Zikr haqqında "Qurani-Kərim"dən ayələr

 
Zikr haqqında "Qurani-Kərim"dən ayələr

1. Bunlar Allaha iman edənlər və ürəkləri Allahın zikriylə
dincliyə qovuşanlardır.Yaxşıca bilin ki, ancaq Allahı zikr
etməklə ürəklər sakitləşər və dinclik tapar.
(Rə'd 27,28)

2. Mütləq ki, Allahı zikr etmək hər şeydən daha böyükdür.
(əl-Ənkəbut 45)

3. Allahı çox zikr edən kişilər və qadınlar var ki, Allah bunlara bir
bağışlama və böyük bir mükafat hazırlamışdır.
(Əhzab 35)

4. O kəslər ki, nə bir ticarət nə də bir alver,
Allahı zikr etməkdən özlərini saxlamaz.
(Nur 37)

5. Gerçəkdən Allahı, Axirət gününü arzulayanlar və Allahı çox zikr
edənlər üçün,sizə Allahın Rəsulunda (təqib edəcəyiniz) çox gözəl nümunə vardır.
(Əhzab 21)

6. Ey iman edənlər, Allahı çox zikr edin,
ONU səhər və axşam təsbeh edin, ucaldın.
(Əhzab 41)

7. O halda təəssüflər olsun o Allahın zikrini tərk edən ürəkləri qatılara..
Onlar açıq-aşkar bir pozğunluq içərisindədirlər.
(Zumər 22)

8. Allahın zikrini kim əhəmiyyətli hesab etməzsə, ona bir şeytanı müsəllət
edərik də,artıq o, ondan heç ayrılmayan bir yoldaş olar.
(Zuhruf 36)

9. Ağıl sahibləri o kəslərdir ki, ayaqda ikən, oturarkən və yatarkən (daim) Allahı zikr edərlər;

göylərin və yerin yaradılışı haqqında mütəfəkkirlər belə deyərlər: "Ey Rəbbimiz,
sən bunları boşuna yaratmadın. Sən batil şey yaratmadan münəzzəhsən.
Artıq bizi cəhənnəm atəşindən qoru.
(Ali İmran 191)

10. O qorxulu zamanda Namazı edib bitirdikdən sonra ayaqda ikən,
oturarkən, yanlarının üstünə yatarkən həmişə Allahı zikr edin.
(Nisa 103)

11. İman edənlərə vaxtı gəlmədimi ki, ürəkləri Allahın zikriylə titrəməsin.
(Hədid 16)

12. Sabah və axşam içindən yalvararaq və qorxaraq yüksək
olmayan yüngül bir səslə Allahı zikr et. Qafillərdən olma.
(Ə'raf 205)

13. Gerçək möminlər o kəslərdir ki, Allah xatırlandığı zaman ürəkləri
qorxaraq ürpərər, onlara Allahın ayələri oxunduğu zaman
imanlarını artırar və onlar, tək Rəblərinə təvəkkül edərlər.
(Ənfal 2)

14. Rəbbini də çox zikr et və səhər axşam təsbeh et.
(Ali-İmran 41)

15. O münafiqlər namaza qalxdıqları zaman üşənərək qalxarlar,
insanlara nümayiş edərlər. Allahı çox az xatirə gətirib zikr edərlər.
(Nisa 142)

16. Mütləq şeytan, şərabda və qumarda, aranıza düşmənlik və
kin salmaq, sizi Allahı zikr etmək və namaz qılmaqdan saxlamaq istər.
Artıq siz bunlardan çəkinməzsinizmi?
(Maidə 91)

17. Şeytan onları hökmü altına almış və Allahın zikrini
unutdurmuşdur. İşdə bunlar, şeytanın tərəfdarıdırlar.
(Mücadele 19)

18. Namazı etdikdən sonra, yer üzünə dağılanda Allahın fəzlindən
ruzi axtarın. Allahı çox zikr edin ki, qurtuluşa çatasınız.
(Cümə 10)

19. Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən
yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
(Münafiqin 9)

20. Rəbbinin adını zikr et, hər şeydən kəsilərək ONA yönəl
(Müzzəmmil 8).

21. O halda siz məni zikr edin ki, mən də sizi zikr edim.
Mənə şükr edin, nankorluq etməyin.
(Bəqərə 152)

22. Ərəfatdan dönüşünüzdə Məşarul Haramda Allahı zikr edin.
O, sizi necə hidayətə çatdırdısa, siz də ONA eləcə zikr edin.
Doğrusu, siz ONUN hidayətindən əvvəl pozğunluq içində idiniz.
(Bəqərə 198)

23. Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada
saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz,
bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər.
Belə şəxslərin axirətdə heç bir payı yoxdur!
(Bəqərə 200,201)

24. Səhər-axşam Rəbbini zikr et. Gecənin bir qisimində də ONA
səcdə ət. Bir də gecə uzun bir müddət Onu təsbeh et.
(İnsan 25,26)

25. Pisliklərdən təmizlənən, Rəbbinin adını zikr
edən və namazı edən mütləq xilas olacaq.
(Əla 14,15)

26. Ey Rəsulum, itaətkar və mütəvazi olanları Cənnətlə müjdələ.
Bunlar o kəslərdir ki, Allahın adı zikr edilincə ürəkləri titrəyər.
(Həcc 34,35)

27. Kim Rəbbinin Zikrindən üz çevirsə,
Allah onu şiddəti artan bir əzaba salar.
(Cin 19)

28. Unutduğun zaman Rəbbini zikr et.
(Kəhf 24)

29. Sayılı günlərdə (Təşrik günlərində) Allahı zikr et.
(Bəqərə 203)

30. Həqiqətən qullarımdan bir birlik vardır ki, onlar; "Ey Rəbbimiz, iman etdik, artıq bizi
bağışla və bizə mərhəmət et. Sən mərhəmət edənlərin ən xeyirlisisən.
Siz onları lağ etdiniz. Sizin bu hərəkətiniz bizi zikr etməyi sizə
unutdurdu. Onlara istehza edib gülürdünüz.
(Möminin 109,110)

31. Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir.
Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə
mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan,
Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir
(Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar).

Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki,
o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş,
o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur.
(Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür.
Onlardan iman gətirib yaxşı əməllər edənlərə
Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!
(Fəth 29)


Geri dön

Live Your Life

  • 2 avqust 2011 00:58
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
ALLAH razi olsun..

music_angel

  • 1 avqust 2011 20:28
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 1 avqust 2011 19:13
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

no_name

  • 1 avqust 2011 15:20
  • Məqalə: 30
  • Şərh: 497
  • Bal:
{awards}
tessekurler

tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮

lider

  • 1 avqust 2011 13:26
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR ALLAH RAZI OLSUN

Мой Мир

  • 1 avqust 2011 12:32
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
twk edirem

--------------------
∞♥

Musique Sage

  • 1 avqust 2011 12:31
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
tesekkur edirem

NİKİ

  • 1 avqust 2011 11:40
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 66

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}