«Orucu kimlərəsə göstərmək üçün tutmaq olmaz»

 
«Orucu kimlərəsə göstərmək üçün tutmaq olmaz»

«Məncə, istidə oruc tutmaqdan qorxmaq lazım deyil. İsti də Allahın nemətidir.
Oruc tutmaq insanı gümrahlaşdırır, saflaşdırır, xeyir əmələ ruhlandırır
».

29 yaşlı Nəsib Məmmədov 5 ildir İslam dinində müqəddəs ay sayılan Ramazanda oruc tutur.
Deyir ki, keçən il də hava isti olanda düz bir ay oruc tutub. Özünü daha gümrah hiss edib.

Bu il avqustun 1-dən İslam təqviminə görə, ramazan ayı başlayır.
İslam təqvimində hər ilin ramazan ayı əvvəlki ildən 10 gün tez başlayır.
Ramazan ayının isti günlərə düşməsi ilə bağlı həkimlərin, mütəxəssislərin öz tövsiyələri var.

HƏKİM RƏYİ...

Həkim Mehdi Mehdiyev deyir ki, hər bir insan gün ərzində 2 litr maye içməlidir.
Ramazan ayının isti günlərə düşməsi ilə oruc tutanlar orucdan əvvəl və sonra daha çox maye qəbul etməlidirlər:

«Müxtəlif orqanların normal fəaliyyəti üçün maye, su lazımdır.
Məsələn, mədəaltı vəzinin, ürəyin, qaraciyərin normal fəaliyyəti üçün, bağırsaqlarda gedən
sorulma prosesini katalizə eləmək və s. üçün mütləq maye qəbul olunmalıdır.
Yayda tər vasitəsilə çoxlu maye itirdiyinə görə, qanda qatılaşma gedir.
Hipovameliya əmələ gələ bilər. Nəticədə xoşagəlməz hallar baş verə bilər».

Həkim deyir ki, isti günlərdə oruc tutan adamlar ağır,
fiziki işlərdən çəkinməli, sərin yerlərdə işləməlidirlər.

İBN SİNA DEYƏRDİ Kİ...

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov isə deyir ki, hava çox isti olanda
onsuz da insan günorta qidalanmaq istəmir. Ona görə çox adam aclıq hiss eləmir:

«Elə İbn Sina da deyirdi ki, sağlam qidalanma səhər və axşam qidalanmaqdır.
İsti havada günorta yeməyə o qədər də fikir vermirlər. Qidanın qəbulu sərin vaxt olmalıdır ki,
bədən çox yük daşımasın. Əslində təkcə orucluq vaxtı deyil, ümumiyyətlə isti
havada günorta yemək qəbul eləmək məsləhət deyil. Bədən rahat
olduğu vaxt səhər tezdən daha çox yemək lazımdır və güclü yemək lazımdır».

«İndi Somalidə milyonlarla adam aclıq içindədir»

Tahir Əmiraslanov deyir ki, səhər bal, yağ, həlim aşı yemək, bədənin gün
ərzində müqavimətini saxlaya bilməsi üçün çoxlu maye qəbul etmək lazımdır:

«Heç olmasa 5-6 stəkan maye qəbul olunarsa, bu gün ərzində bədəni çox yaxşı saxlaya bilər.
Bir damcı duz da yemək lazımdır ki, suyu bədəndə saxlasın. Çünki tərlə birlikdə
bədəndən duz da çox çıxır. Həm də duz suyu bədəndə bağlayıb bədəndə saxlamağa
kömək edir. Susuzluq yaratdığı üçün duzlu qidalar yemək isə lazım deyil.
Allahın verdiyindən yemək lazımdır. Əsas odur ki, yeməyini paylaşa biləsən.
İndi Somalidə milyonlarla adam aclıq içindədir.
Kimsə onlara nəsə göndərə bilsə böyük savab olar».

Yayda oruc tutmaqla bağlı Bakı sakinlərinin fikirləri isə müxtəlifdir:

Ülvü Bağırov:
«Ramazanın isti günlərə düşməsi özü də bir imtahandır».

Sahib Kərimov:
«Bu ayda daha çox xeyir əməl sahibi olmaq lazımdır.
Peyğəmbərin də hədisi var ki, qarşına çıxan günah işlərdən çəkinmək lazımdır».

Taryel Əliyev:
«İstidir, ancaq Allah qismət eləsə tutacağam.
Çünki keçən il də tuta bilməmişdim».

Kərim Əmirov:
«Bu ay insanlar üçün mənəvi təmizlik ayıdır, çirkin işlərdən də uzaq olursan, bundan yaxşı nə ola bilər?»

Ramazan ayının öz süfrə mədəniyyəti var. Bunu isə neçə illərdir
ailəsi üçün ramazan süfrəsi hazırlayan Aidə Məmmədova deyir:

«Ramazanda səhər yeməyi mütləq olmalıdır. Oruc vaxtı bədəndə şəkər azaldığından
məsləhətdir ki, iftarı şəkərlə və başqa şirni ilə açasan.
Sonra da yüngül yemək lazımdır. Yüngül şorba, ya da sıyıq,
istəyən sonra başqa yemək də yeyər. Çox yemək məsləhət deyil».

Dini ekspert İlqar İbrahimoğlu isə bildirir ki, oruc təmiz niyyətlə tutulmalıdır:

«ORUCU KİMLƏRƏSƏ GÖSTƏRMƏK ÜÇÜN TUTMAQ OLMAZ»

«Orucu kimlərəsə göstərmək üçün yox Allaha yaxınlaşmaq,
saf niyyətlə tutmaq lazımdır. Ən mühüm olanı da budur».

Ekspert deyir ki, oruc tutanların günün müəyyən hissəsində qidadan imtina etməsi insanlarda
gözütoxluq, ehtiyacı olana yardım göstərmək hissi formalaşdırır.
Bu da həmin əməlləri sonrakı aylarda davam etdirmək üçün bir başlanğıcdır.


Geri dön

Iriska

  • 2 avqust 2011 02:10
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
Islami xebere gore cox cox tesekkur edirem ALLAH razi olsun

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

SABiNA

  • 1 avqust 2011 19:36
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
XEBERE GORE SAGOL

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

R.M_FaNaTka

  • 1 avqust 2011 19:24
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

AliNikA

  • 1 avqust 2011 11:01
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

no_name

  • 1 avqust 2011 10:25
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

aga482

  • 1 avqust 2011 00:22
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
tesekkur maraqli melumat idi wink

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

ozlem2010

  • 1 avqust 2011 00:04
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
biz onsuz da orucu Allah yolunda tuturuq.Allah da gucu verir tutmaga.ona gore de mence isti havadan qorxmaq lazim deyil

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

NİKİ

  • 31 iyul 2011 23:58
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

MiLeyla

  • 31 iyul 2011 21:50
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
MARAQLIYDI.ALLAH RAZI OLSUN

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

music_angel

  • 31 iyul 2011 20:53
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun sizden maraqlidi

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}