Müqəddəs Ramazan ayı

 
Müqəddəs Ramazan ayı

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər gün əvəzində) bir yoxsul doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Qur‘an Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. ALLAH sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“ALLAHU ƏKBƏR’’) deməklə tə‘zim və bəlkə də şükr edəsiniz.
(Bəqərə surəsi, 183-185-ci ayələr)

Müqəddəs Ramazan ayı

Həzrət Məhəmməd (s) Ramazan ayı ərəfəsində müsəlmanlar qarşısında xütbə oxuyaraq bu sözləri söyləmişdir:
“Ey insanlar! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və məğfirət (günahlardan bağışlanma) ilə sizə doğru gəlir. Allah yanında bu ay başqa aylardan daha üstündür. Günlərin ən üstünü, gecələrin ən yaxşısı, saatların ən fəzilətlisi bu aydadır.

Ramazan ayında ac və susuz qalmaqla, Qiyamət Gününün aclığını və susuzluğunu yada salın. Kasıbların əlindən tutun, qocalara ehtiram göstərin, uşaqları əzizləyin, qohumlarınızla mehriban olun. Dilinizi nalayiq söhbətlərdən, gözünüzü harama baxmaqdan, qulağınızı sizə yaraşmayan sözləri dinləməkdən çəkindirin! Başqalarının yetimləri ilə mehriban rəftar edin ki, sizin yetimlərinizə qarşı da mehriban olsunlar…

Müqəddəs Ramazan ayı

…Ey insanlar! Bu ay ərzində hər kim öz əxlaqını yaxşılaşdırsa, Qiyamət Günündə “sirat” körpüsündən asanlıqla keçər. Hər kim camaata pislik etməsə, Allah öz qəzəbini ondan uzaqlaşdırar. Hər kim öz qohumları ilə sıx rabitə saxlayıb, onlara yaxşılıq etsə, Allahın mərhəmətini qazanar və kim qohumlarla əlaqəni kəssə, Allah da ondan öz mərhəmətini kəsər…

…Ey insanlar! Bu ayda behiştin qapıları açılar; dua edin ki, o qapılar sizin üçün bağlanmasın. Cəhənnəmin qapıları isə bu ayda bağlanar; dua edin ki, bu qapılar üzünüzə açılmasın. Bu ayda şeytanlar zəncirlənər (fəaliyyətsiz qalar); dua edin ki, onlar sizə qalib gələ bilməsin! …”
(Xütbə ixtisarla verilmişdir)


Geri dön

R.M_FaNaTka

  • 1 avqust 2011 19:26
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

AliNikA

  • 1 avqust 2011 11:02
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Sirli Melek

  • 1 avqust 2011 09:26
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

aga482

  • 1 avqust 2011 00:27
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
tesekkur edirem maraqli idi

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

NİKİ

  • 31 iyul 2011 23:58
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 30
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}