Mömin qardaşı şad edək

 
Mömin qardaşı şad edək

İmam Sadiq (ə) səhabələrindən birinə deyir: “Bu dünyada mömin qardaşını sevindirmiş insanın mükafatı odur ki, axirətdə Allah Təala nurdan olan tacı onun başına qoyar və həyat yoldaşını huruleyn edər”.

Mömin qardaşını sevindirmək mövzusu hədislərimizin bir çoxunda gəlmişdir. Bu hədislərin bir çoxunun mənası odur ki, Allah yanında ən yaxşı və sevimli əməl - mömin qardaşının qəlbini şad etmək, yəni onun qəlbinə sevinci daxil etməkdir. Bu hədislərdən bir neçəsinə işarə edək. Belə ki, mərhum Kuleyni “Üsuli-Kafidə” Peyğəmbərdən (ə) belə bir hədis nəql edir: "Allah yanında ən sevimli əməl - mömini şad etməkdir”. Başqa bir hədisdə deyilir: “O kəs ki, mömini şad edər, təkcə bir nəfəri sevindirməmişdir. Bəlkə biz Əhli-Beyti (ə) də şad etmişdir. O kəs ki, bizi şad edər, Peyğəmbəri-Əkrəmi (s) şad etmiş olar”.

Buna bənzər başqa bir hədisdə deyilir: “O kəs ki, mömini şad edər, Rəsulallahı (s) şad etmiş olar”. “Üsuli-Kafi”də gələn başqa bir hədisdə deyilir: “Əgər sizlərdən biriniz iman qardaşınızı şad edərsinizsə, fikirləşməyin ki, təkcə onu sevindirmişsiniz. Allaha and olsun ki, bizi sevindirmiş olarsınız, Allaha and olsun ki, bu sevinci Rəsulallahın (s) qəlbinə daxil etmiş olarsınız”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə deyilir: “O kəs ki, mömini şad edər, məni şad etmişdir. O kəs ki, məni sevindirər, Allahı sevindirmiş deməkdir”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, mömini şad etmək Məsumlar (ə) tərəfindən bəyənilmiş bir əməl kimi qəbul edilir və eyni zamanda da ən gözəl ibadətdir. Ancaq bu mövzuya aid sullar verilir ki, insanda şübhə yaradır. Bəzən də bu hədislərdən yanlış nəticələr çıxarılmışdır. Bu sullardan bəzilərinə rahatlıqla cavab vermək olar. Suallardan biri budur ki, əgər insan hər bir kəsi və hər bir yolla sevindirərsə, bu böyük ibadət hesab edilərmi? Bu sualın cavabı müəyyən qədər aydındır. İslam dəyərləri, Əhli-Beyt (ə) məktəbi və İslam maarifi ilə az da olsa tanışlığı olan insan bu sualın cavabını bilər. Məqsəd o deyildir ki, hər kəs günah yolu ilə başqalarını sevindirsin. Yəni günah edə bilərmi ki, başqası sevinsin? Təbii ki, bu işin nəinki savabı yoxdur, hətta günah da qazanmış olar. Hədislərin bəzisində mömini şad etməyin günah ilə bir yerdə olmaması vurğulanmışdır. Alimlər deyirlər ki, mömini qadağan edilmiş və rəzil işlərin köməyi ilə də sevindirmək yaxşı deyildir.

Mümkündür ki, imanlı olmayan insanlar, danışıq və rəftarında təqvaya riayət etməyənlər, möminə yaraşmayan məsxərəçiliklə onu sevindirmək istəsinlər. Fikirləşərlər ki, bu əməlləri ilə mömini sevindiriblər. Hərçənd fərz etsək ki, bu işlər haram deyildir, ancaq ən azı məkruh əməl hesab edilir. Əlbəttə mümkündür ki, bu işdə istisna da olsun. Fərz edin ki, insan həyatın çətinliklərinin təsirindən qüssələnmişdir. Xəstəliyə bənzər bir hala düşmüşdür. Onu bu haldan çıxartmaq ancaq məsxərəçilik yolu ilə mümkündür. Bu əməl mümkündür ki, müalicə sayılsın. Ancaq bu hal istisnadır. Demək olmaz ki, bu yolla hər bir mömini sevindirmək böyük bir ibadət sayılar. Təbii ki, günah və məkruh yolla bu işi görmək ibadət sayılmaz. Belə ki, Qurani-Kərimdə deyilir: “Möminlərin xüsusiyyətlərindən biri də odur ki, boş şeylərdən üz döndərərlər”. (“Möminun”, 3). Buna görə demək olar ki, hər bir insanı sevindirmək ibadət sayılmaz. Yəni ancaq mömini sevindirmək ibadət sayılar.

Bu mövzuda verilən sullardan biri də budur ki, məgər şad olmaq həyatda bu qədər faydalıdır ki, onun üçün savab nəzərdə tutulmuşdurmu? Başqa bir sözlə desək, İslamın nəzərincə insan çox şad və xoşbəxt olmalıdır, yoxsa əksinə qəmgin?

Hədislərdə qəmgin olmaq çox mədh edilmişdir. Hədislərin birində deyilir ki, bir yerdə qəmgin bir şəxs olarsa, Allah orada olanların hamısına qəmgin şəxsin vasitəsilə rəhmət edər. Belə bir sual meydana çıxar ki, bu iki cür hədisləri necə bir araya gətirmək olar? İslamın nəzərincə şad olmaq faydalı bir işdirmi? Əgər insanın şad olması çox da yaxşı sayılmırsa, başqalarını şad etməyin necə savabı olmalıdır? Bu sualların cavabları heç də asan deyildir. Bu suala cavab vermək üçün müqəddimələri bəyan etmək lazımdır. Belə ki, şad və sevincli olmaq fitri bir amildir. Allahın Qiyamət günü insana əta edəcəyini vəd etdiyi nemət odur ki, insan behiştdə qəmgin olmayacaqdır. Şad olacaqdır: “O gündə bir çox üzlər şaddır”. (“Ğaşiyə”, 8). “Möminlər adamlarının yanına sevinclə qayıdacaqdır”. (“İnşiqaq”, 9). İnsan fitrətən xoşluq, şadlıq və sevinc istəyən bir varlıqdır.

Xoşbəxtlik, xoşvaxtlıq, xoşhallıq məfhumlarının hamısı xoşluqdan götürülmüşdür. Yəni insan öz-özlüyündə xoşluq istəyəndir. Möminlər Qiyamət günü behiştə daxil olanda deyərlər: “Allaha həmd edirik ki, qəm və qüssəni bizdən almışdır”. Yəni dünyada çəkdikləri qəm və qüssəni geridə qoyublar. Behiştə daxil olduqları zaman qəm və qüssədən əsər qalmayacaqdır. Deməli şad olmaq, qəmgin olmamaq fitrən yaxşı bir iş sayılır. Bu möminlərin behiştdəki mükafatıdır. Əksinə, cəhənnəm əhli həmişə qəmgin və qüssəli olarlar. “Biz Rəbbimizdən o şiddətli olan və (üzlər) qarsılan gündən qorxuruq”. (“İnsan”, 10).

Beləliklə bu nəticəyə gəlmək olur ki, şad olmaq, sevinmək fitri bir amil olaraq, axirət və behiştdə böyük İlahi nemət sayılar. Biz hamımız gərək bu cür nemətlərin istəyində olaq.


Geri dön

Iriska

  • 2 avqust 2011 02:13
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
tessekur edirem

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

R.M_FaNaTka

  • 1 avqust 2011 20:01
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore twkler

--------------------

Narka E-ZaDe

  • 1 avqust 2011 15:31
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 31 iyul 2011 13:51
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰GlaMurKa✰

  • 31 iyul 2011 12:33
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH razi olsun

★Azerbaijan girl★

  • 31 iyul 2011 11:50
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
xebere gore tskler

OK

  • 31 iyul 2011 11:40
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}



--------------------

no_name

  • 30 iyul 2011 16:42
  • Məqalə: 30
  • Şərh: 497
  • Bal:
{awards}
tesekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

beyaz melek

  • 30 iyul 2011 16:30
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
EY ALLAHIM BIZI GUNAHLARIMIZI HIFZ EYLE.CEHENNEM ODUNDAN,MERDIMAZARLARDAN,QELBI QARA INSANLARDAN UZAG EYLE.YOLUMUZU NURLU VE ACIG EYLE.HER ZAMAN KOLGEN UZERIMIZDE OLSUN.BIZI EYRI YOLDAN UZAQ EYLE.BIZE COXLU SEBR VER EY ALLAHIM.CENNETIN QAPISINI UZUMUZE ACIQ EYLE.AMIN.SENE MIN SUKURLER OLSUN.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

nice_angel

  • 30 iyul 2011 16:22
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 39
Cəmi: 55

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}