyril-məğzubi ələyhim vələzzallin”.

qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox.

Namazin vacibati

Ixlas (Tovhid) surəsi:

“Bismilləhir-rahmanir-rahim”

Bağışlayan və mehriban Allahın adı ilə.

“Qul huvəllahu əhəd”

De ki, odur yeganə Allah.

“Allahus-saməd”

(O) Allah ehtiyacsızdır.

“Ləm yəlid və ləm yuləd”

Doğmayıb, doğulmayıb

“Və ləm yəkul ləhu kufuvən əhəd”

Və ona tay olan bir kəs yoxdur.

Namazin vacibati

Rükunun zikri:

“Subhənə Rabbiyəl-əzimi və bihəmdih”

Mənim böyük Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.

Namazin vacibati

Səcdənin zikri

“Subhənə Rabbiyəl-ə’la və bihəmdih”

Mənim hamıdan uca məqamlı Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.

Namazin vacibati

Təsbihati-ərbəənin tərcüməsi

“Subhənəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər”

Hər eyb və nöqsandan pak və münəzzəhdir Allah, həmd, tə’rif yalnız Allaha məxsusdur, Allahdan başqa heç bir mə’bud yoxdur. Allah hamıdan böyükdür.

Namazin vacibati

Təşəhhüd:

“Əşhədu əl lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rasuluh. Allahummə salli əla Muhəmmədin və Ali-Muhəmməd.”

Allaha həmd-səna və tə᾽rif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir mə᾽bud yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Məhəmməd və Onun ailəsinə öz rəhmətini göndər.


Namazin vacibati


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:32
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Dunya_Sevgi

  • 29 avqust 2011 15:22
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

AliNikA

  • 1 avqust 2011 11:38
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

FERID_HESENLI

  • 30 iyul 2011 15:37
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
he maraxli xebrdi ve vacib xebrdi butun namaz qilanlarin allah namazini qebul etsin amin

no_name

  • 30 iyul 2011 15:32
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tesekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

MuslimGirl

  • 30 iyul 2011 11:48
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Çox gözəl hazırlamısan, bacı. Həm xəbərə, həm də hazırlanmasına söz ola bilməz. Çox bəyəndim. ALLAH razı olsun! ALLAH bütün ibadətlərimizi qəbul etsin! AMİN!

asude

  • 30 iyul 2011 11:27
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
çox sağolun.amma men bunları çoxdan bilirəm

NİKİ

  • 30 iyul 2011 11:18
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Ucube_cocuk

  • 30 iyul 2011 10:34
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
Teskkurler cox sagol

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

ilkin.fransa

  • 30 iyul 2011 09:37
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

this is you

  • 30 iyul 2011 00:20
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
cox sagol amma 3-cu ve 4-cu riketlerde tesbihat 1 defe yox 3 defe deyilmelidir. tekce qezalari qilanda bir defe demek olar. bir deki hereketler qadinlarda beze yerlerde deyisir cox yox bir az. mutleq mohurle qilinmalidir winked

Ay Üzlü

  • 29 iyul 2011 23:56
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Ada...07

  • 29 iyul 2011 23:35
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Tewekkurler Allah razi olsun...

--------------------


lider

  • 29 iyul 2011 23:18
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Allah razi olsun

Grace_Angel

  • 29 iyul 2011 23:16
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Buyurun...ALLAH Namaz ve ibadetlerinizi qebul etsin...AMIN ...INSALLAH!!!

--------------------

Iriska

  • 29 iyul 2011 23:15
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
CoX SaGoL ALLAH RaZi OlsUn

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 17
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}