Ramazan Allaha qayıdış ayıdır

 
Ramazan Allaha qayıdış ayıdır

Allah yaratdıqlarının bəzilərini müəyyən üstün cəhətlərlə digərlərindən fərqləndirib. Məsələn, insanların içindən peyğəmbərləri, günlərin içindən Zülhiccə ayının ilk 10 gününü, gecələrin içindən qədir gecəsini və s. seçmiş, onları digərlərindən üstün etmişdir.Ramazan ayı da bu seçilmişlər arasındadır. Quran bu ayda nazil edilmişdir. Orucun tutulması fərz olan yeganə ay da məhz, bu aydır.Oruc, dinimizin əsaslarından biridir.
O, forma və müddət baxımından fərqli şəkildə keçmiş ümmətlərə də əmr edilmiş bir ibadətdir. Oruc tutmada bir çox faydaların olmasına rəğmən, o, insan nəfsinə ağır gələn bir ilahi əmrdir.

Oruc Mədinədə hicrətdən il yarım sonra Şaban ayında Bəqərə surəsinin 183 -185-ci ayələri ilə fərz edilmişdir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!
(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar.

Ramazan Allaha qayıdış ayıdır

Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”.

Oruc yemə, içmə və şəhvət kimi istəklərdən nəfsin gün ərzində saxlanılmasıdır. Oruc kimi nəfsi tərbiyə edən, insanın özünə hakim olmasını öyrədən ikinci bir alternativ yoxdur. Ramazan ayı Allaha qayıdış, təmizlənmə, bağışlanma ayıdır. Əbu Hüreyrədən gələn hədisdə buyurulduğu kimi, bu ayda cənnət qapıları açılar, cəhənnəm qapıları isə bağlanar, şeytanlar da zəncirlənərlər.

Ramazan Allaha qayıdış ayıdır

Əbu Hüreyrədən (r) rəvayət edildiyinə görə Rəsulullah (s) belə buyurub:
“Kim fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.

Digər bir hədisdə isə deyilir:
“İnsanın hər əməlinə qat-qat savab verilir. Bir yaxşılığın on mislindən yeddi yüz mislinə qədər savabı vardır.
Allah təala deyir: “Orucdan başqa. O, mənim üçündür, mükafatını da mən verərəm.
Çünki oruclu şəhvətini və yeməyini mənim üçün tərk edir”.
Oruclu üçün iki sevinc anı vardır: Biri iftar etdiyi zaman olan sevinci; digəri Rəbbinə qovuşduğu zaman olacaq sevincidir. Heç şübhəniz olmasın ki, oruclunun ağız iyi Allah qatında müşk iyindən daha yaxşıdır” (Müslim).

Oruc onu tutan bildirmədikcə heç kəsin bilməyəcəyi, riya və göstərişdən uzaq bir ibadətdir. Çünki orucun digər ibadətlər kimi görünən bir şəkli yoxdur. Bundan başqa müşriklərin ilahlarına yaxın olmaq üçün etdikləri ibadət növləri içində oruc yer almayıb. Yəni, heç bir bütpərəst oruc tutaraq bütlərə ibadət etməmişdir. Bu yönü ilə oruc sırf Allah üçün yerinə yetirilən bir ibadət növüdür.

Orucluların və ya digər təbirlə desək, oruc tutmağa xüsusi önəm verənlərin,
çox oruc tutanların Cənnətdə rəyyan adlı qapıdan çağırılması onlara xüsusi bir hörmətdir.

Ramazan Allaha qayıdış ayıdır

Səhl ibn Səaddan (r) rəvayət edilən hədislərin birində Peyğəmbər (s) belə buyurub:
“Cənnətdə rəyyan deyilən bir qapı vardır ki, qiyamət günü oradan ancaq oruclular girəcək, onlardan başqa oradan heç kəs keçməyəcəkdir”.
Vaxtında edilən iş, yaxşılıq və ibadətin dəyəri iki səbəbə görə böyükdür. Birincisi, edilənin yaxşılıq və ibadət olması, ikincisi isə vaxtında edilmiş olmasıdır.
Peyğəmbər (s) hər bir işdə olduğu kimi, bu iki xüsusu dəyərləndirmədə də bütün insanlara örnəkdir. O, bu ayda yalnız oruc tutmaqla kifayətlənməz, digər ibadətlərini də artırardı.

İbn Abbasdan (r) rəvayət olunan hədisdə belə deyilir:
“Rəsulullah (s) insanların ən comərdi idi. Onun ən comərd olduğu anlar da Ramazanda Cəbrayılın onunla görüşdüyü zamanlar idi. Cəbrayıl (ə) Ramazanın hər gecəsində onunla görüşər, Quran oxuyardılar. Bu səbəbdən Rəsulullah (s) Cəbrayıl (ə) ilə görüşdüyündə əsməsi üçün maneə tanımayan bərəkətli küləkdən daha comərd olardı”.

Ramazan Allaha qayıdış ayıdır

Hz. Aişədən (r) rəvayət edildiyinə görə isə “Rəsulullah (s) Ramazanda digər aylardan
daha çox (ibadət etməyə) çalışardı. Ramazanın son on günündə də digər günlərdən daha çox ibadət edərdi”.
Hədislərdən də göründüyü kimi. Allahın rəsulu (s) bu ayda daha çox ibadət etmişdir. Ramazanın son on günündə isə etikafa çəkilərdi.
Allah təala insana məğfirətə (bağışlanma) nail olma yollarını, vasitələrini göstərmiş, üzünə mərhəmət qapılarını açmış və onu bağışlamaq, savab yazmaq üçün hər şeyi etmişdir. İnsan isə bu vasitələrdən az yararlanaraq sanki cənnətin səkkiz qapısının səkkizi də üzünə taybatay açılmış kimi axirəti üçün cüzi çalışır. Gəlin, heç olmazsa, bu aydan layiqincə yararlanmağa çalışaq, Allaha qayıdaq. Onsuz da bir gün ona qaytarılacağıq. Lakin o gün keçirəcəyimiz peşmanlığın heç bir faydası olmayacaq. Gəlin, bu aydan elə yararlanaq ki, arxaya döndükdə “təəssüf, bu aydan daha yaxşı istifadə etmədim; bu ayda daha çox yaxşı əməl edə bilərdim” və s. kimi ifadələri işlətməyək. Bu Ramazanı sanki ömrümüzün sonuncu Ramazanı kimi yaşayaq. Kim bilir, bəlkə bu, elə həqiqətən, sənin sonuncu Ramazanındır.Kim bu aydan bağışlanmamış çıxarsa, özünü qınasın, günah onun özündədir.


Geri dön

Iriska

  • 2 avqust 2011 02:09
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
Islami xebere gore cox cox tesekkur edirem ALLAH razi olsun

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

R.M_FaNaTka

  • 1 avqust 2011 19:23
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

Musique Sage

  • 1 avqust 2011 12:54
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
bilirem mende

AliNikA

  • 1 avqust 2011 11:00
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

no_name

  • 1 avqust 2011 10:23
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

jalicka

  • 1 avqust 2011 00:23
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
mareaqali xeberdir cox saq1 ol

NİKİ

  • 1 avqust 2011 00:03
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
teşekkür

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

nice_angel

  • 31 iyul 2011 22:53
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

gun batimi

  • 31 iyul 2011 21:03
  • Məqalə: 20
  • Şərh: 78
  • Bal:
{awards}
biiiiiiiiiiiiiiilirem wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}