Məşhur Piza qülləsi haqqında

 
Məşhur Piza qülləsi haqqında

Piza qülləsi — 1360–cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə "Yıxılan qüllə" adını qazanmışdır və bütün dünyaya öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir.

Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır.

Qüllənin tikilməsi üç mərhələdən ibarət olmuşdur. 9 avqust 1173–cü ildən başlayaraq iki dəfə uzun aralarla təxminən 200 il davam etmişdir. Nəticədə tikinti prosesi 1360–cı ildə başa çatdırıla bilinmişdir. Qüllə katolik kilsəsi olan Campo dei Miracolinin zəngləri kimi yaradılmışdır. Ancaq binanın memarı indiyə kimi məlum deyil. Əvvəllər bəzi mütəxəssislər düşünürdü ki, qüllənin əyilmə meyliliyi onun yaradılma üslubundan asılı olmuşdur, lakin hazırda bu fikir rədd edilmişdir. Qüllə şaquli istiqamətdə layihələndirilmişdir, lakin əyilmə tikinti prosesi gedərkən hiss edilməyə başlanılmışdır.

Həm meylliliyi, həm də memarıq üslubuna görə 1173–cü ildən etibarən indiki dövrümüzə qədər qala diqqət obyektinə çevrilmişdir. Həmişə çalışılır ki, qala daha möhkəm və davamlı vəziyyətə gətirilsin. Məsələn, dağılmış sütunları dəfələrlə dəyişdirilmişdir. Hazırda daha çox yer altı işlər aparılır və tikilinin özülünün daha möhkəm olması üçün səylər göstərilir.
Məşhur Piza qülləsi haqqında
15 dekabr 2001–ci ildə qüllənin qapıları turistlər üçün açıq elan edildi. Aparılmış bir çox tədqiqatlar yeni əfsanələr meydana gətirir. Tədqiqatlar sübut edir ki, qüllənin yıxılmış vəziyyətdə olması və onun daha da sürətlənməsinə tikilinin çəkisi təsir göstərmir. 1564–cü ildə Piza şəhərində anadan olan böyük alim Qalileyo Qaliley öz təcrübələrinin çox hissəsini məhz bu qüllədə aparmışdır. Qalileyo Qaliley əlindəki müəyyən kütlələri Piza qülləsinin başından ataraq, onların düşmə qabiliyyətlərini öyrənmiş və sürətin heç də çəkidən asılı olmadığını sübut etmişdir.

30 dekabr 1986–cı ildə YUNESKO ümummilli abidələrin irs nümunəsi siyahısına həmin ansamblı yəni kafedra kilsəsi olan Piazza del Duomo, zəngləri yəni Piza qülləsi, baptist edilən yer və qəbiristanlıq salınmışdır. Ansamblın memarı XI–XIV əsrlərdə İtaliyada monumental incəsənət nümunələrinin yaradılmasına görə böyük təsir qüvvəsinə malik olmuşdur.

Çikaqonun ətrafında olan Nayls şəhərində, İllinoysda, həmçinin ABŞ–da eyni ilə Piza qülləsi kimi xarici görkəmə malik olan su qülləsi tikilmişdir və təbii həcmi ½ qədər olmuşdur. Baxmayaraq ki, qüllə maili vəziyyətdə əyilib və XIV əsr nümunəsi sayılır, lakin onun başındakı zənglər düzgün qaydada dayanmışdır.
Məşhur Piza qülləsi haqqında

Tikili özü 8 mərtəbədən ibarətdir, xarici görkəminin diametri 8, 484 metr hesablanmışdır. Lakin daxili hissəsinin diametri isə 1, 368 metrdir. Binanın bütün konstruksiyalarla birlikdə ümumi çəkisi 14700 ton bilinir. Tikili hazırlanarkən divarların ümumi qalınlığına da diqqət yetirilmişdir və 4, 05 metr olacağına qərar verilib. Həmçinin kilsə üçün nəzərdə tutulmuşdur və başında zənglər də var, məhz buna görə də asılmış zənglərin ümumi sayı 7 ədəddir. Ən böyük zəng isə L’Assunto adlanır, çəkisi 3,5 tondur və 1655–ci ildə bura yerləşdirilmişdir. Ən qədim zəngə isə Pasquarreccia adı verilmişdir.

Tikilinin hazırlanması zamanı 100 il sonra onun cənuba doğru əyilməsi nəzərə çatmağa başlanmışdır. 1911–ci ildə isə artıq qüllənin durmadan əyildiyi bilinməyə başlanılır və onun baş hissəsinin hər il 1,2 millimetr aşağı doğru istiqamətləndiyi qərarı 1989–cu ildə Pavia kilsəsi dağıldıqdan sonra yıxılan qüllənin yenidən bərpasına icazə verilmişdir. Həmin qüllənin üzərində memar və mütəxəssislər çox işləyir, onun yer altından heç olmasa 20 sm ölçüsündə əyriliyini düzəltmək üçün bir sıra tədbirlər görünür. Lakin bütün bunlar bir daha təsdiq edir ki, 800 illik qüllə yıxılmış vəziyyətdə də qalacaqdır.

Həmçinin binanın memarları haqqında irəli sürülən fərziyyələrə görə Bonanno Pizano və Vilhelm fon İnnsburq olmuşdur, lakin onlar da tikilinin tam hazır vəziyyətini görə bilməyiblər. Onu da qeyd edək ki, XIV əsrə qədər qüllənin zəngləri hələ bitirilməmiş vəziyyətdə qalmışdır.

Tikili özünün silindr forması ilə bütün dünya ölkələrində tanınmışdır. Bina xaricdən səkkiz yaruslu görünsə də, daxildən altı mərtəbədən ibarət olduğu da irəli sürülən faktlar içərisindədir. Həmçinin qüllənin tikilişində arkalardan istifadə edilmişdir və bu bizans yaxud müsəlman memarlıq nümunələrinin incilərini özündə birləşdirdiyinin bariz əksidir. Lakin bəzi fikirlər də deyilir ki, ola bilərmi hər hansı memar müsəlman memarlıq ənənələri ilə xristian zənglərini birləşdirməyi bacarsın.
Məşhur Piza qülləsi haqqında

Ümumilikdə isə Piza qülləsinin memarlığı italyan abidələri içərisində ilkin yer tutur və bu ansambl 1063–cü ildən hazırlanmağa başlanmışdır. Hətta Piza kilsəsində İtaliya tarixində mühüm rol oynayan bir neçə şəxsin qəbri də vardır. Bunlardan ən tanınmışı isə alman imperatoru VII Henrikdir.

1275–ci ildə memar Covanni Simonun başçılığı ilə binanın düzəldilməsinə mühüm səylər göstərilsə də mümkün olmamışdır. Zənglərin uzunluğu 48 metr hesablanırdı və onlar üçüncü mərtəbəyə qədər aşağıya doğru sallanırdı. Ümumilikdə isə tikilinin üzərində 15 komissiya işləmiş və bir sıra tədqiqatlar aparmışlar. 1935–ci ildə bənd işlərinin gücləndirilməsi üçün sementdən istifadə edilmişdir. 1992–ci ildə isə qüllənin başına 18 ədəddən ibarət polad dairələr qoyulmuş, xüsusi plastiklə üzəri örtülmüşdür. Pizanın şimal hissəsinə 600 ton qurğuşun tökülmüş, lakin 1993–cü ildə bünövrəyə tökülən bu qurğuşun platformaya qədər gətirilmişdir. Dairəvi formada olan qüllə daşdan və mərmərdən hazırlansa da insanların diqqətini cəlb etməyi bacarır. Buradakı mərmərlərin rəngi ağ və açıq sarıya çalır. Giriş hissəsində vəhşi heyvan şəkilləri ilə təsvir edilmiş barelyef qoyulmuşdur, yuxarı hissəsində isə Madonnanın balaca Andrey Qvardi ilə heykəli yaradılmışdır.

Demək olar ki, Piza qülləsinin yıxılması meyliliyi bizim dövrümüzdə durmadan yoxlanılır.



Geri dön

KaRola_16

  • 18 avqust 2011 00:22
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
YAXINDAN GORMEK ISTEDIYIM 10 YER ICINDE 3-CU DUR...

--------------------

Narka E-ZaDe

  • 1 avqust 2011 15:32
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

AliNikA

  • 1 avqust 2011 11:27
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

MiLeyla

  • 31 iyul 2011 12:03
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
hmm maraqlidi belay

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

★Azerbaijan girl★

  • 31 iyul 2011 11:57
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
hmmmmmmm tskler oxumusdm bunu hardasa

OK

  • 31 iyul 2011 11:40
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}

--------------------

no_name

  • 30 iyul 2011 16:35
  • Məqalə: 30
  • Şərh: 497
  • Bal:
{awards}
tesekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

_Gunel_

  • 30 iyul 2011 16:26
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
orda mende wekil cekdirmek isiyiremmmm

lema

  • 30 iyul 2011 16:24
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
bu haqqda evvelceden oxumuwdum.tewekkurler...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

FERID_HESENLI

  • 30 iyul 2011 16:11
  • Məqalə: 1
  • Şərh: 668
  • Bal:
{awards}
gozel sekil efetklri var maraxli xeberdi

nice_angel

  • 30 iyul 2011 16:10
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

beyaz melek

  • 30 iyul 2011 16:07
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
ILK SERH MENDEN.TESEKKURLER MARAQLI IDI

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 48

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 45
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 42
Cəmi: 122
 
NIGAR
Xəbərləri: 38
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 236
 
lamiye_2001
Xəbərləri: 23
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 500
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
..::Kitty::..
Xəbərləri: 3
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}