Uşaqları ilk oruca necə süvq etməli

 
Uşaqları ilk oruca necə süvq etməli

Mübarək Ramazan ayının günlərini yaşayırıq. Özünü müsəlman bilən və dini ayinlərə etiqadı
olan hər kəs bu ayda oruc tutur, ibadət edir, mənəviyyatında islahatlar aparır.


Bu mübarək dönəmdə bir çox mömin ailələrində bir sıra mövzular aktuallaşır ki, bunların da bir qismi uşaqlarla bağlıdır. Məsələn, uşaqların ilk dəfə oruc tutması kimi. Bir çoxumuz dini düşüncə və həyat tərzi kimi artıq yetkin yaşlarında araşdırıb, bütün digər əqidələrdən üstün bilib, düşünülmüş və iradəvi şəkildə qəbul etmişik, onun ayin (namaz və oruc kimi) və atributlarını (hicab kimi) da ayrılmaz hissələri kimi könüllü olaraq mənimsəmişik. Ancaq övladlarımızın dinə gəlişi fərqlidir. Onlar dünyaya artıq islami ailədə gəlir, ailənin düşüncə və həyat tərzini də erkən yaşlarda hazır şəkildə mənimsəyirlər.

Uşaqların vacib əməllərə, o cümlədən oruca gəlişləri də ilk əvvəl xüsusi analiz aparmadan, ata-ananın davranışını təqlid yolu ilə baş verir. Bununla belə, əməlin icrası zamanı yaşanan təəssüratları fərdi olur. Bu, olduqca önəmli və həssas məqamdır, belə ki, ilk təcrübələrdən yaşanan təəssüratlar uşağın sonralar bu əməldə nə dərəcədə məsuliyyət, davamlılıq və şövq göstərməsində mühüm rol oynayacaqdır. Əgər ilk vacib namaz və oruc, hicaba vacibən keçid üçün əvvəlcədən yetərli təbliğat və təşviqat işi aparılmazsa, uşağa uyğunlaşma dövründə lazımi dəstək göstərilməzsə və ümumən, bu mövzulara lazımi anlayışlılıqla yanaşılmazsa, bu əməllərin icrası uşaqda xoş deyil, ağır və arzuolunmaz yük təsiri qoyacaqdır. Bu isə gələcəkdə onun həmin əməlii könülsüz yerinə yetirməsinə və ya ondan ümumiyyətlə, yayınmasına gətirib çıxara bilər. Valideynlərin bu kimi məqamlara diqqət yetirməsi çox vacibdir.

Hazırda orucluq dönəmini yaşadığımızdan və göstərilən mövzu aktuallıq kəsb etdiyindən
söhbəti mövzunun bir hissəsi olan ilk oruc ətrafında aparmağı zəruri bilirik.


Beləliklə, Ramazan ayı dönəmində müsəlman balalarının ilk orucu ilə
bağlı valideynlərdə aşağıdakı suallar yarana bilər:
uşağı ilk oruca necə sövq etməli?
Buna neçə yaşından başlamalı?
Orucu ona necə sevdirməli?
Tutmaq istəməsə ya yarımçıq kəsmək istəsə, nə etməli?
Bir sözlə, vacib olacağı məqama necə hazırlamalı ki, keçid rahat olsun?


Uşaqların hər biri fərdi təbiətə malikdir və bu baxımdan onların hansısa əməlin icrasında davam həddi də fərqli ola bilər. Bəzi uşaqlar üçün oruc tutmaq digərlərinə nəzərən daha çətindir. Məsələn, fiziki cəhətdən zəif uşaqlar oruc tuta bilmirlər. Eyni zamanda tez-tez yeməyə ehtiyac duyan uşaqlar da oruc tutmaqda çətinlik çəkirlər. Həddən artıq aktiv olub, çox oynayan və çox qaçan uşaqlar da, bir qayda olaraq, oruc tutmaqda çətinlik çəkənlər qisminə aid edilirlər. Odur ki, hansı uşağın hansı yaşda ilk dəfə oruc tutmağa hazır olduğunu söyləmək çox çətindir. Bunu ancaq valideyn özü müəyyən edə bilər. Bununla belə valideynlər bu qərarda qətiyyətsizlik də göstərməli deyillər. Əgər uşaq sağlamdırsa, onu bu və ya digər yolla Ramazan ayının orucuna təşviq etmək olar.

Məsələn, bu səpgidə belə tövsiyələr verilir: “Əvvəlcə onları səhər saat 10-a qədər oruc tutmağa sövq edin. Sonra vaxtı zöhr namazına qədər uzatmaq olar. Bu vaxt onları: “Qoçaq ol! Orucu gün batıncaya qədər bir saxla, baxım! Qoy, tamam olsun”, - kimi ifadələrlə ürəkləndirin. Sonra uşaq artıq oruc zamanı özünü idarə edə bilir. Tibbi baxımdan onun bədəni orucun öhdəsindən gələ biləcək durumdadır. Bu yaşında onu: “Haydı, bizə özünün necə qoçaq və güclü olduğunu göstər. Böyük bir iş gör və orucunu günün axırınadək tut”, - kimi sözlərlə şövq edə bilərsiniz”.

Psixologiya elmləri doktoru Dr Hiba İsavinin də mütəxəssis
kimi bir sıra qiymətli tövsiyələr verir. Onlarla tanış olaq (əlavələrlə):


1. Uşaqlarda Ramazan ayının orucunu tutmaqda meyl formalaşdırın. Bu o deməkdir ki, istənilən inad və təzyiqi boşlamaq gərəkdir. İstənilən zor oruca qarşı ikrah hissini yarada və yalançılıq, riyakarlıq, aldatmağa meyl kimi bəd xislətləri qaldıra bilər. Əgər uşağın oruc tutmağa marağını artırmaq istəyirsinizsə, ilk əvvəl özünüzün Ramazan ayının gəlişini necə səbrsizliklə gözlədiyinizi göstərin. Bu uşaqda maraq hissini oyatmağa kömək edəcək. Uşaqlar oxuyub-eşitdiklərindən çox, gördüklərinə və yaşadıqlarına meyl edirlər;

2. Uşaqlara Ramazan ayını tanıdın. Uşaqlar da böyüklər kimi əhəmiyyətini, zərurətini anlamadığı əməli sona yetirməkdə həvəssiz olurlar. Odur ki, onlara Ramazan ayının mahiyyətini, bu ayda oruc tutmağın zəruriliyini uşaq anlaya biləcək dildə anladın. Uşağa orucu sizdən ötrü deyil, Allahın razılığını qazanmaqdan ötrü etdiyini xatırladın. Bu zaman adəti cavablar verməkdən (məsələn, “belə lazımdır” kimi) çəkinin, daha çox əməlin müqabilində qazanılacaq savab və mənfəətdən danışın. Eyni zamanda, bütün ailənizin Allahı necə əziz bildiyini, Allaha rəğbətli olduğunu əyani və sözdə bəlli edin. Uşaqda Peyğəmbər (s) və Əhli-beytin (a) həyatından nümunələr gətirin. Orucu poza biləcək bu və ya digər bir şey barədə sual etdikdə də konkret “hə” və ya “yox” cavabını verməyin. Həm öyrədin, həm də öyrənməyin yollarını göstərin. Cavablarınızın balacanı qane etdiyinə əmin olun. Üslubda hekayə, mahnı, oyun, zarafat və s. müraciət edin – bu, təbliğin effektivliyini dəfələrlə artırır. Yadda saxlayın ki, uşaqlar “şən”, “məzəli”, “həyəcanlandırıcı” və “fərqli” tərzdə aşılanan şeyləri daha tez yadda saxlayır və onlara yenidən qayıtmağa can atırlar;

3. Təşviq və tərifdən istifadə edin. Təşviqat olduqca effektiv vasitədir və uşaqları oruc tutmağa başlamasını xeyli sürətləndirə bilər. Bu səpgidə mükafat və ürəkləndirmənin tətbiqi xüsusilə önəmlidir. Hədiyyə verməklə (məsələn, uğurla başa vurduğu hər oruc gününə görə) və onunla fəxr elədiyinizi bildirməklə dəstəyinizi göstərin. Onu bütün ailə qarşısında belə tərifləyin.

Uşaqları həvəsləndirməyin uğurlu yollarından biri onlar arasında sağlam rəqabət yaratmaqdır. Lakin burada ifrat həddini gözləmək lazımdır, belə ki, başqa uşaqla davamlı müqayisə övladda özünə qarşı inamı zəiflədə və nəticədə, təşəbbüs meylini azalda bilər;

4. Uşaqlara orucun təlqinində tədriciliyə riayət edin. Gözləməyin ki, balaca orucu günün sonunadək mütləq qaydada tutacaqdır. Oructutma müddətini yaş və bacarığına müqabil günbəgün artırın. Bu şəkil yanaşma orucun bütün gün tutulmasına meyli artırar və uşağın aclıq və susuzluğa müqabil səbrli olmasına gətirib çıxarar

5. Uşağı xətalara görə cəzalandırmayın. Onu, orucu pozduğunu sizdən gizlətsə belə, yalançı adlandırmayın. Əvəzində dolayı üsullarla Ramazan ayının orucunu pozmağın və yalan söyləməyin necə ciddi və xoşagəlməz bir əməl olduğunu anladın;

6. İftar vaxtı gəlincəyə qədər könfet, bişmə, meyvə və bu kimi
şeyləri uşağın göz önündən götürün. Bu uşağın iradəsini zəiflədə bilər;

7. Uşaqları iftarın hazırlanması prosesinə cəlb edin. Onları iftar süfrələrinin hazırlanması prosesinə cəlb edin. Yaxud ancaq uşaqlar üçün hazırlanmış iftar süfrələrinə dostlarını çağırın. Çalışın, uşaq ən ibtidai şəkildə olsa belə, iftar süfrəsinin hazırlanmasında iştirak etsin;

8. Uşaqların bu ayda təşəbbüskarlıq və yaradıcılıq meyllərini gücləndirin. Təşəbbüslərini imkan daxilində dəstəkləyin. Məsələn, uşaqlarınızı oruc tutduğu hər günə görə maddi təminatla dəstəkləyin, “Ramazan ayı daxılı”, ayın açıqcaları və s. bu kimi şeylər düzəltməsinə, evin bəzədilməsi prosesinə qoşulmasına və b. kreativ işlərə cəlb edin. Lider xüsusiyyətlərinin də təzahür etməsini dəstəkləyin. Uşağın oruc tutan dostları varsa, onları imsaka oyatmağa, sizə Quran oxuyacağınız saatı xatırlatmağa və s. təşviq edin.

Bir sözlə çalışın elə edəsiniz ki, uşaq Ramazan ayını təkcə oruc kimi çətin və zəruri
əməllə deyil, həm də çoxlu və rəngarəng zövqlər aldığı bir ay kimi yadda saxlasın.


Oruc, məxsusən Ramazan ayının orucu olduqca mübarək bir əməldir. O, insanın bir vücud olaraq formalaşmasında əvəzsiz təsirə malikdir. Odur ki, sabahın mömin və möminələri olacaq balacalara orucun aşılanması olduqca əhəmiyyətlidir. Çalışmaq lazımdır ki, bu proses mümkün qədər müsbət tərzdə həyata keçsin. Bu yolda valideynlərdən mehriban, səbrli, həssas və ardıcıl olmaq tələb olunur.

Sonda yazını əziz Peyğəmbərimizin (s) mübarək bir hədisi ilə bitirmək istərdim: “Atanın öz övladına ən böyük yaxşılığı ona gözəl əxlaq öyrətməkdir”. Gözəl əxlaqa yiyələnmənin ən yaxın və uğurlu yollarından biri isə Ramazan ayının orucudur.

Allah cəmi valideynlərə saleh övlad böyütmək yolunda tofiqat nəsib etsin. Amin!


Geri dön

R.M_FaNaTka

  • 1 avqust 2011 19:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

Musique Sage

  • 1 avqust 2011 14:07
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
cox tesekkur edirem

AliNikA

  • 1 avqust 2011 11:03
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

xebere gore twk

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

no_name

  • 1 avqust 2011 10:31
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

aga482

  • 1 avqust 2011 04:39
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
tesekkur edirem..............

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

nice_angel

  • 31 iyul 2011 23:18
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

DEAD ANGEL

  • 31 iyul 2011 20:03
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
tesekkurler

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

KaRola_16

  • 31 iyul 2011 19:04
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------

NİKİ

  • 31 iyul 2011 18:59
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}