Eşq və Pərəstiş

 
Eşq və Pərəstiş


Eşq və Pərəstiş

Eşq və Pərəstiş

Bismilləhir Rahmənir Rahim.

İnsanda güc və qüdrət istəyindən tamamilə fərqlənən bir meyil ‒ cismən və ruhən nəyə isə bağlanmaq meyli vardır.
Psixoloqlar tərəfindən kifayət qədər araşdırılmamış bu meyil haqqında danışmaq olduqca çətindir.
İnsan öz daxilinə nəzər salsa görəcəkdir ki, onda kimə və ya nəyə isə bağlanmaq meyli vardır. Sanki hansısa bir nöqtə onu maqnit kimi özünə cəzb edir. Əlbətdə ki, bu qüvvə müxtəlif insanlarda müxtəlif gücə malik olur. Məhz bu müxtəliflik səbəbindən, insanlar eyni bir istiqamətdə birliyə nail ola bilir.

Fitri məhəbbətin ən gözəl nümunələrindən biri, ananın öz övladına məhəbbətidir. Ananın övlada baxmaqdan, onu ağuşuna almaqdan, onun nazını çəkməkdən duyduğu ləzzət, həmin məhəbbətin əlamətlərindəndir.
Ananın məhəbbəti fitri məhəbbətin ən parlaq təzahürlərindəndir. Bu məhəbbət tarix boyu qələm sahiblərinin sevimli mövzusu olmuşdur. Atanın da övlada məhəbbəti belədir. Ailə üzvləri arasında olan məhəbbət də olduqca dəyərlidir.
Fitri məhəbbətin bir növü də, həmin növlər arasında mövcud olan məhəbbətdir. İnsanın insana marağı bu məhəbbətin nümunəsidir. Qonşuluq, yerlilik, yaşıdlıq insanlar arasındakı məhəbbəti daha da artırır.
İnsanın əşyaya bağlılığı da, fitri məhəbbətin bir növüdür. İnsanın öz maddi həyatını tə’min etmək üçün ehtiyac duyduğu sərvətə, məskənə, paltara olan bağlılığı təbii bir meyildir.
İnsanlarda gözəlliyə də maraq vardır. Hər hansı bir insanın və ya əşyanın gözəlliyinə məhəbbət, onun ruhundan doğan bir tələbdir.

İnsan zahiri gözəlliyə məftun olduğu kimi mə’nəvi gözəlliyə də vurulur. Gözəl əxlaq, rəftar və söz hər zaman məhəbbət ünvanıdır. Elm adamlarını heyrətə gətirən kainatdakı nizam da, bu gözəlliklərdəndir.
«Səcdə» surəsinin 7-ci ayəsində buyrulur: «O yaratdığı hər şeyi gözəl xəlq etdi». Hər bir mövcud öz mərtəbəsinə uyğun ilahi gözəllikdən faydalanır və öz yaradıcısından danışır.
Ümumiyyətlə, məhəbbət öz gücünə görə üç qismə bölünür: Zəif mərtəbəyə məxsus məhəbbət adi şəraitdə öz məhbubuna yaxınlaşsa da, bu yolda heç bir fədakarlıq göstərilmir.

İkinci mərtəbəyə məxsus olan məhəbbət, məhbubu ilə yaxınlığa çalışır və şəxsi mənafelərini qorumaqla bu yolda nədənsə keçir.

Üçüncü mərtəbəyə məxsus olan məhəbbətin nəticəsi, özünü yaddan çıxararaq məhbuba itaətdən ləzzət duymaqdır. Özünü heç bilmək, kiçilməkdən ləzzət almaq! Məhbubun bütün istəklərinə boyun əymək bu məhəbbətə xas olan xususiyyətlərdir. Məhəbət nə qədər güclüdürsə, vüsal da bir o qədər şirindir.

Bəs məhəbbətdən duyulan ləzzət nə zaman kamala çatır? Burada məhbubun necəliyi şərtdir. Əgər ən yüksək məhəbbət ən üstün məhbuba yönəlmişsə, ləzzət də kamil olacaq. Ən üstün məhbub bizim üçün Allah olmalıdır.
Əgər bizlər Allahın əmrlərinə tam olaraq yerinə yetiririksə, demək ləzzət də kamil olacaq. Allahın əmrlərini yerinə yetirdikdə Allahın mərhəməti, nəzəri, rəhmi, lütfü və bir çox mərhəmətli sifətləri bizə şamil olacaq.
Etdiyimiz günahlara tövbə etməyə tələsək və xeyir əməllərə vəsilə olaq. Savab iş görmək üçün hər an səy göstərək. Və bir vaxtı görəcəyik ki, dünyamız və axirətimiz abad olubdu.

ALLAH bizlərə kamilliyə çatmağı müvəffəq etsin...AMIN!!!

Eşq və Pərəstiş


Geri dön

R.M_FaNaTka

  • 1 avqust 2011 19:47
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

AliNikA

  • 1 avqust 2011 11:08
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

no_name

  • 1 avqust 2011 10:36
  • Məqalə: 30
  • Şərh: 497
  • Bal:
{awards}
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

NİKİ

  • 31 iyul 2011 18:59
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

★Azerbaijan girl★

  • 31 iyul 2011 18:33
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tesekurler maraqli idi

KaRola_16

  • 31 iyul 2011 18:17
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

isayev.elvin

  • 31 iyul 2011 17:46
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
kicik insanlarin kolgesi boyudu biz gun batan yerdeyik

music_angel

  • 31 iyul 2011 17:03
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
tesekkurler Allah razi olsun bacis

--------------------

nice_angel

  • 31 iyul 2011 16:41
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
ilk werh menden twk......

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 56
Cəmi: 77

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}