Hər kəs xoşbəxtlik axtarışındadır!

 
Hər kəs xoşbəxtlik axtarışındadır!

Hər kəs xoşbəxtlik axtarışındadır.Amma heç kim xoşbəxt deyil niyə?
Ruhun üçüncü xüsusiyyəti... Heç bu tərəfdən baxdınızmı?

• Niyə Bədbəxtik?
• Niyə Xoşbəxtliyi Tuta bilmirik?
• Xoşbəxtliyi Harada Axtarmalıyıq?


Bu dünyadakı hər kəsin tək bir məqsədi vardır: XOŞBƏXTLİYİ TAPMAQ. İstisnasız hər fərdin yeganə arzusu budur. Doğulduğumuz andan etibarən ən böyük səylərimizi xoşbəxt olmaq üçün göstərərik. İstək və arzularımızı yerinə yetirmək, yaxşı bir təhsil almaq, imkanlı olmaq, sevdiyimiz bir işlə məşğul olmaq, karier sahibi olmaq, gözəl və cazibədar olmaq kimi başqa başqa məqsədlərinizin də olduğunu söyləyə bilərsiniz, lakin yenə də bu arzularınızın dərinlərinə enib baxdığınızda, eyni nəticəyə çatacaqsınız. Yəni heç kim bu dünyada bədbəxt olmaq istəməz. Hər kəs xoşbəxtlik axtarışındadır. İnsan istər imakanlı istər kasıb olsun, heç fərqi yoxdur, hər kəs yalnız xoşbəxt olmaq üçün hərəkətdə olur. Bütün istək və xəyallarımızın kökündə duran da bu xoşbəxtlik axtarışıdır. Yaxşı, niyə ürəyimiz sonsuz, azalmayan, sona çatmayan növdən bir xoşbəxtlik əldə etmək istəyər? Ya da niyə əldə etdiyimiz xoşbəxtlik bir gün sona çatar və yerini acı doldurar? Və xoşbəxtliyi bu qədər çox istəməyimizə, gecə gündüz qorxmadan onun üçün çalışmağımıza baxmayaraq, niyə bu növdən bir xoşbəxtliyə indiyə qədər heç çata bilməmişik?
İndi bu üç əhəmiyyətli problemin cavablarına bir nəzər salaq.

1. Niyə ürəyimiz (daxili olaraq) sonsuz, azalmayan, sona çatmayan növdən bir xoşbəxtlik əldə etmək istər?
Tanrı vəcd doludur. O sonsuz xoşbəxtlik qaynağıdır. Yəni ‘Tanrı', ‘mükəmməl xoşbəxtlik' və ‘vəcd' üçü sinonim sözdür. Yaxşı, danışdığımız bu mükəmməl xoşbəxtlik nədir? Bu xoşbəxtlik iki xüsusiyyətə malikdir: əbədi və sərhədsizdir.

• Əbədidir: Xoşbəxtlik bir dəfə əldə edilincə, sonsuza qədər əldə edilmiş olar. Bu xoşbəxtliyi itirmək artıq mümkün deyil. Nə onu kölgələyə biləcək bir acı, nə də ondan daha üstün bir xoşbəxtlik vardır.
• Sərhədsizdir: Geniş, sərhədləri olmayan, ölçülə bilməyən və hər an artan mənasını verər. Eynilə ucu bucağı olmayan bir okean kimi…


Bizlər ruhuq və Tanrının bir parçasıyıq. Hər parça, öz qaynağını istər. Bu səbəblə təbii bir şəkildə bizlər də qaynağımıza, yəni Tanrıya doğru çəkilərik. Qaynağımızı (Tanrını) əldə etməklə də tam (mükəmməl xoşbəxt) olarıq. Çünki Tanrı, anandadır, yəni vəcddir, sonsuz, sərhədsiz və hər vaxt çoxalan xoşbəxtlik qaynağıdır. Bu səbəbdən insan Tanrını rədd etsə, ateist belə olsa, əslində hər kəs Tanrı axtarışındadır. Hər kəs Onu istər. Bu səbəblə ONA çatana qədər sonsuz xoşbəxtlik axtarışı davam edəcək, sonlanmayacaq və əslində sonlandırılamayacaqdır da.

2. Əldə etdiyimiz xoşbəxtliklər niyə bir gün sona çatar və yerini acı doldurar?

İndiyə qədər əldə etdiyimiz bütün xoşbəxtliklər, maddi dünyaya aid olan xoşbəxtliklərdir. Zənginlik, müvəffəqiyyət; karier, uşaq, ev, avtomobil sahibi olmaq, universiteti qazanmaq, istək və arzularımızı yerinə yetirmək kimi şeyləri əldə etdiyimizdə hiss etdiyimiz xoşbəxtliklərdir… Lakin maddi dünya yanıldıcıdır. Bu səbəblə təqdim etdiyi xoşbəxtliklər də gerçək deyil, keçicidir. Bu tip maddi xoşbəxtliklər gün gəlir azalaraq yox olurlar. Uşağı bir neçə gündür itkin olan bir ananın onu tapdığındakı xoşbəxtliyini bir düşünün. Uşağını, ondan heç bezməyəcəkmişcəsinə möhkəm-möhkəm qucaqlayar. İlk qucaqlamasındakı bu xoşbəxtliyi təsvir etmək mümkün deyil. İkinci qucaqlamasındakı xoşbəxtliyi daha yüngüldür. Üçüncüsündə xoşbəxtlik hissi daha da azalar. Edilməsi lazım olan ev işləri ağlına gəldiyində isə, uşağına çölə çıxıb oynamasını söyləyər. Uşaq, hələ anasının qucağında qalmaq istəyib bu mövzuda israr edəcək olsa, anası hirslə "səni davamlı qucağımda daşıya bilmərəm ki!" deyərək onu danlayacaq. İlk ankı xoşbəxtlik tamamilə yox olmuş, yerini hirslilik doldurmuşdur. Başqa bir nümunə daha verək. Yeni avtomobil sahibi olan birinin ilk günkü xoşbəxtliyi də, bu avtomobilin çəkilə biləcəyi ya da oğurlana biləcəyi ehtimalı qarşısında kölgələnər və yerini qorxuya verər. Əlaqələrimizdə də eyni şey mövcuddur. Bir oğlan, xoş bir qızla qarşılaşar. Xoşbəxtliyi ya da gerçək eşqi tapdığı düşüncəsiylə onunla evlənməyə qərar verər. Eyni dam altında yaşamağa başladıqlarında kiçik mübahisələr başlayar. Zamanla bu mübahisə davalara çevrilər. Və bu klasshik hekayə əksəriyyətlə insanın "həyatının eşqindən" ayrılması ilə sona çatar. Eşq, cinsilik, iş həyatı, ailə və yaxınlarınızla olan əlaqələrinizə bir nəzər saldığınızda bu kimi mövzuları asanlıqla görə bilərsiniz. Gündəlik həyatımız davamlı buna bənzər vəziyyətləri gözümüzün qarşısına gələr. Bu səbəbdən bu dünyada əldə etdiyimiz xoşbəxtliklər keçicidir. Lakin özümüz əbədi və sərhədsiz bir xoşbəxtlik tələb etdiyimiz üçün bu keçici şeylər onu əsla təmin etməz. Bu səbəblə də əldə edilən xoşbəxtliklər, zamanla azalar və ağrıya çevrilər.

3. Xoşbəxtliyi bu qədər çox istəməyimizə, gecə gündüz onun üçün çalışmağımıza baxmayaraq, niyə bu növdən bir xoşbəxtliyə indiyə qədər heç çata bilmədik?

Sizə bir hekayə izah edim.Molla Nəsrəddin , gecə vaxtı evinin xaricində bir şey axtarır. Molla Nəsrəddinin bu halını görən qonşusu Mollanın gecə vaxtı nə axtardığını soruşar. Molla, "üzüyümü itirdim", deyə cavab verər. Qonşusunun marağı dayanmaz və soruşar: "Harada itirdin? İstəsən tapmağına kömək edim?" Molla isə üzüyünü evdə bir yerlərdə saldığını, indi də tapa bilmədiyini söyləyər. Qonşu çaşqınlıqla; "Evin içində olan bir şeyi niyə çöldə axtarırsan ki? deyə soruşar. Molla Nəsrəddin belə cavab verər: "Evim qaranlıqdır, işıq yoxdur axı! Amma ay burada hər yeri işıqlandırdığı üçün üzüyümü tapa bilərəm."

Bizlər də eynilə bu hekayədəki Molla Nəsrəddin kimi, əldə etmək istədiyimiz xoşbəxtliyi hər vaxt səhv yerdə, ÇÖLDƏ, yəni maddi dünyada axtarırıq. Bu səbəblə də ona heç bir zaman çata bilmirik. İllərcə xoşbəxtliyin arxasınca qaçırıq, amma sərhədsiz və yox olmayan xoşbəxtliyi indiyə qədər əldə edə bilməmişik. Çünki xoşbəxtliyi həmişə öz mənbəyimizdən uzaq yerlərdə axtardıq.

Tanrı anlayışını həyatımıza daxil etmək, bizə ağrıdan uzaq gerçək xoşbəxtliyin qapısını aralayacaq. Əks halda maddi təbiət, öz məngənələri arasında bizə əziyyət verəcək. Lakin heç kim əziyyət çəkmək istəməz. Eynilə xəstə birinin "xəstə olmaq istəmirəm" deməklə nəzərdə tutduğunun "sağlam olma arzusu" olduğu kimi, bizlər də "əziyyət çəkmək istəmirəm" dediyimizdə əslində bəyan etdiyimiz şey "xoşbəxt olmaq istəyirəm" ifadəsidir. Ya da tam tərsi, xoşbəxt olma istəyi, ağrıdan uzaq bir həyat arzusuna işarə etməkdədir. ("Mən xoşbəxt olmaq istəyirəm" = "Mən əziyyət çəkmək istəmirəm") Hamımız yalnız və yalnız bu tək məqsədin, yəni sonsuz xoşbəxtliyin arxasındayıq. Və bu da üçüncü xüsusiyyətimizin bir dəlilidir. Çünki Ruh (mən) vəcd və sonsuz xoşbəxtlik doludur. Bu xoşbəxtliyi çöldə deyil, öz mənbəyimizdə axtarmalı və oraya çevrilməliyik. Ancaq bu şəkildə onu əldə edə bilərik.


Geri dön

Sirli Melek

  • 1 avqust 2011 13:20
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

AliNikA

  • 1 avqust 2011 11:33
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
{awards}
tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

nice_angel

  • 30 iyul 2011 16:17
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

FERID_HESENLI

  • 30 iyul 2011 15:49
  • Məqalə: 1
  • Şərh: 668
  • Bal:
{awards}
ama men hecde xosbexdlik axdarisnda deyilem men azadlik axdariram

RaP_muziC

  • 30 iyul 2011 15:25
  • Məqalə: 8
  • Şərh: 149
  • Bal:
{awards}
tsk................................... smile

--------------------
™Yupiterden RaP_muziC™

Musique Sage

  • 30 iyul 2011 15:23
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
tesekkurler

KaRola_16

  • 30 iyul 2011 15:18
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MUELLIFE TEWEKKUR

--------------------

Sweet life

  • 30 iyul 2011 14:47
  • Məqalə: 53
  • Şərh: 1254
  • Bal:
{awards}
muellife tesekkurler!

--------------------

daha_meni_axdarma

  • 30 iyul 2011 14:08
  • Məqalə: 0
  • Şərh: 303
  • Bal:
{awards}
tewekurler...

music_angel

  • 30 iyul 2011 13:41
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
tesekkurler....

--------------------

neeeeenaaaaa

  • 30 iyul 2011 13:22
  • Məqalə: 0
  • Şərh: 117
  • Bal:
{awards}
xowbaxlix sadet wink

--------------------
Contra spem spero...Без надежды надеюсь...

no_name

  • 30 iyul 2011 13:21
  • Məqalə: 30
  • Şərh: 497
  • Bal:
{awards}
elbettde eldi

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

Iriska

  • 30 iyul 2011 13:19
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
Tesekkurler kim istemezki xosbextciliy?

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

✰GlaMurKa✰

  • 30 iyul 2011 12:37
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
tesekkurler ilk serhinde menden canim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 51
Cəmi: 76

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 152
 
The Shield
Xəbərləri: 47
Cəmi: 307
 
Darling
Xəbərləri: 44
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}