Avqustun istisində orucu necə tutaq?

 
Avqustun istisində orucu necə tutaq?

Artıq bir neçə ildir ki, mübarək Ramazan ayı bir sıra
ölkələrdə olduğu kimi, vətənimizdə də yay aylarına təsadüf edir.


Belə olan halda oruc tutmaq bir az da çətinləşir.
Buna həm havanın daha isti olması, həm də günün daha uzun olması təsir edir.
Qarşılamağa hazırlaşdığımız Ramazan ayı isə demək olar ki, tamamilə ilin ən isti ayı olan
avqust ayına təsadüf edəcəyindən, bu il oruc tutmaqla bağlı narahatlıq bir az da artır.
Bu mövzuda vətəndaşlarımıza xeyirli ola biləcək məlumatlar mütəmadi dərc edilir.

Türkiyənin Memorial Xəstəxanası isti havada oruc tutmaqla bağlı araşdırma təqdim edib.
Xəstəxananın Qidalanma şöbəsinin həkimi Yeşim Çelik müsəlmanlara məsləhətlər verib.

Onlardan ən önəmlilərini diqqətinizə çatdırırıq:

- oruc tutan insanlar mütləq imsaq etsinlər. Havanın isti olması iştahanın
azalmasına səbəb olur, amma sübh vaxtı qidalanmaq çox önəmlidir;

- oruc tutarkən yumurta yeyin və süd için. Çünki yumurtada kalori miqdarı çoxdur və
yumurta insanı daha uzun müddət tox saxlayır. Süd isə insanın
həm maye ehtiyacını, həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə malikdir;

- oruc tutanlar imsaq vaxtı 2-3 ədəd qoz yesə, bu, onları daha çox tox saxlayar;

- imsaq vaxtı meyvə ilə qidalanmaq çox önəmlidir.
Xüsusən də sulu meyvələr insanın gün ərzində susuzluğunun qarşısını almağa kömək edər.
Bunlara əsasən qarpız, yemiş, üzüm, şaftalı kimi meyvələr daxildir;

- əksər insanların bildiyi bir qanun var ki, iftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək olmaz.
Onun əvəzinə bir dilim çörəklə sulu bir xörək yemək sağlamlıq baxımından daha faydalıdır.
Bundan yalnız 15-20 dəqiqə sonra qidalanmağa davam etmək olar.
Əks təqdirdə təzyiqin qalxması və mədə ağrıları yarana bilər;

- gün ərzində susuzluğu çox hiss etməmək üçün iftardan
imsaqadək hər bir saatda 1-2 stəkan su içmək faydalıdır.

Həkim həmçinin xəstə insanlara, əsasən, böyrək və qaraciyər, həmçinin şəkər və ürək-damar
xəstələrinə daha diqqətli olmağı, Ramazan ayı başlamazdan öncə həkimə müraciət etməyi və
orucun onlar üçün təhlükəli olub-olmayacağını öyrənməli olduqlarını bildirib.

Allah Orucunuzu qəbul etsin !


Geri dön

R.M_FaNaTka

  • 1 avqust 2011 19:50
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

_DreaM_

  • 1 avqust 2011 11:22
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
tesekkurler..

--------------------

nice_angel

  • 31 iyul 2011 17:03
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
twk xebere gore.....

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

munika

  • 31 iyul 2011 16:51
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
tewekkur edirem ama ne qeder de cetin olsa da men oruc tutmaq isteyirem.

Musique Sage

  • 31 iyul 2011 16:11
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
En lazimli melumati verdiyin ucun tesekkur edirem


NİKİ

  • 31 iyul 2011 15:48
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

no_name

  • 31 iyul 2011 15:35
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

music_angel

  • 31 iyul 2011 15:35
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
cox maraqli meslehetlerdi...İNSAllah her sey yaxsi olar..Allah butun oruc tutanlara quvvet versin

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}